0:00:00.421,0:00:02.170 Bu videoda sadə ədədin 0:00:02.170,0:00:06.264 nə demək olduğunu öyrənəcəyik. 0:00:06.264,0:00:07.680 Bu videoda görəcəyiniz 0:00:07.680,0:00:09.650 mövzu əslində 0:00:09.650,0:00:11.840 çox sadə mövzudur. 0:00:11.840,0:00:14.097 Lakin siz riyazi karyeranızda irəlilədikcə 0:00:14.097,0:00:16.680 sadə ədədlərdən yaranmış daha təkmilləşmiş 0:00:16.680,0:00:20.030 mövzuları görəcəksiniz. 0:00:20.030,0:00:22.277 Kriptoqrafiya da buna daxildir. 0:00:22.277,0:00:24.610 Bəlkə də hal-hazırda kompüterinizin istifadə etdiyi 0:00:24.610,0:00:26.879 şifrələmə üsulu sadə ədədlərə əsaslanır. 0:00:26.879,0:00:28.545 Əgər şifrələmənin nə olduğunu bilmirsinizsə, 0:00:28.545,0:00:30.450 elə də narahat olmayın. 0:00:30.450,0:00:34.410 Sadəcə bilməlisiniz ki, sadə ədədlər çox vacibdir. 0:00:34.410,0:00:36.092 Sizə bir tərif deyəcəm. 0:00:36.092,0:00:38.050 Bu tərif bir qədər çaşdırıcı ola bilər, 0:00:38.050,0:00:39.600 amma onu nümunələrlə birgə gördükdə 0:00:39.600,0:00:42.680 ümid edirəm ki, daha rahat olacaq. 0:00:42.680,0:00:48.790 Əgər natural ədəd... 0:00:48.790,0:00:51.740 Natural ədəd, yəni 0:00:51.740,0:00:55.130 1, 2, 3, mahiyyətcə 0:00:55.130,0:00:57.020 saymağa 1-dən başlayırıq [br]ya da buna 0:00:57.020,0:00:58.450 müsbət tam ədəd deyə bilərsiniz. 0:00:58.450,0:01:11.740 Bu, iki ədədə bölünə bilən və ya[br]iki müxtəlif natural ədədə bölünən 0:01:11.740,0:01:13.240 natural ədəddir. 0:01:13.240,0:01:14.698 Əslində iki müxtəlif deməməliyəm. 0:01:14.698,0:01:17.630 İki natural ədədə bölünən. 0:01:17.630,0:01:19.870 Bu, iki müxtəlif natural ədəd deyil. 0:01:19.870,0:01:24.190 Bu, iki natural ədədə bölünəndir. 0:01:24.190,0:01:31.130 Bu ədədlərdən biri özü, digəri isə 1 olmalıdır. 0:01:31.130,0:01:33.380 Bölünən iki rəqəm bunlardır. 0:01:33.380,0:01:34.740 Buna görə iki müxtəlif natural 0:01:34.740,0:01:37.120 ədəd demədim, çünki elə onlardan biri 0:01:37.120,0:01:38.866 ədədin özüdür. 0:01:38.866,0:01:40.490 Əgər bunu anlamadınızsa, 0:01:40.490,0:01:42.030 gəlin bir neçə nümunəyə baxaq və 0:01:42.030,0:01:44.640 ədədlərin sadə ədəd olub-olmadığını yoxlayaq. 0:01:44.640,0:01:49.200 Ən kiçik natural ədəddən başlayaq, bu 1-dir. 0:01:49.200,0:01:52.430 Deyirsiniz ki, 1 1-ə və 0:01:52.430,0:01:54.220 özünə bölünə bilir. 0:01:54.220,0:01:56.860 Bu zaman deyə bilərsiniz ki, [br]1 sadə ədəddir. 0:01:56.860,0:01:58.550 Tərifin bir hissəsini[br]yadınıza salın. 0:01:58.550,0:02:02.620 Bu, iki natural ədədə bölünməlidir. 0:02:02.620,0:02:06.640 1 sadəcə bir natural ədədə[br]bölünür, sadəcə 1-ə. 0:02:06.640,0:02:09.259 1, bu, bir qədər əks olsa da, 0:02:09.259,0:02:15.590 sadə ədəd deyil. 0:02:15.590,0:02:16.680 Gəlin 2-yə baxaq. 0:02:19.490,0:02:25.890 2 1 və 2-yə bölünür və 0:02:25.890,0:02:27.940 başqa natural ədədə bölünmür. 0:02:27.940,0:02:30.150 Bu, bizim şərtimizi ödəyir. 0:02:30.150,0:02:33.950 Bu, sadəcə iki natural ədədə bölünür, özü, 0:02:33.950,0:02:36.240 yəni 2 və 1. 0:02:36.240,0:02:37.685 Deməli 2, sadə ədəddir. 0:02:40.610,0:02:42.580 Sadə ədədləri dairəyə alacam. 0:02:42.580,0:02:43.289 Dairəyə alacam. 0:02:43.289,0:02:45.329 Bu rəngi dairə üçün[br]istifadə etdiyimə görə 0:02:45.329,0:02:47.320 bunu başqa rənglə edim. 0:02:47.320,0:02:48.220 Dairəyə alacam. 0:02:48.220,0:02:51.500 Sadə ədədləri dairəyə alacam. 0:02:51.500,0:02:53.630 2 çox maraqlıdır, çünki 0:02:53.630,0:02:56.180 o, cüt olan tək sadə ədəddir. 0:02:56.180,0:02:58.060 2-dən başqa digər cüt ədədlər 0:02:58.060,0:03:00.480 özündən və 1-dən əlavə olaraq 0:03:00.480,0:03:01.860 2-yə də bölünəcək. 0:03:01.860,0:03:03.030 Deməli sadə ədəd olmayacaq. 0:03:03.030,0:03:05.470 Bu haqda növbəti videolarda danışacağıq. 0:03:05.470,0:03:07.480 Gəlin 3-ə baxaq. 0:03:07.480,0:03:10.582 3 1-ə və 3-ə bölünür. 0:03:10.582,0:03:12.790 Bunların arasında olan heç bir ədədə bölünmür. 0:03:12.790,0:03:19.000 2-yə bölünmədiyi üçün 3 də[br]həmçinin sadə ədəddir. 0:03:19.000,0:03:20.700 Gəlin 4-ə baxaq. 0:03:20.700,0:03:22.860 Rəngi dəyişəcəm. 0:03:22.860,0:03:24.080 4-ə baxaq. 0:03:24.080,0:03:27.960 4 1 və 4-ə bölünür. 0:03:27.960,0:03:30.030 Amma o, həm də 2-yə bölünür. 0:03:30.030,0:03:31.200 2 vur 2 = 4. 0:03:31.200,0:03:33.490 Bu, həm də 2-yə bölünür. 0:03:33.490,0:03:38.730 Üç natural ədədə bölünür,[br]1, 2 və 4. 0:03:38.730,0:03:42.680 Deməli bu, sadə ədəd olmaq şərtini ödəmir. 0:03:42.680,0:03:46.720 Gəlin 5-ə baxaq. 0:03:46.720,0:03:49.270 5 1-ə bölünür. 0:03:49.270,0:03:50.740 2-yə bölünmür. 0:03:50.740,0:03:51.900 3-ə bölünmür. 0:03:51.900,0:03:56.149 4-ə də bölünmür. 0:03:56.149,0:03:58.690 Əslində bölə bilərsiniz, amma[br]bu halda qalıq qalacaq. 0:03:58.690,0:04:01.860 Amma bu, 5-ə bölünür. 0:04:01.860,0:04:06.350 Deməli bir də baxaq.[br]Bu iki natural ədədə bölünür. 0:04:06.350,0:04:08.280 1 və 5. 0:04:08.280,0:04:11.586 5 sadə ədəddir. 0:04:11.586,0:04:12.960 Gəlin davam edək və 0:04:12.960,0:04:15.340 burada hər hansısa bir[br]sıranın olub-olmadığına baxaq. 0:04:15.340,0:04:17.390 Bəlkə insanları çaşdıran 0:04:17.390,0:04:19.130 çətin birinə baxaq?! 0:04:19.130,0:04:23.350 Gəlin indi 0:04:23.350,0:04:24.300 6-ya baxaq. 0:04:24.300,0:04:26.470 1-ə bölünür. 0:04:26.470,0:04:28.940 2-yə bölünür. 0:04:28.940,0:04:30.270 3-ə bölünür. 0:04:30.270,0:04:33.190 4 və ya 5-ə bölünmür, amma[br]6-ya bölünür. 0:04:33.190,0:04:36.290 Deməli bunun 4 natural böləni var. 0:04:36.290,0:04:38.010 Məncə bunu belə deyə bilərsiniz. 0:04:38.010,0:04:39.940 Onun bölündüyü natural ədəd sayı 0:04:39.940,0:04:41.450 sadəcə iki deyil. 0:04:41.450,0:04:44.610 6 dörd natural ədədə bölünür,[br]deməli sadə ədəd deyil. 0:04:44.610,0:04:47.480 7-yə baxaq. 0:04:47.480,0:04:54.330 7 1-ə bölünür, 2-yə, 3-ə,[br]4-ə, 5-ə, 6-ya bölünmür, 0:04:54.330,0:04:56.160 amma 7-yə bölünür. 0:04:56.160,0:04:59.020 Deməli 7 sadə ədəddir. 0:04:59.020,0:05:00.640 Məncə ümumi fikri anlayırsınız. 0:05:00.640,0:05:03.560 Neçə natural ədəd 0:05:03.560,0:05:07.090 1, 2, 3, 4, 5 kimi iki yaşınız[br]olanda öyrəndiyiniz ədədlər, hansı ki, 0:05:07.090,0:05:10.490 bura 0, mənfi ədədlər, 0:05:10.490,0:05:13.340 kəsrlər və irrasional ədədlər,[br]onluq kəsrlər 0:05:13.340,0:05:17.250 və müsbət olan digər ədədlər daxil deyil. 0:05:17.250,0:05:19.270 Əgər bu ədəd sadəcə 0:05:19.270,0:05:23.140 özünə və 1-ə bölünürsə,[br]ancaq və ancaq bu zaman sadə ədəddir. 0:05:23.140,0:05:24.640 Bunu mən belə düşünürəm. 0:05:24.640,0:05:26.540 Əgər 1-in özünü nəzərə almasaq, 0:05:26.540,0:05:30.440 sadə ədədlər buradakı ədədlər kimidir. 0:05:30.440,0:05:31.899 Bundan artıq onları parçalaya bilməzsiniz. 0:05:31.899,0:05:34.190 Onlar atomlar kimidirlər.[br]Əgər atomun nə olduğunu 0:05:34.190,0:05:35.606 düşünürsünüzsə,[br]atom ilk kəşf 0:05:35.606,0:05:36.990 olunduqda insanlar onun daha 0:05:36.990,0:05:38.860 çox parçalana bilməyəcəyini düşünürdülər. 0:05:39.190,0:05:40.850 Biz bilirik ki, atomları parçalaya bilərik. 0:05:40.850,0:05:42.308 Əgər bunu etsəniz, 0:05:42.308,0:05:43.540 nüvə partlayışı yaradarsınız. 0:05:43.540,0:05:46.790 Amma bu, elə sadə ədəd anlayışının[br]arxasında olan ideya ilə eynidir. 0:05:46.790,0:05:49.750 Nəzəri olaraq 0:05:49.750,0:05:51.380 bilirik ki, biz sadə ədədləri daha 0:05:51.380,0:05:56.370 kiçik natural ədədlərin hasili kimi yaza bilmərik. 0:05:56.370,0:06:00.320 Məsələn 6 2 vur 3-ə bərabərdir deyə bilərsiniz. 0:06:00.320,0:06:01.280 Onu parçalaya bilərsiniz. 0:06:01.280,0:06:05.290 Diqqət edin, biz 6-nı iki sadə ədədin[br]hasili şəklində hissələrə ayıra bilirik. 0:06:05.290,0:06:07.740 Biz onu bir növ hissələrə ayırmışıq. 0:06:07.740,0:06:09.930 7-ni daha çox hissəyə ayıra bilməzsiniz. 0:06:09.930,0:06:13.346 Sadəcə 7-nin 1 vur 7-yə bərabər[br]olduğunu deyə bilərsiniz. 0:06:13.346,0:06:15.720 Belə olduqda onu hissələrə[br]ayırmış olmursunuz. 0:06:15.720,0:06:17.690 Burada yenidən 7 var. 0:06:17.690,0:06:19.440 6-nı hissələrə ayıra bilərsiniz. 0:06:19.440,0:06:22.302 4-ü də 2 vur 2 kimi hissələrə ayıra bilərsiniz. 0:06:22.302,0:06:24.760 Bunu bildiyimizə görə[br]gəlin böyük 0:06:24.760,0:06:28.910 ədədlərə baxaq və bu ədədlərin[br]sadə ədəd olub-olmadığını müəyyənləşdirək. 0:06:28.910,0:06:33.870 16-ya baxaq. 0:06:33.870,0:06:37.750 Hər hansısa bir ədədin 1-ə və[br]özünə bölündüyü aydındır. 0:06:37.750,0:06:39.700 Bura qoyacağınız hər hansısa[br]bir natural ədəd 0:06:39.700,0:06:41.242 1 və 16-ya bölünəcək. 0:06:41.242,0:06:42.866 Hər zaman 2 ilə başlayırsınız. 0:06:42.866,0:06:45.150 Bunun bölündüyü başqa br ədəd tapdığınız 0:06:45.150,0:06:47.060 an bunun sadə ədəd olmadığını bilirsiniz. 0:06:47.060,0:06:52.620 16-nı 2 vur 8,[br]4 vur 4 kimi göstərə bilərsiniz. 0:06:52.620,0:06:54.620 Buradan görünür ki,[br]16-nın 1-dən və 16-dan 0:06:54.620,0:06:56.720 əlavə çoxlu bölünəni var. 0:06:56.720,0:06:59.410 Deməli 16 sadə ədəd deyil. 0:06:59.410,0:07:02.340 Bəs 17? 0:07:02.340,0:07:05.500 17 1 və 17-yə bölünür. 0:07:05.500,0:07:06.700 2-yə bölünmür. 0:07:06.700,0:07:07.530 3-ə bölünmür. 0:07:07.530,0:07:10.650 4, 5, 6, 7, 8, 9 10, 11...[br]bu ədədlərin heç birinə, yəni 0:07:10.650,0:07:15.360 17, 1 və 17 arasında olan heç bir ədədə bölünmür. 0:07:15.360,0:07:20.130 Deməli 17 sadə ədəddir. 0:07:20.130,0:07:22.920 İndi bir qədər çətininə baxaq. 0:07:22.920,0:07:25.350 Bu, çox adamı çaşdıra bilir. 0:07:25.350,0:07:27.610 Bəs 51? 0:07:27.610,0:07:29.555 51 sadə ədəddir? 0:07:33.022,0:07:34.480 Əgər maraqlıdırsa, 0:07:34.480,0:07:36.390 videonu dayandırıb 0:07:36.390,0:07:40.060 51-in sadə ədəd olub-olmadığını[br]özünüz tapmağa çalışa bilərsiniz. 0:07:40.060,0:07:44.520 1 və 51-dən başqa 51-in 0:07:44.520,0:07:46.740 bölündüyü başqa ədəd varmı? 0:07:46.740,0:07:49.130 Bu, bir qədər qəribə ədəd kimi görünə bilər. 0:07:49.130,0:07:51.430 Düşünə bilərsiniz ki, bu, sadə ədəddir. 0:07:51.430,0:07:54.720 Amma indi sizə cavabı deyəcəm.[br]51 sadə ədəd deyil, 0:07:54.720,0:07:59.030 çünki o, 3 və 17-yə bölünür. 0:07:59.030,0:08:02.420 3 vur 17 = 51. 0:08:02.420,0:08:04.045 Ümid edirəm ki, sadə 0:08:04.045,0:08:05.590 ədədlərin nə olduğunu anladınız. 0:08:05.590,0:08:08.260 Növbəti videolarda bu haqda çalışmalar 0:08:08.260,0:08:11.738 və məsələlər etməyə çalışarıq.