İndiyə qədər danışığımız hər şey, corab satan
bu yeni başlayan şirkətlər və bütün bunlar
kapitaldan pul əldə edir.
Şirkət özəl olduqda
bu VS-a və
"mələk" investorlara gedirdi
və ola bilsin ki, pul əldə etmək üçün
dostlarınıza və ailənizə müraciət edə bilərsiniz.
Bununla şirkət ictimaiyyətə çıxa və ictimai
bazarlardan
pul əldə edə bilər.
Ancaq şirkətin kapitalını
artırmağın əslində iki yolu var.
Buna görə də bu siyahı kapital bazarları
adlanır və ya
onun bir hissəsidir, adı kapitalın artırılmasıdır.
Əslində kapital - bunu düşünməyin ən
asan yolu öz
biznesinizi inkişaf etdirmək, ya biznesinizi
davam etdirmək və ya biznesinizə
başlamaq üçün hər hansı bir
sərmayə qoymaq
istədiyiniz nağd pul toplamaqdır.
Yəni, indiyə qədər danışdığımız
hər şey kapital idi və
bu, pul qazanmaq üçün şirkətinizin
səhmlərini satmaqdır.
Və bu, VC-a aid bütün
nümunələrdir.
Səhm investoru - belə ki, siz kapitalı
satdığınız zaman
siz mahiyyət etibarı ilə bir növ
səhmi alan adamı-- bildiyiniz kimi,
kapital səhmlə
eyni şeydir-- bir növ səhmi alan adamı
şirkətin partnyoru edirsiniz.
Əgər şirkət-- deyək ki,
2 hal var--
əgər şirkət müflis olsa - müflisin nə
olduğu haqda daha
çox danışacağam-- lakin şirkət müflis
olursa,
səhmdarların əlində heç nə qalmaz.
Onlar sıfır ilə qalar.
Amma şirkətin böyük artımı varsa,
səhmlərin də
artımı çox olur.
Çünki, onlar burada tərəfdaşdırlar.
Əgər bu bizim haqqında danışdığımız yeni
qurulmuş şirkət olsaydı,
"Amazon.com"a çevrilsə və milyard
şirkət olsa, hər kəs yaxşı iş görər.
Hər kəs bu artımı paylaşacaq.
Lakin pul əldə etməyin digər bir
yolu da var və
əslində, məişət səviyyəsində bu
böyük ehtimal daha
çox tanışdır.
Yəni, məişət səviyyəsində heç vaxt
kapital artırmırsınız.
Heç vaxt deməzsən ki--
ev almalıyam, niyə
varlı dostuma
evimdəki hissənin 10%-i satmağı təklif
etmirəm
və o bir növ evimə şərik olacaq.
Ola bilər, amma əksər hallarda olmur.
Adətən, şəxsi nəsə edəndə,
borc vasitəsilə
pul əldə edirsiniz.
Maraqlıdır.
Borcla bağlı yaxşı olan şey budur ki,--
sizə borc verən
tərəfdən
düşünək.
Borc, sadəcə, borca pul almaqdır.
Düşünürəm ki, hamımız borc almağın
nə olduğunu bilirik.
Varlı dostuma gedib deyirəm ki, 1 dollar
borc alıb ildə sənə
1.25 Dollar verə bilərəm?
Və deyir ki, yaxşı.
Amma, əslində, pulu hansısa
gələcək
tarixdə geri verəcəyimə söz verirəm.
Kapitalı satsam, heç nə üçün söz vermirəm.
Əla biznesim var, niyə
1 Dollar verib
şirkətimin 20%-i almırsan deyirəm.
İşim yaxşı getsə, şirkətimin
mənfəətinin 20%-i
əldə edirsən.
Şirkət bərbad işləsə, yaxşı, riskə girdin,
heçnə qazanmırsan və qazanmıram.
Borc, biznesimin necə işlədiyindən asılı
olmayaraq, əgər əla işləsə,
əldə edəcəyin tək şeyin faiz
olduğunu deyir.
Bir növ artımdır.
Yəni, üstünlük məhduddur,
elə deyilmi?
Əgər 9%-lə borc alsam, həmin insanın
alacağı
9% olacaq.
Hətta şirkətim növbəti Google yaxud
Microsoft yaxud hansısa başqası olsa belə,
həmin insan pulunun sadəcə 9%-ni
alacaq.
Halbuki, bu şəxs mərc etdiyi üçün
pullarının
yüz qatını almış ola bilər.
Digər tərəfdən, mənfisi
daha azdır.
Çox məhdud mənfi tərəf.
Yəni, məhdud ziyan.
Çünki onlar müəyyən vaxtda pullarını
geri alacaqlar-
Müəyyən ödəniş cədvəli var.
Və onlar səhmdarlardan əvvəl
pullarını geri alacaqlar-- deyək
ki, şirkətin çətində olduğu
bir vəziyyətdə--
müflisliklə bağlı bütov bir siyahı
hazırlayacağıq,
şirkətə borc verən insanlar səhmdarlar
heçnə görmədən pullarını
görəcəklər.
Bəs bütün bunlar balans hesabatından
necə çıxır?
Deyək ki, ictimaiyyətə açıq
şirkətimiz var.
Əgər şikrətdə maliyyə direktorunun nə
etdiyi maraqlıdırsa,
bu, həqiqətən də onların həmişə qəbul
etdikləri əsas qərardır.
Bəs, ehtiyacımız olanda necə pul
yığarıq,
səhm bazarlarından, yoxsa borc
bazarlarından
pul yığırıq?
Gəlin, yeni bir
şirkət tapaq.
Deyək ki, bu, onun qısamüddətli
aktivləridir.
Qısamüddətli yox--Qısamüddətli demək
istəmirəm, bu onun
cari aktivləridir.
Qısamüddətli aktivlər
başqa mənaya
gəlir, bu haqda gələcəkdə danışacağıq.
Yəni, bu onun aktivləridir.
Burada bir qədər nağd pul ola bilər.
Daha ətraflı danışacağıq.
Biz, həqiqi balans hesabatlarına baxacağıq və
balans
hesabatındakı bütün şərtlərin nə
demək olduğunu açıqlayacağıq.
Amma, hələlik, aktivlər bunlardır.
Və indiyə qədər topladığı bütün
pulların kapital olduğunu fərz edək.
Və deyək ki, bu, ictimaiyyətə açıq
bir şirkətdir.
Olmalı deyil.
Deyək ki, bu, onun bütün kapitalıdır
və
tutaq ki, 10 milyon səhmi var.
Şirkətin ictimaiyyətə açıq
olması ilə bağlı digər maraqlı şey--
xatırlayın, hər dəfə bir şirkət özəl
olduqda və
kapital investorlarını götürəndə
oturub bunun nəyə dəyər
olduğunu deyən danışıqlar
aparmalı idilər?
Bu aktivlərin dəyəri nədir?
Amma yaxşısı budur ki,
ictimai şəkildə satış edən şirkətiniz olduqda,
bu səhmlər birjada satılır, düzdür?
Bu səhmlər, deyək ki,
Nyu York Birjasındadır.
Nyu-York kapital
mübadiləsindədir.
Hər gün "Yahoo!"a baxardınız.
Diaqram çəkim.
Diaqram çəkə bilərsiniz.
Məncə, hamımız birja
diaqramlarını görmüşük.
Deyək ki, bu, onun IPO tarixi ola bilərdi
və ya sadəcə
baxdığımız başlanğıc ola bilər
və deyək ki,
səhmlərin IPO-su yüksəldi
və sonra
bütün bazar bir az aşağı düşdü.
Pisləşdi.
Amma hər hansı bir vaxtda, dogrudan, demək
olar, hər saniyə, kiminsə bu səhmi satdığı
qiymət var, bu ən yaxşı
qiymət olmaya bilər, amma bir qiymətdir.
Bunun niyə baş verdiyini danışacağıq,
çünki sizin 10 milyon
səhminiz ola bilər və tutaq ki,
100 səhm
hər saniyədə satılır, və ya tutaq ki,
gündə yalnız
100 səhm satılır, bu göstərici qiymətdir?
Çünki bu, bütün səhmlərin
böyük bir hissəsi deyil.
Ancaq yenə də, ümumi axın və
bütün bunlara nisbətdə
həcmin nə demək olduğu haqda
daha çox danışacağıq.
Ancaq deyək ki, bu saniyədə şirkətin
səhmləri
hər səhm üçün 15 dollardan satıldı.
Bu, 15 dollardır, tam olaraq, bu saniyədə.
İndiki kimidir.
Səhm 15 dollara satılır və onu
Bloomberg terminalınızda
və ya başqa hər hansı bir şeydə
axtara bilərsiniz.
Beləliklə, əslində bazar bizə
bu şirkət üçün dəyər verir.
Bazar səhmi 15 dollara almağa
hazırdır.
Səhmi 15 dollara
istəyən alıcı və istəkli satıcı var.
Bu o deməkdir ki, həmin anda bazar bu
şirkəti 15 dollar vur
10 milyon səhmlə qiymətləndirir.
Beləliklə, hər bir səhm üçün
15 dollar vur 10 milyon səhmə
bərabərdir-- dollar işarəsi mütləq deyil.
Yəni bazar, 15 vur 10 100 edir,
müəyyən edilir.
150 milyon market kapitalı.
Şirkət üçün bazar kapitallaşması.
Və belə bir şeyə baxa bilərsiniz, məncə,
bu, Yahoo!-da əsas statistika tabıdır.
Maliyyə və bir şirkət üçün bazar
kapitallaşmasını görəcəksiniz.
Bu, səhmlərin qiyməti
vur səhmlərin sayıdır.
Kapitalın bazar dəyəri
budur.
Bazar deyir ki,
buradakı bu şey 150 milyon dollar
dəyərindədir.
Və bu aktivlərlə eyni ölçüdə olduğundan
sağ tərəfdə başqa heç
bir şeyimiz yoxdur,
bazar əslində aktivlərin
hazırda 150 milyon dollar dəyərində
olduğunu söyləyir.
Bunlar həmişə bərabər olmayacaq.
Yəqin ki, biz bir neçə videoda
borcun artırılmasına başladığınız
zaman aktivin
dəyərinin nə olduğunu anlamaq üçün əlavə
hesablama aparmalı olduğunuzu
görəcəyik və ya-- mən burada yeni bir termin
istifadə edəcəyəm, şirkətin müəssisə dəyəri.
Müəssisə dəyəri mahiyyətcə aktivin dəyəri
çıx artıq pul vəsaitidir.
Şirkətin işləməsi üçün ehtiyacı olmayan
nağd pul.
Bu barədə daha ətraflı danışacağıq.
Amma hələlik buna yalnız
aktivlər kimi baxacağıq.
Əgər mən bu şirkətin
maliyyə direktoruyamsa və
deyək ki, 15 milyon dollar
əldə etməliyik.
İki seçimim var.
Mən deyə bilərəm ki, şirkət hər səhmi
15 dollardan satır, 15 milyon dollar
toplamalıyam,
ona görə də daha bir milyon
səhm buraxa bilərəm.
Bu, ilkin kütləvi təklif olmayacaq,
çünki mən
artıq ictimaiyyətə açığam.
Növbəti təklif ola
bilər, buna ikinci təklif də deyilir.
Baxmayaraq ki, ikinci sözü
iki cür məna daşıyır.
Amm bu edəcəyim növbəti təklif olardı,
idarə heyətinə
gedərdim, digər milyonluq səhm yaradardıq
və onları satardıq və
yəqin ki, insanlar 15 dollardan və ya
daha az qiymətə alardılar çünki
bazarı bir növ tonlarla
səhm ilə doldururuq.
Ola bilsin ki, hər səhmi 14 dollara
alarlar və 14 milyon dollar əldə edərik.
Və bu, növbəti təklif olacaq.
Beləliklə, daha çox pul qazanmaq
üçün həmişə ictimai bazarlardan
istifadə edə bilərik.
Biz bütün bunlara etməli deyildik--
Yəni, əksər hallarda
bu böyük qiymətləndirmə çalışmasını,
müzakirələri
və bankları kirayə götürməyi,
yəni, hamısını etməli deyildik.
Baxmayaraq ki, banklar yenə də
komissiya yığacaqlar.
Hərçənd banklar yenə haqq yığacaq.
Yəni, bu, bir seçimdir.
Yaxud digər seçim,
biz köklü bir şirkətik, nağd pul
qazanırıq, istəsək
faiz ödənişləri edə bilərik.
Banka gedə bilərik.
Əslində bunu etməyin bir çox
fərqli yolu var.
Amma, əslində borc götürə bilirik.
Deyək ki, bunu edirik.
Bunu etmək əvəzinə-- tutaq ki,
hər ikisini edirik.
Tutaq ki, biz 1 milyon dollarlıq
növbəti təklif
etdik və bu, bizə 14 milyon dollar verdi.
Və tutaq ki, biz 2 milyon dollar da
istəyirik, amma bu dəfə
səhmləri satmaq əvəzinə-- indi
neçə səhmimiz var?
1 milyon satdıq,
10 milyonumuz var idi,
11 milyon səhmimiz var.
Deyək ki, maliyyə direktoru kimi
hiss edirəm ki,
səhmlərimiz daha çox artacaq.
Ona görə də onları belə ucuza
satmağı sevmirik.
Və deyək ki, faiz dərəcələri
həqiqətən aşağıdır.
Bunun əvəzinə borc pul alacağıq.
Bu, əslində borcu artırır.
Deyək ki, ehtiyacımız olduğu üçün
3 milyon dollar da borc alırıq.
Əslində bu borc olardı, 3 milyon dollar
borc
və 3 milyon dollar nağd pul alardıq.
İndi bütün aktivlərimiz sol tərəfdəki
sol tərəfdəkilərdir.
İndi bizim öhdəliklərimiz nədir?
Əvvəllər öhdəliklərimiz yox idi, çünki
əlimizdə olan hər şey səhmlər idi.
Amma indi edirik.
İndi burada kiməsə 3 milyon dollar
borcumuz var.
Borc pul almağın bütün
müxtəlif yolları haqqında
daha çox danışacağam.
Amma bu, əslində, sadəcə olaraq,
bank krediti ola bilər.
Bank of America-ya
gedib
biz böyük şirkətik və pul vermək üçün yaxşıyıq,
niyə bizə
3 milyon dollar borc vermirsən,
deyə bilərdilər.
Və bəlkə də aşağı faizlə, bəlkə də
ildə 6%-lə
3 milyon dollar olardı.
Bank of America yaxşı hiss etdirir,
çünki sizin yüksək-- kredit reytinqləri
və bu kimi şeylər haqqında daha çox
danışacağıq--amma deyirlər ki,
yaxşı kredit balınız var.
Beləliklə, onu sizə aşağı faizlə verəcəyik.
Gələcəkdə olan budur ki,
bu aktivlər, ümid edirik ki,
bir qədər pul qazandıracaq.
Və bu adamlar bunu görməzdən əvvəl--
qoy, mən edim-- bu
səhmdarlardan əvvəl--bu,
hazırda səhmdarlardır
səhmdarlar bir şey görməzdən əvvəl,
bu adamlar öz faizlərini
almalıdırlar. Gəlir hesabatında
bunların hamısını bir-bir göstərəcəyəm.
İndiyə qədər gördüyümüz hər şey
balans hesabatı oldu.
Ancaq indi maraqlı bir şey baş verir.
İndi birdən sizin aktivləriniz,
yəni o tərəfdə-- eyni rəsm üzərində
yazmağa davam etdiyimi bilirəm--
aktivləriniz indi kapitalınızdan
daha böyükdür.
Mən indi hesab edirəm ki,
və bu, bir növ balans hesabatı
hesabatı videosunun nəzərdən
keçirilməsidir, aktivlərin
kapitalınıza bərabər olduğunu görürsünüz,
bu da burada, kapitalınız
üstəgəl öhdəliklərinizdir.
İndi öhdəlikləriniz 3 milyon dollardır.
Üstəlik öhdəliklər.
Aktivlərinizin dəyərini bilmək
istəyirsinizsə, çünki
aktivləriniz kapitalınıza bərabərdir.
Bəs kapitalınızın bazar dəyəri nədir?
Bunu onsuz da, başa düşdük.
İndi 11 milyon səhmimiz var.
İndi 11 milyon səhmimiz var.
Və deyək ki, hansısa qəribə və ya qəribə olmayan səbəbdən səhmlər 10 dollara düşüb.
Bu halda, bazar dəyəri nədir?
Hər səhm üçün 10 dollardan,
11 milyon səhm, 110 milyon dollarlıq
bazar dəyərimiz var.
Bir bazar dəyəri edirik.
Bazar və balans dəyəri
arasındakı fərq haqqında
daha çox danışacağıq.
Ancaq bu, kapitalınızın
bazar dəyəridir.
Bəs öhdəlikləriniz nədir?
3 milyon dollar borcumuz var,
yəni, üstəgəl 3 milyon
Yəni, aktivlərimizin bazar dəyərinin,
bütün bu sol tərəf bizim
kapitalımızın dəyərinə,
şirkətin bazar dəyərinə və borc məbləğinə
dəyəcəyini düşündüyünü deyə bilərik,
hansı ki, 113 milyona bərabərdir.
Beləliklə, bu aktivlərin dəyəri
113 milyon dollardır
və bu, əksər hallarda,
şirkətin müəssisə dəyəridir.
Şirkətin aktivlərin dəyəri nə qədərdir?
Gələcəkdə müəssisənin
dəyəri ilə bağlı bir az düzəliş edəcəyik.
Ancaq mahiyyətcə şirkətin dəyərini
bu şəkildə qiymətləndirə bilərsiniz.
Bir çox insan bazar kapitalını
hesabladıqda
deyirlər ki,
şirkətin dəyəri budur.
Xeyr, kapitalın dəyəri budur.
Bazar kapitalı kapitalın dəyəridir.
Əgər şirkətin dəyərini
bilmək istəyirsinizsə,
bazar kapitalını götürməli və
sonra borcu əlavə etməlisiniz.
Başqa bir yol-- yaxşı,
çox mürəkkəbləşməyəcəm,
çünki indi gördüm ki, vaxtım bitib.
Növbəti videoda görüşənədək.