Corab və buna bənzər şeyləri satan yeni başlayan şirkətlər haqqında danışdığımız hər şey kapitaldan pul əldə edir. Şəxsi pul əldə etdik - şirkət özəl olduqda bu VS-a və "mələk" investorlara gedirdi və ola bilsin ki, sən pul əldə etmək üçün dostlarına və ailənə gedə bilərdin. Bununla şirkət ictimaiyyətə çıxa və ictimai bazarlardan pul əldə edə bilər. Ancaq şirkətin kapitalı artırmağın əslində iki yolu var. Buna görə də bu siyahı kapital bazarları adlanır və ya onun bir hissəsidir, adı kapitalın artırılmasıdır. Əslində kapital - bunu düşünməyin ən asan yolu öz biznesinizi inkişaf etdirmək, ya biznesinizi davam etdirmək və ya biznesinizə başlamaq üçün hər hansı bir sərmayə qoymaq istədiyiniz nağd pul toplamaqdır. Yəni, indiyə qədər danışdığımız hər şey kapital idi və bu, pul qazanmaq üçün şirkətinizin səhmlərini satmaqdır. Və bu, VC-a aid bütün nümunələrdir. Səhm investoru - belə ki, siz kapitalı satdığınız zaman siz mahiyyət etibarı ilə-- siz bir növ səhmi alan adamı-- bildiyiniz kimi, kapital səhmlə eyni şeydir-- bir növ səhmi alan adamı şirkətin partnyoru edirsiniz. Əgər şirkət-- deyək ki, 2 hal var-- əgər şirkət müflis olsa - müflisin nə olduğu haqda daha çox danışacağam-- lakin şirkət müflis olursa, bütün səhmdarların əlində heç nə qalmaz. Onlar sıfır ilə qalır. Amma şirkətin böyük üstünlüyü varsa, səhmlərin də artımı çox olur. Çünki, onlar burada tərəfdaşdırlar. Əgər bu bizim haqqında danışdığımız yeni qurulmuş şirkət olsaydı, "Amazon.com"a çevrilsə və milyard şirkət olsa, hər kəs yaxşı iş görəcək. Hər kəs bu üstünlüyü paylaşacaq. Lakin pul əldə etməyin digər bir yolu da var və əslində, məişət səviyyəsində bu böyük ehtimal daha çox tanış olan şeydir. Yəni, məişət səviyyəsində heç vaxt kapital artırmırsınız. Heç vaxt deməzsən ki-- yaxşı, deyə bilərsən, lakin deməyəcəksən ki, ev almalıyam, niyə varlı dostuma evimdəki hissənin 10%-i satmağı təklif etmirəm və o bir növ evimə şərik olacaq. Baş verə bilər, amma əksər hallarda olmur. Adətən, şəxsi səviyyədə nəsə edəndə, borc vasitəsilə pul əldə edirsiniz. Bu maraqlıdır. Borcla bağlı yaxşı olan şey budur ki,-- sizə borc verən tərəfdən düşünək. Borc, sadəcə, borca pul almaqdır. Düşünürəm ki, hamımız borc almağın nə olduğunu bilirik. Varlı dostuma gedib deyirəm ki, 1 dollar borc alıb ildə sənə 1.25 Dollar verə bilərəm? Və deyir ki, yaxşı. Amma, əslində, pulu hansısa gələcək tarixdə geri verəcəyimə söz verirəm. Kapitalı satsam, heç nə üçün söz vermirəm. Əla biznesim var, niyə 1 Dollar verib şirkətimin 20%-i almırsan deyirəm. İşim yaxşı getsə, şirkətimin mənfəətinin 20%-i əldə edirsən. Şirkət bərbad işləsə, yaxşı, riskə girdin, heçnə qazanmırsan və qazanmıram. Borc, biznesimin necə işlədiyindən asılı olmayaraq, əgər möhtəşəm işləsə, əldə edəcəyin tək şeyin faiz olduğunu deyir. Bir növ üstünlükdür. Yəni, üstünlük məhduddur, elə deyilmi? Əgər 9%-lə borc alsam, həmin insanın alacağı 9% olacaq. Hətta şirkətim növbəti Google yaxud Microsoft yaxud hansısa başqası olsa belə, həmin insan pulunun sadəcə 9%-ni alacaq. Halbuki, bu şəxs mərc etdiyi üçün pullarının yüz qatını almış ola bilər. Digər tərəfdən, mənfisi daha azdır. Çox məhdud mənfi tərəf. Beləliklə, məhdud ziyan. Çünki onlar müəyyən vaxtda pullarını geri alacaqlar- müəyyən ödəniş cədvəli var. Və onlar səhmdarlardan əvvəl pullarını geri alacaqlar-- deyək ki, şirkətin çətində olduğu bir vəziyyətdə-- müflisliklə bağlı bütov bir siyahı hazırlayacağıq şirkətə borc verən insanlar səhmdarlar heçnə görmədən pullarını görəcəklər. Bəs bütün bunlar balans hesabatından necə çıxır? Deyək ki, ictimaiyyətə açıq şirkətimiz var. Əgər şikrətdə maliyyə direktorunun nə etdiyi maraqlıdırsa, bu, həqiqətən də onların həmişə qəbul etdikləri əsas qərardır. Bəs, ehtiyacımız olanda necə pul yığarıq, səhm bazarlarından, yoxsa borc bazarlarından pul yığırıq? Gəlin, yeni bir şirkət tapaq. Deyək ki, bu, onun qısamüddətli aktivləridir. Qısamüddətli yox--Qısamüddətli demək istəmirəm, bu onun cari sahib olduğu aktivlərdir. Qısamüddətli aktivlər başqa mənaya gəlir, bu haqda gələcəkdə danışacağıq. Yəni, bu onun aktivləridir. Burada bir qədər nağd pul ola bilər. Daha ətraflı danışacağıq. Biz, həqiqi balans hesabatlarına baxacağıq və balans hesabatındakı bütün şərtlərin nə demək olduğunu açıqlayacağıq. Amma, hələlik, aktivləri bunlardır. Və indiyə qədər topladığı bütün pulların kapital olduğunu fərz edək. Və deyək ki, bu, ictimaiyyətə açıq bir şirkətdir. Olmalı deyil. Deyək ki, bu, onun bütün kapitalıdır və tutaq ki, 10 milyon səhmi var. Şirkətin ictimaiyyətə açıq olması ilə bağlı digər maraqlı şey-- xatırlayın, hər dəfə bir şirkət özəl olduqda və kapital investorlarını götürəndə oturub bunun nəyə dəyər olduğunu deyən danışıqlar aparmalı idilər? Bu aktivlərin dəyəri nədir? Amma yaxşısı budur ki, ictimai şəkildə satış edən şirkətiniz olduqda, bu səhmlər birjada satılır, düzdür? Bu səhmlər, deyək ki, Nyu York Birjasındadır. Nyu-York kapital mübadiləsindədir. Hər gün "Yahoo!"a baxardınız. Diaqram çəkim. Diaqram çəkə bilərsiniz. Məncə, hamımız birja diaqramlarını görmüşük. Deyək ki, bu, onun IPO tarixi ola bilərdi və ya sadəcə baxdığımız başlanğıc ola bilər və deyək ki, səhmlərin IPO-su yüksəldi və sonra bütün bazar bir az aşağı düşdü. pisləşdi. Amma hər hansı bir vaxtda, dogrudan, hər demək olar, hər saniyə, kiminsə bu səhmi satdığı qiymət var, bu ən yaxşı qiymət olmaya bilər, amma bir qiymətdir. Bunun niyə baş verdiyini danışacağıq, çünki sizin 10 milyon səhminiz ola bilər və tutaq ki, 100 səhm hər saniyədə satılır, və ya tutaq ki, gündə yalnız 100 səhm satılır, bu göstərici qiymətdir? Çünki bu, bütün səhmlərin böyük faizi deyil. Ancaq yenə də, ümumi axın və bütün bunlara nisbətdə həcmin nə demək olduğu haqda daha çox danışacağıq. Ancaq deyək ki, bu saniyədə şirkətin səhmləri hər səhm üçün 15 dollardan satıldı. Bu, 15 dollardır, tam olaraq, bu saniyədə. İndiki kimidir. Səhm 15 dollara satılır və onu Bloomberg terminalınızda və ya başqa hər hansı bir şeydə axtara bilərsiniz. Beləliklə, əslində bazar bizə bu şirkət üçün dəyər verir. Bazar səhmi 15 dollara almağa hazırdır. Səhmi 15 dollara istəyən alıcı və istəkli satıcı var idi. Bu o deməkdir ki, həmin anda bazar bu şirkəti 15 dollar vur 10 milyon səhmlə qiymətləndirir. Beləliklə, hər bir səhm üçün 15 dollar vur 10 milyon səhmə bərabərdir-- bu, mütləq bir dollar işarəsi deyil. Yəni bazar, 15 çarpı 10 100 edir, müəyyən edilir. 150 milyon market kapitalı. Şirkət üçün bazar kapitallaşması. Və belə bir şeyə baxa bilərsiniz, məncə, bu, Yahoo!-da əsas statistika tabıdır. Maliyyə və bir şirkət üçün bazar kapitallaşmasını görəcəksiniz. Bu, səhmlərin qiymətindən vur səhmlərin sayıdır. Kapitalın bazar dəyəri budur. Bazar deyir ki, buradakı bu şey 150 milyon dollar dəyərindədir. Və bu aktivlərlə eyni ölçüdə olduğundan sağ tərəfdə başqa heç bir şeyimiz yoxdur, bazar əslində aktivlərin hazırda 150 milyon dollar dəyərində olduğunu söyləyir. Bunlar həmişə bərabər olmayacaq. Yəqin ki, biz bir neçə videoda borcun artırılmasına başladığınız zaman aktivin dəyərinin nə olduğunu anlamaq üçün əlavə hesablama aparmalı olduğunuzu görəcəyik və ya-- mən burada yeni bir termin istifadə edəcəyəm, firmanın müəssisə dəyəri. Müəssisə dəyəri mahiyyətcə aktivin dəyəri çıx artıq pul vəsaitidir. Şirkətin işləməsi üçün ehtiyacı olmayan nağd pul. Bu barədə daha ətraflı danışacağıq. Amma hələlik buna yalnız aktivlər kimi baxacağıq. Əgər mən bu şirkətin maliyyə direktoruyam və deyək ki, 15 milyon dollar əldə etməliyik. İki seçimim var. Mən deyə bilərəm ki, şirkət hər səhmi 15 dollardan satır, 15 milyon dollar toplamalıyam, ona görə də daha bir milyon səhm buraxa bilərəm. Bu, ilkin kütləvi təklif olmayacaq, çünki mən artıq ictimaiyyətə açığam. Növbəti təklif ola bilər, ya da buna ikinci təklif deyilir. Baxmayaraq ki, ikinci sözü iki cür məna daşıyır. Amm bu edəcəyim növbəti təklif olardı, idarə heyətinə gedərdim, digər milyonluq səhm yaradardıq və onları satardıq və yəqin ki, insanlar 15 dollardan və ya daha az qiymətə alardılar çünki bazarı bir növ tonlarla səhm ilə doldururuq. Ola bilsin ki, hər səhmi 14 dollara alarlar və 14 milyon dollar əldə edərik. Və bu, növbəti təklif olacaq. Beləliklə, daha çox pul qazanmaq üçün həmişə ictimai bazarlardan istifadə edə bilərik. Biz bütün bunlara etməli deyildik-- Yəni, əksər hallarda bu böyük qiymətləndirmə çalışmasını, müzakirələri və bankları kirayə götürməyi, yəni, hamısını etməli deyildik. Baxmayaraq ki, banklar yenə də komissiya yığacaqlar. Hərçənd banklar yenə haqq yığacaq. Yəni, bu, bir seçimdir. Yaxud digər seçim, biz köklü bir şirkətik, nağd pul qazanırıq, istəsək faiz ödənişləri edə bilərik. Banka gedə bilərik. Əslində bunu etməyin bir çox fərqli yolu var. Amma, əslində borc götürə bilirik. Deyək ki, bunu edirik. Bunu etmək əvəzinə-- deyək ki, hər ikisini edirik. Tutaq ki, biz 1 milyon dollarlıq növbəti təklif etdik və bu, bizə 14 milyon dollar verdi. Və tutaq ki, biz 2 milyon dollar da istəyirik, amma bu dəfə səhmləri satmaq əvəzinə-- indi neçə səhmimiz var? 1 milyon satdıq, 10 milyonumuz var idi, 11 milyon səhmimiz var. Deyək ki, maliyyə direktoru kimi hiss edirəm ki, səhmlərimiz daha çox yüksələcək. Ona görə də onları belə ucuza satmağı sevmirik. Və deyək ki, faiz dərəcələri həqiqətən aşağıdır. Bunun əvəzinə borc pul alacağıq. Bu, əslində borcu artırır. Deyək ki, ehtiyacımız olduğu üçün 3 milyon dollar da borc alırıq. Əslində bu borc olardı, 3 milyon dollar borc və 3 milyon dollar nağd pul alardıq. İndi aktivlərimiz sol tərəfdəki bütün bunlardır. İndi bizim öhdəliklərimiz nədir? Əvvəllər öhdəliklərimiz yox idi, çünki əlimizdə olan hər şey səhmlər idi. Amma indi edirik. İndi burada kiməsə 3 milyon dollar borcumuz var. Və bor pul almağın bütün müxtəlif yolları haqqında daha çox danışacağam. Amma bu, əslində, sadəcə olaraq, bank krediti ola bilər. Bank of America-ya gedib biz böyük şirkətik və pul üçün yaxşıyıq, niyə bizə 3 milyon dollar borc vermirsən, deyə bilərdilər. Və bəlkə də aşağı faizlə, bəlkə də ildə 6%-lə 3 milyon dollar olardı. Bank of America yaxşı hiss etdirir, çünki sizin yüksək-- kredit reytinqləri və bu kimi şeylər haqqında daha çox danışacağıq--amma deyirlər ki, yaxşı kredit balınız var. Beləliklə, onu sizə aşağı faizlə verəcəyik. Gələcəkdə olan budur ki, bu aktivlər, ümid edirik ki, bir qədər pul qazandıracaq. Və bu adamlar bunu görməzdən əvvəl-- qoy, mən edim-- bu səhmdarlardan əvvəl--bu, hazırda səhmdarlardır səhmdarlar bir şey görməzdən əvvəl, bu adamlar öz faizlərini almalıdırlar. Gəlir hesabatında bunların hamısını bir-bir göstərəcəyəm. İndiyə qədər gördüyümüz hər şey balans hesabatı oldu. Ancaq indi maraqlı bir şey baş verir. İndi birdən sizin aktivləriniz, yəni o tərəfdə-- eyni rəsm üzərində yazmağa davam etdiyimi bilirəm-- aktivləriniz indi kapitalınızdan daha böyükdür. Mən indi hesab edirəm ki, və bu, bir növ balans hesabatı hesabatı videosunun nəzərdən keçirilməsidir, aktivlərin kapitalınıza bərabər olduğunu görürsünüz, bu da burada, kapitalınız üstəgəl öhdəliklərinizdir. İndi öhdəlikləriniz 3 milyon dollardır. Üstəlik öhdəliklər. Aktivlərinizin dəyərini bilmək istəyirsinizsə, çünki aktivləriniz kapitalınıza bərabərdir. Bəs kapitalınızın bazar dəyəri nədir? Bunu onsuz da, başa düşdük. İndi 11 milyon səhmimiz var. İndi 11 milyon səhmimiz var. Və deyək ki, hansısa qəribə və ya qəribə olmayan səbəbdən səhmlər 10 dollara düşüb. Bu halda, bazar dəyəri nədir? Hər səhm üçün 10 dollardan, 11 milyon səhm, 110 milyon dollarlıq bazar dəyərimiz var. Bir bazar dəyəri edirik. Bazar və balans dəyəri arasındakı fərq haqqında daha çox danışacağıq. Ancaq bu, kapitalınızın bazar dəyəridir. Bəs öhdəlikləriniz nədir? 3 milyon dollar borcumuz var, yəni, üstəgəl 3 milyon Yəni, aktivlərimizin bazar dəyərinin, bütün bu sol tərəf bizim kapitalımızın dəyərinə, şirkətin bazar dəyərinə və borc məbləğinə dəyəcəyini düşündüyünü deyə bilərik, hansı ki, 113 milyona bərabərdir. Beləliklə, bu aktivlərin dəyəri 113 milyon dollardır və bu, əksər hallarda, şirkətin müəssisə dəyəridir. Şirkətin aktivlərin dəyəri nə qədərdir? Gələcəkdə müəssisənin dəyəri ilə bağlı bir az düzəliş edəcəyik. Ancaq mahiyyətcə şirkətin dəyərini bu şəkildə qiymətləndirə bilərsiniz. Bir çox insan bazar kapitalını hesabladıqda deyirlər ki, şirkətin dəyəri budur. Xeyr, kapitalın dəyəri budur. Bazar kapitalı kapitalın dəyəridir. Əgər şirkətin dəyərini bilmək istəyirsinizsə, bazar kapitalını götürməli və sonra borcu əlavə etməlisiniz. Başqa bir yol-- yaxşı, çox mürəkkəbləşməyəcəm, çünki indi gördüm ki, vaxtım bitib. Növbəti videoda görüşənədək.