Son videoda dayandığımız yerdə, 1924-cü ildə Hitler həbsdə idi,
1923-cü ildə məşhur dövlət çevrilişi,
məşhur Pivə qiyamı
Münhendə uğursuz oldu.
Münhendə uğursuz oldu.
O həbsdəykən "Mayn Kampf" (Mənim mübarizəm) kitabını yazdı.
O, həbsdə olduğu zaman, Nasist partiyasına qadağa qoyulur və hökumətin devrilməsi
ehtimalını artıran bir çox
iqtisadi qarışıqlıqlar baş verir,
həmçinin 20-ci illərin əvvəllərində,
Hitler həbsdən çıxana qədər,
nəzarət altında olan Veymarda hiperinflyasiya
qeydə alınır.
Onlar yeni valyuta buraxmışdılar, o, daha sabit idi.
Müəyyən dərəcədə nasistlər və
Hitler sıfırdan başlamışdılar, baxmayaraq ki,
hətta bu nöqtədə Hitlerin getdikcə təsiri artırdı.
O, məşhur natiqd idi,
onu tanıyanlar və izləyənlər
getdikcə artırdı.
Növbəti bir neçə il ərzində
onun kitabı nəşr olunur və on minlərlə nüsxə satılır,
lakin əksər
hallarda o, hələ də Almaniya siyasətində
nisbətən kiçik bir rol oynayır.
20-ci illərin sonlarına irəlilədikcə,
nasistlər müəyyən nüfuz qazanır,
lakin sonra
1929-cu ildə dünya
iqtisadiyyatı üçün qlobal
dəyişiklik yaranır və bu,
Böyük Böhranın başlanğıcı idi.
Xüsusilə, Böyük Böhranın
yaxınlaşdığına dair ilk əlamət, 1929-cu
ilin oktyabrında, məşhur
Qara Çərşənbə axşamında ABŞ
birjalarının çökməsidir.
Bu, təkcə Amerikanın deyil,
qlobal böhranın
başlanğıcının əlaməti idi.
Beləliklə, bütün dünya böhrana girir.
İqtisadi böhranlar
olan zaman
radikal sağçı
və
solçu
partiyalar,
nasist
partiyaları
güclənir.
Beləliklə, 1930-cu
il parlament seçkiləri
zamanı Almaniyada parlament Reyxstaq idi.
Bilirəm ki, Reyxstaq sözünü
yanlış tələffüz edirəm.
Reyxstaq seçkilərində Nasist partiyası,
ilk dəfə əhəmiyyətli bir nəticə göstərdi.
Bu partiya 18% səs və Parlamentdə
proporsional təmsilçiliyi qazanır.
Bu nasistlərin Almaniya
siyasətində əhəmiyyətli fiqurlara dönməsinin
başlanğıcı oldu.
1932-ci ilə doğru iqtisadiyyat yaxşılaşmır,
daha da
pisləşir.
Adolf Hitler prezidentliyə namizədliyini irəli sürür.
O vaxt prezident
Paul fon Hindenburq
idi, daha sonra Zeppelin fəlakəti ilə
məşhur oldu.
O, Birinci Dünya Müharibəsi zamanı Alman
hərbi qüvvələrinin iki liderindən biri olan Ludendorff ilə birlikdə idi.
O, 1925-ci ildən Veymar Respublikasının prezidenti
olur və 1932-ci ildə yenidən seçilə bilir,
lakin Hitler kifayət qədər yaxşı nəticələr göstərir.
Hitler 35%
səs
toplayır.
Veymar Respublikasında qəribə
sistem var idi.
Bu sistem Birləşmiş Ştatlarda olduğu kimi
prezident sistemindən və hazırda Almaniyada
olan sistemdən fərqli idi.
Prezident müstəqil şəkildə seçilirdi və
müəyyən səlahiyyətlərə malik idi,
sonra parlament də müstəqil şəkildə seçilirdi və
daha sonra hakim hökumətə sahib olmaq
üçün koalisiyalar qurmağa çalışırdı.
1932-ci ildə Hitler əsas fiqur idi və Nasistlərə parlamentdə
çox yer
ayrılmışdır.
1932-ci ildə bir neçə parlament seçkiləri qeydə alındı
və biz onlardan ikisini müzakirə etdik.
müzakirə etdik.
Hökümətin parlament , Nazirlər Kabineti yaratması,
mahiyyətcə Baş Nazir
olan Kansler təyin etməsi üçün
seçkilər keçirilir və müxtəlif partiyalar fərqli
sayda səs toplayır.
Əgər heç bir partiya toplanan səs sayı baxımından
çoxluq təşkil etmirsə, o zaman partiyalar koalisiya yaradır.