Bu, 1700-cü illərin əvvəlinə qədər Avropanın müstəmləkə mülklərinin xəritəsidir. Burada diqqət çəkən bir neçə məqam var. İspaniyanın Mərkəzi və Cənubi Amerikada çoxlu əraziləri var idi. Hətta kiçik ölkə olan Portuqaliya da müasir Brazilya ərazisində əhəmiyyətli ərazilərə sahib idi. Onların həmçinin Afrika sahillərində, hətta Hindistan ərazisində belə müstəmləkələri var idi. İngilislərin Şimali Amerikada, hətta ABŞ və Kanada ərazilərində də müstəmləkələri var idi. Həmin vaxt Fransanın da müstəmləkələri var idi, lakin sonra həmin ərazilər Britaniya və Şimali Amerikada getdikcə inkişaf edən ABŞ tərəfindən ələ keçirilir. Bu xəritədə diqqət çəkən məqam odur ki, gördüyünüz kimi dünyanın əksər hissəsi Avropalılar tərəfindən idarə edilmir. İngiltərənin Hindistanda, Benqal ərazisindəki müstəmləkələri ortaq müstəmləkə hesab edilirdi. Afrika və Asiyanın əksər hissəsi Avropanın nəzarətində deyildi. 18-ci əsrin ikinci yarısında, xüsusi ilə də 19-cu əsrdə bəşər tarixində çox vacib bir hadisə baş verdi. Həmin dövrdə Sənaye İnqilabı baş verdi. Sənaye İnqilabına səbəb olan bir çox yeniliklər var, lakin ən vacib texnologiya buxar mühərrikləri idi. Bəziləri əsas texnologiyanın buxar maşınları, elektrik istifadəsi, teleqraf və s. olduğunu hesab edir. Buxar mühərriklərinin köməyi ilə kömürdən istifadə edərək mühərrikləri hərəkətə gətirmək mümkün idi. Həmin mühərriklərin istifadəsi ilə insan əməyi daha sürətli texnologiya ilə əvəz edilirdi. Buradakı parça fabrikində ipdən parçalar hazırlanır. Elektrik dəzgahı və tikiş maşınları ilə təchiz edilmiş belə fabriklərdə insan əməyi ilə müqayisədə daha çox və daha sürətli məhsul istehsal etmək olur. Buxar mühərrikləri və elektrikdən istifadənin inkişafı, nəqliyyatda və uzun məsafəli məlumat mübadilələrində də öz təsirini göstərdi. Burada göstərilən buxarlı gəmilərdən həm ticarət, həm də hərbi təchizat kimi istifadə etmək olardı. Burada isə dəmiryolunu görürük. Bu buxarlı qatarlardan həm insan və məhsulların daşınmasında, həm də daha böyük ərazilər üzərində nəzarət etmək üçün istifadə edilirdi. Bu isə teleqrafdır. Teleqraf vasitəsilə tarixdə ilk dəfə dünyanın istənilən yeri ilə ünsiyyət qurmaq mümkün oldu. Əvvəllər aylar ərzində əldə edilən məlumata indi saniyələr ərzində yiyələnmək mümkün idi. Bu da həmçinin həm ticarət, həm də hərbi məqsədlər üçün istifadə edilirdi. Haqqında danışdığımız bu inqilab nəticəsində dünyanın xəritəsi təxminən 150 il ərzində çox dəyişəcək. Digər videolarda bu haqda daha ətraflı məlumat verəcəm. Bu, təxminən 1900-cü illərdə mövcud olan dünya xəritəsidir. Əvvəlki xəritə ilə bu xəritə arasında bir sıra fərqlər var. Şimali və Cənubi Amerikadakı müstəmləklərin çoxu indi artıq müstəqildir. Afrikada və Asiyanın bir çox hissəsində bəzi əhəmiyyətli hadisələr baş verir. Afrika müstəmləkəçi qüvvələr tərəfindən parçalanıb. Çəhrayı hissədən də gördüyünüz kimi, İngilislər Cənubi Afrika, Misir, Sudan və Şərqi Afrikanın bir hissəsinə nəzarət edirdi. Əlcəzair və Şərqi Afrikanın bir hissəsi fransızların nəzarətində idi. Əvvəllər Şərqi Hindistan İngilislərin ortaq müstəmləkəsi olsa da, indi tamamilə onlardan asılı idi. Hindistan artıq Britaniya İmperiyasının bir hissəsi idi. Hətta sənayeləşən ilk Asiya ölkələrindən biri olan Yaponiyada da imperializm davam edirdi. Korea və Tayvan onların nəzarətində idi. Niyə bu cür imperializm var idi? Tarix boyunca bu cür imperializmin olmağı üçün standart səbəblər hər zaman mövcud olub. Hər hansı bir ərazini fəth edirsinizsə, daha çox əraziyə və daha çox insana nəzarət etməlisiniz. Daha çox ərazi daha çox kənd təsərrüfatı üçün yararlı torpaq deməkdir, bu isə vergilərin və sərvətin artmağına səbəb olur. Vergilər də artır. Daha çox insana nəzarət etdiyiniz üçün daha çox vergi ala bilərsiniz, onları daha çox vergiyə cəlb edə bilərsiniz. Daha çox insana nəzarət etməyiniz həm gəlirin, həm də əsgərlərin sayının artmağına səbəb olur ki, bu da daha çox gücə sahib olmaq deməkdir. Bütün bunlar bir çox imperiyanın öz ərazilərini genişləndirməyə çalışmağının səbəbləridir. Bu videoda 18-ci əsrdən 20-ci əsrin əvvəllərinə qədər nələr baş verdiyinə nəzər salacağıq. Videonun əvvəlində qeyd etdiyim kimi Sənaye İnqilabı baş verir və texnoloji yeniliklər müşahidə edilir. Bununla da kapitalizm özünün ən yüksək zirvəsinə çatır. Bəs Həmin dövrdə insanlar mövcud sərmayədən daha çox gəlir əldə etmək üçün nə edirdi? Torpaq, sərmayə növü hesab edilirdi, lakin texnologiyanın inkişafı ilə həmin torpaqlar üzərində fabriklərin, dəmiryollarının inşası onun dəyərini daha da artırıdı. Odur ki, sənayeləşmə də inkişaf etməyə başlamışdı. Texnologiyadan istifadə nəticəsində məhsuldarlıq və əldə edilən gəlir artmağa başlayırdı. Bunların hər biri bir-birindən asılıdır. Kapitalist hesab edir ki, əldə olan sərmayədən daha yaxşı gəlir əldə etmək üçün sənayeləşmək lazımdır, mövcud fabrikləri daha da məhsuldar hala gətirmək lazımdır. Sənayeləşməni uğurla həyata keçirmək üçün texnologiyaya sərmayə qoymaq lazımdır. Sənayeləşmə nə qədər çox olarsa, əldə edilən qazanc da artır, qazanc artdıqca isə daha çox sahədə sərmayə qoymaq mümkün olur. Bu sahədə yarana biləcək problemlərin qarşısını almaq üçün texnologiyanı inkişaf etdirmək lazımdır. Texnologiyaya daha çox diqqət ayıranlar daha çox qazanc əldə edə biləcək. Gördüyünüz kimi burada imperializmi daim qüvvədə saxlayan bir döngə yaranır. Bu haqda bir qədər düşünün. Sənaye İnqilabında sərmayə sahibləri daha çox güc əldə etməyə başladı. Bir fabrik haqqında düşünək. Fərz edin ki, bu sizin fabrikinizdir. Sizin xammalınız var. Xammal. Bunun bir parça fabriki olduğunu düşünək. Həmin fabrikdə xam pampığı ipə çevirə bilərsiniz, həmin ipdən isə müxtəlif parçalar hazırlaya bilərsiniz. Sənaye İnqilabından əvvəl də insanlar xammaldan müxtəlif məhsullar hazırlaya bilirdi. Lakin sənayeləşmənin, texnologiyanın inkişafı ilə bu proseslər daha sürətli baş verirdi. Daha qısa vaxt ərzində daha çox məhsul əldə etmək mümkün idi. Məhsuldarlıq artdığından xammala olan tələbat da artmağa başlayır. Bəs xammal necə və haradan əldə edilir? Birləşmiş Krallıq və Yaponiya kimi kiçik ölkələrdə xammal limitli idi. Lakin dünyanın digər hissələrini, xüsusilə də texnoloji inkişaf baxımından zəif olan ölkələri hərbi güc vasitəsilə ticarətə məcbur etmək olurdu. Bəs əldə edilən hazır məhsulların aqibəti necə olurdu? Sizin olduğunuz ərazidə məhdud bazarlar var, siz əldə etdiyiniz hazır məhsulları sizinlə eyni ölkədə yaşamayan yüz milyonlarla insana sata bilərsiniz. Xammala olan tələbat, daha dəqiq desək, ucuz xammala olan tələbat, əldə edilən hazır məhsulları satmaq istəyi, daha çox gəlir əldə etmək istəyi. imperializmin, müstəmləkəçiliyin azad ticarətə həvəsini daha da artırır. Bəzən ticarət etmək istəməyən ölkələr buna məcbur edilirdi. Sənaye İnqilabının baş verməyinə səbəb olan texnoloji inkişaf nəticəsində uzaq ərazilərə nəzarət etmək də asanlaşırdı. Birləşmiş Krallıq kimi ölkələr texnologiya vasitəsilə uzaq ərazilərə asanlıqla nəzarət edə bilirdi. Lakin Roma İmperiyası dövründə və ya Farsların dövründə bu hal, mümkün deyildi. Sənaye İnqilabının bir hissəsi hesab edilən buxar gəmilərinin, dəmir yollarının, teleqrafın inkişafı kimi texnoloji yeniliklər, ölkələrə mövcud gücünü daha sürətli və səmərəli formada istifadəsinə şərait yaradırdı. Sənaye İnqilibanının əsası texnologiya, sənayeləşmə və kapitalizm idi. Bu sadalananlar müstəmləkəçilik, imperializm və azad ticarət həvəsini artırırdı. Lakin texnologiyanın inkişafı ilə bəzi ölkələri ticarətə məcbur etmək də mümkün idi. Buxar gəmiləri, dəmir yolları və teleqraf əsas güc mənbəyi hesab edilirdi.