Bu, 1700-cü illərin əvvəlinə qədər
Avropadanın müstəmləkə mülklərinin
xəritəsidir.
Burada diqqət çəkən bir neçə məqam var.
İspaniyanın Mərkəzi və Cənubi Amerikada
çoxlu əraziləri var idi.
Hətta kiçik ölkə olan Portuqaliya da
müasir Brazilya ərazisində
əhəmiyyətli ərazilərə sahib idi.
Onların həmçinin
Afrika sahillərində,
hətta Hindistan ərazisində
müstəmləkələri var idi.
İngilislərin Şimali Amerikada,
hətta ABŞ və Kanada ərazilərində
müstəmləkələri var idi.
Həmin vaxt
Fransanın da müstəmləkələri var idi,
lakin sonra həmin ərazilər Britaniya
və Şimali Afrikada getdikə inkişaf edən
ABŞ tərəfindən ələ keçirilir.
Bu xəritədə diqqət çəkən məqam odur ki,
gördüyünüz kimi dünyanın əksər hissəsi
avropalılar tərəfindən idarə edilmir.
İngiltərənin Hindistanda, Benqal
ərazisindəki müstəmləkələri
ortaq müstəmləkə
hesab edilirdi.
Afrika və Asiyanın əksər hissəsi
Avropanın nəzarətində deyildi.
18-ci əsrin ikinci yarısında,
xüsusi ilə də 19-cu əsrdə
bəşər tarixində çox vacib bir hadisə
baş verdi.
Həmin dövrdə
Sənayə İnqilabı baş verdi.
Sənayə İnqilabına səbəb olan
bir çox yeniliklər var, lakin ən vacib
texnologiya buxar mühərrikləri idi.
Bəziləri əsas texnologiyanın buxar maşınları,
elektrik istifadəsi və ya teleqraf və s. olduğunu hesab edir.
Buxar mühərriklərinin köməyi ilə
kömürdən istifadə edərək
mühərrikləri hərəkətə gətirmək mümkün idi.
Həmin mühərriklərin istifadəsi ilə
insan əməyi
daha sürətli texnologiya ilə əvəz edilirdi.
Buradakı parça fabrikində
ipdən parçalar
hazırlanır.
Elektrik dəzgahı və tikiş maşınları ilə
təchiz edilmiş belə fabriklərdə insan əməyi ilə
müqayisədə daha çox və daha sürətli məhsul
istehsal etmək olur.
Buxar mühərrikləri və elektrikdən
istifadənin inkişafı nəqliyyatda və
uzun məsafəli məlumat mübadilələrində də
öz təsirini göstərdi.
Burada göstərilən buxarlı gəmilərdən
həm ticarət,
həm də hərbi təchizat kimi istifadə etmək olardı.
Burada isə dəmiryolu görürük.
Bu buxarlı qatarlardan da həm
insan və məhsulların daşınmasında,
həm də
daha böyük ərazilər üzərində
nəzarət etmək üçün istifadə edilirdi.
Bu usə teleqrafdır.
Teleqraf vasitəsilə
tarixdə ilk dəfə
dünyanın istənilən yeri ilə
ünsiyyət qurmaq mümkün oldu.
Əvvəllər aylar ərzində əldə edilən məlumata
indi saniyələr ərzində yiyələnmək mümkün idi.
Bu da həmçinin həm ticarət,
həm hərbi məqsədlər üçün istifadə edilirdi.
Haqqında danışdığımız bu inqilab nəticəsində
dünyanın xəritəsi təxminən 150 il ərzində
çox dəyişəcək.
Digər videolarda bu haqda daha ətraflı
məlumat verəcəm.
Bu, təxminən 1900-cü illərdə mövcud olan
dünya xəritəsdir.
Əvvəlki xəritə ilə bu xəritə arasında
fərqlər var.
Şimali və Cənubi Amerikadakı
müstəmləklərin çoxu indi müstəqildir.
Afrikada və Asiyanın bir çox hissəsində
bəzi əhəmiyyətli hadisələr baş verir.
Afrika müstəmləkəçi qüvvələr tərəfindən
parçalanıb.
Çəhrayı hissədən gördüyünüz kimi
ingilislər Cənubi Afrika, Misir, Sudan və
Şərqi Afrikanın bir hissəsinə
nəzarət edirdi.
Əlcəzair və Şərqi Afrikanın bir hissəsi
fransızların nəzarətində idi.
Əvvəllər Şərqi Hindistan
ingilislərin ortaq müstəmləkəsi olsa da,
indi tamamilə onlardan asılı idi.
Hindistan Britaniya İmperiyasının
bir hissəsi idi.
Hətta sənayeləşən ilk Asiya ölkələrindən biri olan
Yaponiyada da imperializm davam edirdi.
Korea və Tayvan onların nəzarətində idi.
Niyə bu cür imperializm var idi?
Tarix boyunca bu cür imperializmin olmağı üçün
standart səbəblər hər zaman mövcud olub.
Hər hansı bir ərazini fəth edirsinizsə,
daha çox əraziyə və daha çox insana
nəzarət etməlisiniz.
Daha çox ərazi daha çox kənd təsərrüfatı üçün
yararlı torpaq deməkdir, bu isə vergilərin və
sərvətin artmağına səbəb olur.
Vergilər də artır.
Daha çox insana nəzarət etdiyini üçün
daha çox vergi ala bilərsiniz, onları daha çox
vergiyə cəlb edə bilərsiniz.
Daha çox insana nəzarət etməyiniz
həm gəlirin, həm də əsgərlərin sayının
artmağına səbəb olur ki,
bu da daha çox gücə sahib olmaq deməkdir.
Bütün bunlar
bir çox imperiyanın öz ərazilərini
genişləndirməyə çalışmağının
səbəbləridir.
Bu videoda 18-ci əsrdən
20-ci əsrin əvvəllərinə qədər nələr baş verdiyinə
nəzər salaq.
Videonun əvvəlində qeyd etdiyim kimi
Sənaye İnqilabı baş verir,
texnoloji yeniliklər müşahidə edilir.
Bununla da kapitalizm özünün
ən yüksək zirvəsinə çatır.
Həmin dövrdə insanlar mövcud sərmayədən
daha çox gəlir əldə etmək üçün nə edirdi?
Torpaq sərmayə növü hesab edilirdi,
lakin texnologiyanın inkişafı ilə
həmin torpaqlar üzərində
fabriklərin, dəmiryollarının inşası
onun dəyərini daha da
artırıdı.
Odur ki, sənayeləşmə də inkişaf etməyə başlayır.
Texnologiyadan istifadə nəticəsində məhsuldarlıq
və əldə edilən gəlir artmağa başlayır.
Bunların hər biri bir-birindən asılıdır.
Kapitalist hesab edir ki, əldə olan sərmayədən
daha yaxşı gəlir əldə etmək üçün
sənayeləşmək lazımdır,
mövcud fabrikləri daha da
məhsuldar hala gətirmək lazımdır.
Sənayeləşməni uğurla həyata keçirmək üçün
texnologiyaya sərmayə qoymaq lazımdır.
Sənayeləşmə nə qədər çox olarsa,
əldə edilən qazanc da artır,
qazanc artdıqca isə daha çox sahədə
sərmayə qoymaq mümkün olur.
Bu sahədə yarana biləcək
problemlərin qarşısını almaq üçün
texnologiyanı inkişaf etdirmək lazımdır.
Texnologiyaya daha çox diqqət ayıranlar
daha çox qazanc əldə edə biləcək.
Gördüyünüz kimi burada imperializmi
daim qüvvədə saxlayan bir döngə yaranır.
Bu haqda bir qədər düşünün.
Sənaye İnqilabında
sərmayə sahibləri daha çox güc
əldə etməyə başladı.
Bir fabrik haqqında düşünək.
Fərz edin ki, bu sizin fabrikinizdir.
Sizin xammalınız var.
Xammal.
Bunun bir parça fabriki olduğunu düşünək.
Həmin fabrikdə xam pampığı
ipə çevirə,
həmin ipdən isə müxtəlif parçalar
hazırlaya bilərsiniz.
Sənaye İnqilabından əvvəl də
insanlar xammaldan müxtəlif
məhsullar hazırlaya bilirdi.
Lakin sənayeləşmənin, texnologiyanın inkişafı ilə
bu proseslər daha sürətli baş verirdi.
Daha qısa vaxt ərzində
daha çox məhsul əldə etmək mümkün idi.
Məhsuldarlıq artdığından xammala olan
tələbat da artmağa başlayır.
Xammal necə və haradan əldə edilir?
Birləşmiş Krallıq və Yaponiya kimi kiçik ölkələrdə
xammal limitli idi.
Lakin dünyanın digər hissələrini,
xüsusi ilə də
texnoloji inkişaf baxımından
zəif olan ölkələri
hərbi güc vasitəsilə
ticarətə məcbur etmək olurdu.
Əldə edilən hazır məhsulların aqibəti necə
olurdu?
Sizin olduğunuz ərazidə məhdud bazarlar var,
siz əldə etdiyiniz hazır məhsulları
sizinlə eyni ölkədə yaşamayan
yüz milyonlarla insana sata bilərsiniz.
Xammala olan tələbat,
daha dəqiq desək, ucuz xammala olan tələbat,
əldə edilən hazır məhsulları satmaq istəyi,
daha çox gəlir əldə etmək istəyi.
imperializmin,
müstəmləkəçiliyin azad ticarətə
həvəsini daha da artırır.
Bəzən ticarət etmək istəməyən
ölkələr buna
məcbur edilirdi.
Sənaye İnqilabının baş verməyinə
səbəb olan texnoloji inkişaf nəticəsində
uzaq ərazilərə nəzarət etmək də asanlaşırdı.
Birləşmiş Krallıq kimi ölkələr
texnologiya vasitəsilə
uzaq ərazilərə asanlıqla nəzarət edə bilirdi.
Lakin Roma İmperiyası dövründə və ya
farsların dövründə
bu, mümkün deyildi.
Sənaye İnqilabının bir hissəsi
hesab edilən buxar gəmilərinin,
dəmir yollarının,
teleqrafın inkişafı kimi
texnoloji yeniliklər ölkələrə mövcud gücünü
daha sürətli və səmərəli formada
istifadəsinə şərait yaradırdı.
Sənaye İnqilibanının əsası
texnologiya,
sənayeləşmə və kapitalizm idi.
Bu sadalananlar müstəmləkəçilik,
imperializm və azad ticarət həvəsini
artırırdı.
Lakin texnologiyanın inkişafı ilə bəzi
ölkələri ticarətə məcbur etmək də mümkün idi.
Buxar gəmiləri, dəmir yolları,
teleqraf güc mənbəyi hesab edilirdi.