Hinduizm adətən
tanrıların geniş panteonu ilə tanınır.
Bu videonun məqsədi
onların bir biri ilə necə bağlı olduğunu göstərib
necə qəbul edildikləri ilə bağlı bir təsəvvür yaratmaqdır.
Hinduistliyin 3 əsas Tanrıları
Şiva,Vişu və Braxmadır.
Bu 3 Tanrı ən vacib Tanrılardan
hesab olunurlar.
Müasir günümüzün Hinduizmində
Vişnu və Şivanın daha çox davamçısı var.
....
Shiva və Vişnu
ali varlıq hesab olunurlar.
Şiva və Vişnuya Braxma ilə müqayisədə
daha çox məbəd həsr olunub.
Şivanın davamçıları
Shayvas adlanırlar.
....
Onlar Shayvizmin davamçılarıdır, və
özlərini belə adlandırırlar.
Şiva bu Tanrıların bir çoxu kimi
müxtəlif aspektlər,
əlaqələr daşıyır.
Lakin çox vaxt O, "Dağıdıcı" və ya
"Dəyişdirici" olaraq da tanınır.
Dediyim kimi,
Vişunun da çoxsaylı davamçısı var.
Hinduistlərin böyük bir hissəsi
Vayşnavizm davamçılarıdır.
Vişnu "Qoruyucu" gücünü daşıdığı hesab olunur.
Günümzdə, Brahma davamçılarının sayı
nisbətən azdır.
Brahmanın Yaradıcı gücə sahib olduğuna inanılır.
Bəzi yazılarda Brahmanın Yaradıcı olduğu,
bəzilərində isə Brahmanın Şiva və Vişnu tərəfindən yaradıldığı
deyilir.
"Brahma" anlayışını "Brahman" anlayışı ilə
qarışdırmaq olmaz.
Brahman, qeyd-şərtsiz reallıq,
hər şeyin həqiqi təbiəti hesab olunur.
Brahmanı isə onun bir tərəfi
hesab etmək olar.
Bu videoda və reallıqda gördüyünüz hər şey
bir Hunduist üçün
Tanrıları,
Brahmanın həqiqi reallığını
ifadə edir.
Hinduizmdə mövcud olan bir marağlı məqam da
Tanrıların qəti şəkildə bir cinsə aid olmamasıdır.
Məsələn, Vişnu inkarnasiyası qadındı.
Bəzi induistlər isə Tanrının
qadın cinsində formalaşdığına inanır.
Məsələn, Şaktizmin davamçıları
Tanrının Qadın cinsində olduğuna,
Ali Tanrının fərqli formalar ala bildiyinə inanırlar.
Burada gördüyünüz Parvati
Müqəddəs Ana adlandırılır.
O, Şivanın yoldaşı hesab edilir.
Lakin Parvatinin başqa formaları da var.
Bu formalardan biri Durqa adlanır və Parvatinin
daha güclü, daha aqressiv formasını ifadə edir.
Bəzən Devi və ya Şakti olaraq da bilinir.
Şakti "güc" deməkdir və
döyüşcü İlahədir.
Vişnunun yoldaşının adı isə Lakşmidir.
O, var -dövləti və bolluğu təmsil edir.
Saraşvati adlı İlahə isə
biliyi, musiqini və incəsənəti təmsil edir.
Saraşvati isə Brahmanın yoldaşıdır.
Yuxarıda bir neçə Tanrı adları qeyd
olunub.
Həddindən artıq çox Tanrı mövcuddur.
Hindistanın hansı hissəsində
oluğunuzdan
və Hinduizm qruppasından asılı olaraq
müxtəlif tanrılara fərqli dərəcədə diqqət ayrıldığını
görə bilərsiz.
Əlbəttə ki adət ənənələr də fərqlənir.
Fil Başı olan Qanesh
çox məşhurdu və
Qanpati olaraq da adlanır.
O, Şivanın və Parvatinin oğlu hesab olunur.
Onun başının niyə fil olması haqqında
marağlı hekayə mövcuddur.
O, Yeni başlanqıclar və
maneələrdən azad edən Tanrı kimi tanınır.
Qərbi Hindistan regionlarında
Onun çoxsaylı davamçıları var.
Bu, onun məşhur olduğu
yeganə region deyil.
Digər regionlarda da həmçinin tanınır.
Haqqında bəhs etdiyim Durqa,
Şərqi Hindistanda, xüsusi ilə də Benqalda yayqındır.
....
Durqa Puja və ya Durqa üçün Puja,
Durqanın şərəfinə edilən rituallara deyilir və
Hinduizm dininin vacib hissəsidir.
Cənuba doğru getsək
bəzi Hinduistlər üçün
Kartikeya və ya Muruqan kimi tanınan
Tanrıya inandığını görə bilərik.
O, müharibə Tanrısıdır.
Vişnu, bir çox vacib inkarnasiya ilə də
tanınır.
Onlardan biri, Vişnunun yeddinci inkarnasiyası olan
Ramadır.
Məşhur Hind eposunda əsas qəhrəman olaraq,
Ramayan kimi tanınır.
Vişnunun səkkizinci inkarnasiyası Krişnadı.
O, Hinduizmdə çox önəmli bir fiqurdur.
Maxabxarta, və Maxabxartadan əməmlə gələn***
Bhgavad Gita da bunlardan biridir.
....
...
...
Hinduizmdə olan bu müxtəliflik
olduqca marağlıdır.
Şivaya sitayiş edənlərin
ritualları və inancları
Vişuya sitayiş edənlərdən fərqlidir.
...
Necə ki Xristianlıqda Protestantlar Katoliklərdən,
İslamda Sünnilər Şiələrdən fərqlənir.
Hinduizmlə bağlı marağlı bir şey,
Şiva və Vaişnavalararasında
konfliktlərin olmamasıdır.
...
Bunun səbəbi
Hinduslara görə
Hindistan boyunca və ya Hindus ənənələri boyunca
fərqliliklər olsa belə,
hamısı Brahmanın fərqli tərəfləridi.
Onların hanısı vizualizasiyanın fərqli tərəfləri
şəklində baxılır və
fundamental reallıqla və ya
fundamental Tanrı ilə əlaqələndirilir.
Bu fərqli praktikaların,
fərqli ritualların
birləşə bilməsinin səbəbi
Hinduizm hesab olunur.
Ənənələr İndus Vadisi sivilizasiyasından
Hind Aryan xalqlarından ,
Dravidanlarda gəlib.
Ənənələrdə və dinlərdə ayrı-seçkilik etmək əvəzinə
onlar 1000 illər ərzində
birləşiblər və bir dinə çevriliblər.
"Birləşiblər" dedikdə
çoxsaylı ritualların
çoxsaylı ideyaların, praktikaların birləşməsi nəzərdə tutulur.
Buna "Sinkretizm" deyilir.
...
Çoxsaylı Praktikaları özündə birləşdirən Hinduizm
Sinkretizmin ən gözəl nümunələrindən biri ola bilər.
Burada göstərilən Tanrılar sadəcə nümunədir.
Lakin onlar bir biri ilə əlaqəli şəkildə birləşib.
Bu müxtəlifliklə dolu olan dinin adı Hinduizmdir.
Bir Hindus üçün bütün bu yollar
fundamental Brahman ilə əlaqə qurmaq üçün uyğundur.
....
Miqyası biraz kiçildək
əsas reallıq hesab olunan
Brahman ilə əlaqəni görə bilirik
Bir sual yaranır:
Hinduizm çox zaman Politeistik din hesab olunur
Politeizm, çox Tanrılıq deməkdir.
Bu videoda da mən Hinduizm dinində mövcud olan
bir çocx Tanrıdan bəhs etdim.
Lakin eyni zamanda
bir çox Hİnduistə görə bu Tanrıların hamısı
əsas reallıq olan Brahman ilə birləşmək
vəya əlaqə qurmaq üçün
bir yol hesab olunur.
Hinduslar onu həqiqi fundamental Tanrı adlandırardılar.
Beləliklə onlar bunu
"Bir Tanrının fərqli tərəfləri" olaraq izah edərdi.
Bəlkə də onlar, dinllərinin monoteistik olması barədə
mübahisələrə də edə bilərlər.
Ona görə də Hinduizm ideyasına
monoteistik və ya politeistik deyəcəyinizə
...siz qərar verin
....
Ümumilləşdirməyə gəldikdə
Hinduizm dinində bir çox Tanrı və praktikalar mövcuddur.
Hinduizm Dünyası boyunca fərqliliklər mövcuddur.
Lakin onların hər biri
Brahman anlayışı ilə əlaqəlidir.