Hinduizm adətən tanrıların geniş panteonu ilə tanınır. Bu videonun məqsədi onların bir biri ilə necə bağlı olduğunu göstərib necə qəbul edildikləri ilə bağlı bir təsəvvür yaratmaqdır. Hinduistliyin 3 əsas Tanrıları Şiva,Vişu və Braxmadır. Bu 3 Tanrı ən vacib Tanrılardan hesab olunurlar. Müasir günümüzün Hinduizmində Vişnu və Şivanın daha çox davamçısı var. .... Shiva və Vişnu ali varlıq hesab olunurlar. Şiva və Vişnuya Braxma ilə müqayisədə daha çox məbəd həsr olunub. Şivanın davamçıları Shayvas adlanırlar. .... Onlar Shayvizmin davamçılarıdır, və özlərini belə adlandırırlar. Şiva bu Tanrıların bir çoxu kimi müxtəlif aspektlər, əlaqələr daşıyır. Lakin çox vaxt O, "Dağıdıcı" və ya "Dəyişdirici" olaraq da tanınır. Dediyim kimi, Vişunun da çoxsaylı davamçısı var. Hinduistlərin böyük bir hissəsi Vayşnavizm davamçılarıdır. Vişnu "Qoruyucu" gücünü daşıdığı hesab olunur. Günümzdə, Brahma davamçılarının sayı nisbətən azdır. Brahmanın Yaradıcı gücə sahib olduğuna inanılır. Bəzi yazılarda Brahmanın Yaradıcı olduğu, bəzilərində isə Brahmanın Şiva və Vişnu tərəfindən yaradıldığı deyilir. "Brahma" anlayışını "Brahman" anlayışı ilə qarışdırmaq olmaz. Brahman, qeyd-şərtsiz reallıq, hər şeyin həqiqi təbiəti hesab olunur. Brahmanı isə onun bir tərəfi hesab etmək olar. Bu videoda və reallıqda gördüyünüz hər şey bir Hunduist üçün Tanrıları, Brahmanın həqiqi reallığını ifadə edir. Hinduizmdə mövcud olan bir marağlı məqam da Tanrıların qəti şəkildə bir cinsə aid olmamasıdır. Məsələn, Vişnu inkarnasiyası qadındı. Bəzi induistlər isə Tanrının qadın cinsində formalaşdığına inanır. Məsələn, Şaktizmin davamçıları Tanrının Qadın cinsində olduğuna, Ali Tanrının fərqli formalar ala bildiyinə inanırlar. Burada gördüyünüz Parvati Müqəddəs Ana adlandırılır. O, Şivanın yoldaşı hesab edilir. Lakin Parvatinin başqa formaları da var. Bu formalardan biri Durqa adlanır və Parvatinin daha güclü, daha aqressiv formasını ifadə edir. Bəzən Devi və ya Şakti olaraq da bilinir. Şakti "güc" deməkdir və döyüşcü İlahədir. Vişnunun yoldaşının adı isə Lakşmidir. O, var -dövləti və bolluğu təmsil edir. Saraşvati adlı İlahə isə biliyi, musiqini və incəsənəti təmsil edir. Saraşvati isə Brahmanın yoldaşıdır.