Hinduizm adətən
çoxsaylı tanrıları ilə tanınır.
Bu videonun məqsədi
onların bir-biri ilə necə bağlı olduğunu göstərib
necə qəbul edildikləri barədə bir təsəvvür yaratmaqdır.
Hinduizmin 3 əsas Tanrıları
Şiva, Vişnu və Brahmadır.
Bu 3 Tanrı ən vacib Tanrılardan
hesab olunur.
Müasir günümüzün Hinduizmində
Vişnu və Şivanın tərəfdarları daha çoxdur.
....
Şiva və Vişnu
Ali Varlıq hesab olunurlar.
Şiva və Vişnuya Brahma ilə müqayisədə
daha çox məbəd həsr olunub.
Şivanın tərəfdarları
Şayva adlanırlar.
....
Onlar Şayvizmin tərəfdarlarıdır və
Şayvizmə istinad edirlər.
Şiva bu Tanrıların bir çoxu kimi
çoxtərəflidir və
mürəkkəb əlaqələr daşıyır.
Lakin çox vaxt O, "Dağıdıcı" və ya
"Dəyişdirici" qüvvə olaraq da tanınır.
Dediyim kimi,
Vişunun da çoxsaylı tərəfdarları var.
Hinduistlərin böyük bir hissəsi
Vişnuizm dininə mənsubdur.
Vişnunun "Qoruyucu" qüvvəsini təmsil etdiyi
hesab olunur.
Günümüzdə Brahma davamçılarının sayı
nisbətən azdır.
Brahmanın yaradıcı gücə sahib olduğuna inanılır.
Bəzi yazılarda Brahmanın Yaradıcı olduğu,
bəzilərində isə Brahmanın Şiva və Vişnu tərəfindən yaradıldığı
deyilir.
"Brahma" anlayışını "Brahman" anlayışı ilə
qarışdırmaq olmaz.
Brahman İlahi həqiqət,
hər şeyin həqiqi təbiəti hesab olunur.
Brahma isə onun bir tərəfi,
həqiqətin bir parçası olan Tanrıdır.
Bu videoda və reallıqda gördüyünüz hər şey
bir Hunduist üçün
həqiqi Tanrıları,
Brahmanın həqiqi reallığını
ifadə edir.
Hinduizmdə mövcud olan bir maraqlı məqam da
Tanrıların sadəcə bir cinsə aid olmamasıdır.
Məsələn, Vişnunun inkarnasiyası qadındır.
Bəzi Hinduistlər isə Tanrının
qadın cinsində formalaşdığına inanır.
Məsələn, Şaktizmin tərəfdarları
Tanrının qadın cinsində olduğuna,
Ali İlahənin fərqli formalar ala bildiyinə inanırlar.
Burada gördüyünüz Parvati
İlahi Ana adlandırılır.
O, Şivanın yoldaşı hesab edilir.
Lakin Parvatinin başqa formaları da var.
Bu formalardan biri Durqa adlanır və Parvatinin
daha güclü, daha aqressiv formasını ifadə edir.
Devi və ya Şakti formasında da təsvir olunur.
Şakti "güc" deməkdir və
döyüşcü İlahədir.
Vişnunun yoldaşının adı isə Lakşmidir.
O, zənginliyi və bolluğu təmsil edir.
Sarasvati adlı İlahə isə
biliyi, musiqini və incəsənəti təmsil edir.
Sarasvati Brahmanın yoldaşıdır.
Yuxarıda bir neçə Tanrı adları qeyd
olunub.
Həddindən artıq çox Tanrı mövcuddur.
Hindistanın hansı hissəsində
olduğunuzdan
və Hinduizm qrupundan asılı olaraq
müxtəlif tanrılara fərqli dərəcədə diqqət ayrıldığını
görə bilərsiz.
Əlbəttə ki, adət-ənənələr də fərqlənir.
Fil başlı olan Qaneşa
çox məşhurdur və
Qanpati olaraq da tanınır.
O, Şivanın və Parvatinin oğlu hesab olunur.
Onun başının niyə fil olması haqqında
maraqlı hekayə mövcuddur.
İnanclara görə o, yeni başlanğıcı və
maneələrin dəf edilməsini təmsil edir.
Qərbi Hindistan regionlarında
onun çoxsaylı tərəfdarları var.
Bu, onun məşhur olduğu yeganə region deyil,
lakin bu regionların bir çoxunda o,
əsas Tanrı kimi qəbul olunur.
Haqqında bəhs etdiyim Durqa,
Şərqi Hindistanda, xüsusi ilə də Benqaliyada məşhurdur.
...
Durqa Puja və ya Durqa üçün Puja
Durqanın şərəfinə edilən rituallara deyilir və
Hinduizm dininin vacib hissəsidir.
Cənuba doğru getsək,
bəzi Hinduistlərin
Kartikeya və ya Muruqan kimi tanınan
Tanrıya inandığını görə bilərik.
O, müharibə Tanrısıdır.
Vişnu bir çox vacib inkarnasiya ilə də
tanınır.
Onlardan biri Vişnunun yeddinci inkarnasiyası olan
Ramadır.
Məşhur Hind eposunda əsas qəhrəman olaraq
Ramayan kimi tanınır.
Vişnunun səkkizinci inkarnasiyası Krişnadır.
O, Mahabharta və
Mahabhartanın bir hissəsi olan Bhaqavat Gita da
Hinduizmin çox önəmli
parçalarıdır.
...
...
Hinduizmdə olan bu müxtəliflik
olduqca maraqlıdır.
Şivaya sitayiş edənlərin
ritualları və inancları
Vişuya sitayiş edənlərinkindən fərqlidir.
...
Necə ki xristianlıqda protestantlar katoliklərdən,
İslamda sünnilər şiələrdən fərqlənir.
Hinduizmlə bağlı mara1lı bir şey,
Şiva və Vişnu tərəfdarları arasında
konfliktlərin olmamasıdır.
...
Bunun səbəbi
Hinduistlərə görə
Hindistan boyunca və ya Hinduist ənənələrində
fərqliliklər olsa belə,
hamısı Brahmanın fərqli tərəflərinin olmasıdır.
Onların hər biri vizuallaşdırmanın fərqli tərəfləri
olaraq qəbul edilir və
fundamental reallıqla və ya
fundamental Tanrı ilə əlaqələndirilir.
Bu fərqli praktikaların,
fərqli ritualların
birləşə bilməsinin səbəbi
Hinduizm hesab olunur.
Ənənələr Hind Vadisi sivilizasiyasından
Hind- ari xalqlarından,
Dravidlərdən gəlib.
Ənənələrdə və dinlərdə ayrı-seçkilik etmək əvəzinə
onlar 1000 illər ərzində
birləşiblər və bir dinə çevriliblər.
"Birləşiblər" dedikdə
çoxsaylı ritualların,
çoxsaylı ideyaların, praktikaların birləşməsi nəzərdə tutulur.
Buna "Sinkretizm"
deyilir.
Çoxsaylı praktikaları özündə birləşdirən Hinduizm
Sinkretizmin ən gözəl nümunələrindən biri ola bilər.
Burada göstərilən Tanrılar onlardan bir nümunədir.
Lakin onlar bir-biri ilə əlaqəli şəkildə birləşib.
Bu müxtəlifliklə dolu olan dinin adı Hinduizmdir.
Bir Hinduist üçün bütün bu yollar
fundamental Brahman ilə əlaqə qurmaq üçün uyğundur.
....
-
Əsas həqiqət hesab olunan
Brahman ilə əlaqəni görə bilirik.
Bir sual yaranır:
Hinduizm çox zaman Politeizm dininə aid edilir.
Politeizm çoxtanrılıq deməkdir.
Bu videoda da mən Hinduizm dinində mövcud olan
bir çox Tanrıdan bəhs etdim.
Lakin eyni zamanda
bir çox Hinduistə görə bu Tanrıların hamısı
əsas reallıq olan Brahman ilə birləşmək
və ya əlaqə qurmaq üçün
bir yol hesab olunur.
Hinduistlər onu "Həqiqi Tanrı" olaraq adlandırardı
və
"Bir Tanrının fərqli tərəfləri" olaraq izah edərdi.
Buna görə də onlar dinlərinin monoteistik
olduğunu da iddia edə bilərlər.
Ona görə də Hinduizm ideyasına
həm monoteistik,
həm politeistik çərçivədən
baxa bilərik.
Ümumilləşdirməyə gəldikdə isə
Hinduizm dinində bir çox Tanrı və praktikalar mövcuddur.
Hinduizm Dünyası boyunca fərqliliklər mövcuddur.
Lakin onların hər biri
"Brahman" anlayışı ilə əlaqəlidir.