Deyək ki zəif turşum var.
Bunu HA adlandıraq.
A əslində bura qoya biləcəyim bir çox
elementi təmsil edir.
Bu flor yada ammonyak molekulu ola bilər.
Əgər H əlavə etsən bu ammonium olacaq.
Bu xüsusi bir element deyil.
Bu sadəcə turşu yazmağın ümumi qaydasıdır.
Bunların hamısı sulu məhluldadır.
Bu proton birləşdirici əsasın və molekulun
arasında tullanır.
Mənfi.
Əsas tarazlığıda yazmış ola bilərdik,
birləşdirici əsasın ayrıla biləcəyini və
sudan hidrogen ayıraraq OH yarada
biləcəyini deməlyik.
Amma bu videonun əsas məqsədi deyil.
Burada tarazlığa bir şəkildə təsir etsək
nə ola biləcəyini düşünəciyik.
Təsəvvür edə bilərsiz ki, Chatelliers
prinsipinə görə, tarazlığı gərginləşdirsək
tarazlıq bu stresi aradan
qaldıracaq şəkildə hərəkət edir.
Deyək ki bu sistemə əlavə etdiyim stresdi.
Fərqli rəng edək.
Güclü əsas əlavə edəcəm.
Bu çox tünddür.
NaOH əlavə edəcəm.
Bilirik ki, bu maye mühitə qoyduqda
güclü əsasdır, natrium olan hissəsi
birləşmir,
ən əsası isə məhluldakı OH hidrogeni
uzaqlaşdırmaq istəyir.