Deyək ki, bir zəif turşumuz var. Bunu HA adlandıracam. A əslində bura qoya biləcəyim bütün elementləri təmsil edir. Bu, flüor ya da ammonyak molekulu ola bilər. Əgər H əlavə etsək, bu, ammonium olur. Bu danışacağım xüsusi bir element deyil. Sadəcə turşunu yazmağın ümumi qaydasıdır. Deyək ki, bu proton ilə tarazlıqdadır, siz bunu bir neçə dəfə görmüsünüz əlbəttə. Bunların hamısı suda məhluldadır. Bu proton, əsas birləşmələri və molekul arasında hərəkət edir. A mənfi. Biz, həmçinin bir əsas tarazlığı da yaza bilərdik. Əsas birləşmələri dissosiasiya edə və ya sudan hidrogen ayıraraq OH yarada bilər. Biz bunu dəfələrlə etmişik. Amma bu videonun əsas məqsədi bu deyil. Gəlin tarazlığa hansısa yolla təsir etsək, nə ola biləcəyini düşünək biraz. Təsəvvür edə biləcəyiniz kimi, Le-Şatelye prinsipinə görə, hansısa yolla tarazlığa təsir etsək, tarazlıq bu təsiri aradan qaldıracaq şəkildə hərəkət edir. Deyək ki, bu, sistemə tətbiq etdiyimiz təzyiqdir. Bunu fərqli rəngdə edək. Güclü əsas əlavə edəcəm. Bu çox tünddür. NaOH əlavə edəcəm. Bunun suda məhlulunun güclü əsas olduğunu bilirik. Natrium olan hissəsi ayrılır, lakin ən əsası hidrogenləri ayırmaq istəyən bütün OH-lar məhluldadırlar. Məhlula OH əlavə etdikdə hər mol üçün nə baş verəcək? Hətta sadəcə mol yox, məhlula əlavə etdiyiniz hər molekul, hidrogen molekullarını götürəcəkdir. Düzdür? Məsələn, əgər məhlulda 1 mol hidrogen molekulları varsa və buna 1 mol natrium hidroksid əlavə etsəniz, bunların hamısı onların hamısıyla reaksiya girəcəkdir. OH-lar H-lar ilə reaksiya girərək su əmələ gətirəcək və onların hər ikisi məhlulda yoxa çıxacaqdır. Əslində, yox olmurlar, hamısı suya çevrilir. Bütün bu hidrogenlər gedəcək, ya da ən azından başlanğıcda orda olan hidrogenlər. Hidrogenlərin 1 molu yox olacaq. Bəs bu reaksiyada nə baş verməli idi? Bunun bir tarazlıq reaksiyası olduğunu bilirik. Tarazlıq reaksiyası olduğu və ya zəif əsas olduğu üçün hidrogenlər azaldıqca HA-nın çox hissəsi bu iki məhsula çevriləcək və bir növ itirilən hidrogenləri bərpa edəcək. Burada hətta hesablama da edə bilərsiniz. İlkin olaraq hidrogen azaldıqca, tarazlaşma daha da sürətlənəcək. Amma HA azalacaq. A isə artacaq. Sonra bu da az miqdarda azalacaqdır. Çünki oraya natrium hidroksid qoyduqda bütün hidrogənləri götürəcək. Amma burada belə bir şey var ki, bunu ehtiyat hidrogen tutumu olaraq düşünə bilərsiniz. Bunlar yox olanda zəif əsas daha çox ayrılacaq. Tarazlıq bu istiqamətdə (sağa) hərəkət edəcək və dərhal bunların hamısını götürəcək. Amma tarazlıq bu istiqamətdə olanda hidrogenin çox hissəsi əvəz olunur. Natrium hidroksidi suya əlavə etsəm, nə baş verər, sizcə? Yəni, NaOH suda məhlulunu hazırlasam, o, suda tamamən natrium kationlarına və hidroksid anionlarına ayrılacaq. Yəni, əlavə etdiyim natrium hidroksidin molunu artırdıqda OH-ın miqdarı da dərhal artır və beləcə, pH-ı artırmış oluruq, düzdür? Yadınıza salın. OH miqdarını artırdıqda, pOH azalırdı, düzdür? Çünki, bu mənfi loqarifmadır. OH artsa, pOH azalacaq və pH artacaq. Bununla da daha əsasi olur. Və yüksək pH da çox əsasi deməkdir. Əgər bundan bir mol varınızdırsa, pH 14 olacaq. Əgər güclü əsas yox, güclü turşunuz varsa, pH 0 olacaq. Ümid edirəm ki, artıq bu mövzu ilə az da olsa tanış oldunuz, lakin əgər qarışdırırsınızsa, logarifmalarla çalışsanız, bunu əldə edəcəksiniz. Mövzuya geri dönək, əgər bunu suda etsəniz, çox yüksək pH əldə edəcəksiniz, çünki OH-ın qatılığı çox artır. Amma əgər natrium hidroksidi, zəif turşu və onun birləşmiş əsasından ibarət olan məhlula əlavə etsəniz, nə baş verəcək? Əlbəttə, bu reaksiyaya girib bütün hidrogenləri götürəcək. Buradakı əlavə hidrogen artığı isə çoxlu hidrogenlə təmin edir. Bu, çoxlu itkini bərpa edəcək. Ona görə də, mahiyyətcə təzyiq çox da pis deyil. Və natrium hidroksidi suya əlavə edəndə pH-ı artırmış olacaqsınız. Burada çoxlu itki hesabına pH-ı artıracaqsınız. Gələcəkdəki videolarda pH-ın nə qədər az artdığını hesablayacağıq. Amma düşünə bilərsiniz ki, bu bir növ pH üçün amortizatordur. Baxmayaraq ki, güclü əsası məhlula atsaqda pH-ı gözlədiyimiz kimi artmadı. Başqa yol ilə edə bilərsiniz. Əgər eyni reaksiyanı sadə reaksiya kimi yazsam-- xatırlayın, bu eynidir. Bunu A mənfi kimi yazdım, birləşmiş əsasını yazdım. A mənfi, ətrafdakı suda məhluldan suyu çəkən birləşmiş əsasla tarazlıqdadır. Etdiyimiz hər şey suda məhlulda baş verir. Əbəttə ki, götürülən su OH-a ayrılmayacaq. Bunlar sadəcə ekvivalent reaksiyalardır. Bunu turşu reaksiyası kimi yazıram. Bunu isə əsasi reaksiya kimi yazıram. Lakin onlar eynidirlər. Əgər məhlula güclü turşunu əlavə etsə idik, nə baş verərdi? Belə ki, xlorid turşusunu məhlula əlavə edirəm. Xloridi sadəcə suya əlavə etsəniz, o tamamilə çoxlu hidrogen və xlor anionlarına dissosiasiya edəcək. Və dərhal məhlulu çox turş edəcək. Siz çox aşağı pH əldə edəcəksiniz. Əgər sizdə bunun 1 molu varsa, qatılıq 1 mo/l idisə, pH 0 olacaq. Bəs xorid turşusunu bu məhlula əlavə etsək, nə baş verəcək? Bu, zəif əsas və onun zəif dəyişdirici turşusu olandır? Xlorid turşusundan dissosiasiya olunmuş bütün hidrogen protonları burdakı OH-lar ilə reaksiya girəcək. Və bir-birilərini neytrallaşdıracaqlar. Onlar birləşib suya çevriləcəklər və məhlulun bir hissəsi olacaqlar. İlkin olaraq OH aşağı düşür, amma burada zəif əsas ehtiyatınız var. Le-Şatelye prinsipi deyir ki, OH-ın ümumi qatılığını azaldan gərginləşdiricimiz varsa, reaksiya o təzyiqi xaric etmək istiqamətində gedir. Yəni, reaksiya bu istiqamətdə gedir. Belə ki, zəif əsasın çox hissəsi zəif turşuya çevrilir və çoxlu OH əmələ gətirir. Xloridi məhlula əlavə etdiyiniz zaman pH gözlədiyiniz qədər düşməz. pH aşağı olacaq, amma sonra bu, sudan hidrogen götürəcək və daha çox OH istehsal edəcək. Bunu belə düşünə bilərsiniz, güclü turşunun və ya əsasın məhlula göstərəcəyi təsir bir növ maneəyə bənzəyir. Ona görə də bu, bufer məhlul adlanır. Çünki o turşuluğu qoruyur. Məhlula güclü əsas əlavə etdiyinizdə pH dərhal artır. Yəni, turşuluq kəskin şəkildə azalır. Lakin güclü əsası bufer məhluluna əlavə etsəniz, Le-Şatelye prinsipinə görə, pH çox da dəyişməyəcək. Eyni şey. Əgər eyni buferə turşu əlavə etsəniz, pH gözlədiyiniz kimi çox təsir etməyəcək. Əgər suda turşu və ya itirdiyiniz miqdar hidrogen və ya əsas əlavə edirsinizsə, tarazlıq reaksiyasına görə, itirdiyiniz OH miqdarı həmişə yenilənəcək. Buna görə də o, bufer adlanır. Bu, maneə yaradır. Belə ki, o, məhlulun pH-na sabitlik verir. Buferin izahı tarazlıqdakı zəif turşu ilə onun zəif dəyişdirici əsasının məhluludur. Bu ona görə bufer adlanır ki, pH-ı bir şəkildə qoruyur. Bu, bir növ məhlulun turşuluğu üçün amortizatordur. Gəlin indi beferin hesablamalarına baxaq, hansı ki həqiqətən zəif turşunun hesablamasıdır. Əgər yenidən bərabərliyi yazsaq, HA tarazlıqdadır. Hər şey suda məhluldadır. Hidrogen və onun dəyişdirici əsası var. Bunun üçün tarazlıq sabitinin olduğunu bilirik. Bunu bir çox videoda etmişik. Tarazlıq sabiti hidrogen protonlarının qatılığı vurulsun dəyişdirici əsasın qatılığına bərabərdir. Qatılığın molyarlıq olduğunu bilirsiniz. Hət litrdə mol bölünsün zəif turşunun qatılığı. Gəlin hidrogenin qatılığı üçün həll edək. Mən formul qurmaq istəyirəm və buna Hendersen-Haselbach formulu deyirik, hansı ki çox kitabda bunu əzbərləməyiniz qeyd olunur, məncə, bu lazım deyil. Düşünürəm ki, formulu özünüzdə bu tip sadə fərziyyələrlə qura bilərsiniz. Hidrogen üçün bunu həll edək, pH və başqa şeylər arasındakı əlaqəni bu formul ilə həll edə bilərik. Hidrogen üçün həll etmək istəyiriksə, hər iki tərəfi bunun tərsinə vuraq. Beləcə hidrogenin qatılığını əldə edirsiniz. Hər iki tərəfi Ka-nın tərsinə vururam. Vurulsun zəif turşunun qatılığı, bölünsün zəif əsasın qatılığı hidrogenin qatılığına bərabərdir. Məntiqlidir. Hər iki tərəfin mənfi loqarifmini götürək. Turşu tarazlıq sabiti vurulsun HA, zəif turşu bölünsün A, zəif əsasın mənfi loqarifması, hidrogenin qatılığının mənfi loqarifmasına bərabərdir. Bu bizim pH-ımızdır, düzdür? Hidrogen qatılığının mənfi loqarifması elə pH deməkdir. Mən p və H-ı müxtəlif rənglərdə yazacam. Siz p-nin mənfi loqarifma bildirməsini bilirsiniz. Mənfi loqarifma. Bu qədər. Əsas 10-dur. Gəlin baxaq daha çox sadələşdirə bilərik mi. Belə ki, loqarifmik xüsusiyyətlər. İki şeyin vurmasının loqarifmasının bu ikisinin ayrılıqda loqarifmasının toplanmasına bərabər olduğunu bilirik. Sadələşdirə bilərik ki, Ka-nın mənfi loqarifması çıxılsın zəif turşunun qatılığı bölünsün onun dəyişdirici əsasının qatılığının loqarifması. Bu, pH-a bərabərdir. Zəif turşunun pKa-sı tarazlıq sabitinin mənfi loqarifmasıdır. Bu sadəcə pKa-dır. HA bölünsün A-nın mənfi loqarifması. Edəcəyimiz şey bunu müsbət etmək və bunu mənfi 1 qüvvətinə yüksəltməkdir, düzdür? Bu da loqarifmanın başqa xüsusiyyətidir və əgər sizi çaşdırdısa, loqarifma videolarına baxa bilərsiniz. Mənfi 1 qüvvəti bunun tərsini bildirir. Deyə bilərik ki, üstə gəl mənfi A bölünsün HA-nın loqarifması pH-a bərabərdir. Bu da Henderson-Haselbach bərabərliyi adlanır. Bunu əzbərləməyinizə ehtiyac yoxdur. Əgər bunu əzbərləsəniz, bir neçə saata üstə gəlin burada olduğunu unudacaqsınız. A mənfini yada HA-nı sürət yada məxrəcə qoyduğunuzu unudacaqsınız və bu pisdir. Ən yaxşısı əsas fərziyyələrdən başlamaqdır. Mənə güvənin. Bu mənim sadəcə bir neçə dəqiqəmi aldı, amma siz bunu kağızda sürətlə etsəniz, bu formulu qurmaq çox vaxtınızı aparmayacaq. Bu, əzbərləməkdən daha yaxşıdır və siz 30 yaşınızda belə unutmayacaqsınız. Bəs bu formul niyə bu qədər faydalıdır? O, pH və pKa qiymətlərini əlaqələndirir, pKa-da tarazlıqda sabitdir, düzdür? Üstə gəl turşu və dəyişdirici əsasın nisbətlərinin loqarifması var. Nə qədər çox dəyişdirici əsas və nə qədər az turşu varsa, pH o qədər artacaq. Düzdür? Əgər bu artsa və bu azalsa, pH artacaq. Bu da məntiqlidir, çünki məhlulda əsas çoxdur.