Deyək ki, mənim zəif turşum var. Bunu HA adlandıraq. A əslində bura qoya biləcəyim bütün elementləri təmsil edir. Bu, flüor yada ammonyak molekulu ola bilər. Əgər H əlavə etsən, bu, ammonium olacaq. Bu danışacağım xüsusi bir element deyil. Sadəcə turşunu yazmağın ümumi qaydasıdır. Deyək ki, o tarazlıqdadır, və siz bunu bir neçə dəfə görmüsünüz, proton. Bunların hamısı sulu məhluldadır. Bu proton dəyişdirici əsasın və molekulun arasında hərəkət edir. Mənfi. Biz, həmçinin əsas tarazlığı da yazmış ola bilərdik, dəyişdirici əsas dissosiasiya edə bilər və ya sudan hidrogen ayıraraq OH yarada bilər. Və biz bunu dəfələrlə etmişik. Amma bu videonun əsas məqsədi bu deyil. Gəlin tarazlığa hansısa yol ilə təsir etsək, nə ola biləcəyini düşünək. Təsəvvür edə biləcəyiniz kimi Le-Şatelye prinsipinə görə, tarazlığa təsir etsək, tarazlıq bu təsiri aradan qaldıracaq şəkildə hərəkət edir. Deyək ki, bu sistemə tətbiq etdiyimiz təzyiqdir. FGəlin bunu fərqli rəngdə edim. Güclü əsas əlavə edəcəm. Bu çox tünddür. NaOH əlavə edəcəm. Bilirik ki, bunun suda məhlulu güclü əsasıdır, natrium olan hissəsi ayrılır, lakin ən əsası isə bütün OH-lar hidrogeni uzaqlaşdırmaq istəyən məhluldadır. Məhlula OH əlavə etdikdə hər mol üçün nə baş verəcək, hətta sadəcə mol yox, məhlula əlavə etdiyiniz hər molekul, bunlar hidrogen molekullarını götürəcəklər. Düzdür? Məsələn, əgər məhlulda 1 mol hidrogen molekulları varsa və məhlula 1 mol natrium hidroksid əlavə etdikdə bunlar bir-birilə reaksiya girəcək. OH-lar H-lar ilə reaksiya girəcək və su əmələ gətirəcəklər və onların hər ikisi məhlulda yoxa çıxacaq. Əslində onlar yox olmadılar, hamısı suya çevrildi. Belə ki, bütün bu hidrogenlər gedəcək. Yada ən azından ilk olaraq oradakı hidrogen gedəcək. Hidrogenlərin 1 molu yox olacaq. Bəs bu reaksiyada nə baş verməli idi? Bilirik ki, bu, tarazlıq reaksiyasıdır. Tarazlıq reaksiyası olduğu və ya zəif əsas olduğu üçün hidrogenlər azaldıqca HA-nın çox hissəsi bu iki məhsula çevriləcək və şəkildə itirilən hidrogənləri tamamlayacaq Burda hesablamada edə bilərsiz. Yəni, hidrogən azaldıqca, tarazlıq daha da sürətlənəcək. Amma bura aşağı düşəcək. Bura isə qalxacaq. Və bura isə çox azalmır. Ora natrium hidroksid qoyduqda bütün hidrogənləri götürəcək. Amma burda belə bir şey var bunuda hidrogen qaynağı olaraq düşünə bilərsiz. Bunlar yox olanda zəif əsas daha çox ayrılacaq. Tarazlıq bu istiqamətdə hərəkət edəcək. Bunların hamısını götürəcək. Amma tarazlıq bu istiqamətdə hərəkət edərsə,hidrogenin çoxu dəyişəcəkdir. Nə düşünürsüz, əgər natrium hidroksidi suya atsam nə olacaq. Yəni, NaOH məhlulu hazırlasam, bu suda tamamən natrium kationlarina və hidroksid anionlarına ayrılacaq. Yəni, əlavə etdiyim natrium hidroksidin bir anda OH miqdarını artırırıq və beləcə pH artırmış oluruq düzdü? Xatırla. OH miqdarını artırdıqda, pOH azalacaq, düzdü? Çünki, bu mənfi loqaritmadır. Yəni, əgər OH artsa,pOH azalacaq və pH artacaq. OH bunu daha çox sadə edir. Və yüksək pH-da çox sadədir. Əgər bundan bir mol varsa, pH 14 olacaq. Əgər güclü əsas yox, güclü turşu varsa, pH 0 olacaq. Ümid edirəm ki, bunu artıq anlayırsız əgər qarışdırırsızsa, logaritmalarla çalışsaz, sonunda biləcəksiz. Əsas mövzuya dönək, əgər bunu suda etsəz, super yüksək pH olacaq, çünki OH qatılığını çox artırırıq. Amma əgər, natrium hidroksidi suya deyil digər məhlula, zəif turşu və dəyişdirici əsas olan məhlula əlavə etsək Nə olacaq? Əlbəttə,reaksiya girib bütün hidrogenləri götürəcək. Bilirsiz ki, burda əlavə hidrogen qaynağı var bu çoxlu hidrogen təmin edir İtirilən hidrogenin yerini dolduracaq. Ona görə stress çoxda pis deyil. Və natrium hidroksidi suya atanda pH artıracaqsız. Burada pH daha az artacaq. Gələcəkdəki videolarda, pH-ın nə qədər az artdığını hesablayacağıq. Amma düşünə bilərsiniz ki, bu sanki pH üçün yumşaldıcıdır. Baxmayaraq ki, güclü əsası məhlula atsaqda pH-ı gözlədiyimiz kimi artıra bilmədik. Başqa yol edə bilərsiz Əgər eyni reaksiyanı sadə reaksiya kimi yazsam, sadəcə bərabər reaksiya yazırıq. Bu A minus yəni, dəyişdirici əsas dəyişdirici əsas ətrafdakı sulu məhluldan su götürür və tarazlıqdadır. Etdiyimiz hər şey məhlulda baş verir. Götürülən sudan geriyə OH qalacaq. Bunlar sadəcə bənzər reaksiyalardır. Bunu turşu reaksiyası kimi yazıram. Bunu isə sadə reaksiya kimi. Lakin onlar bənzərdirlər. Əgər güclü turşunu məhlula əlavə etsək, nə baş verəcək? Əgər xlorid turşusunu məhlula atsam. Xloridi sadəcə suya atsam, bu tamamən hidrogen və xlor anionlarına dissosiasiya edəcək. Və dərhal məhlulu çox turş edəcək. pH çox aşağı olacaq. Əgər qatılıq 1 molar idisə pH 0 olacaq. Bəs xorid turşusunu bu məhlula atsaq nə olacaq? Burada zəif əsas və onun zəif dəyişdirici turşusu var idi. Xloridən dissosiasiya olunmuş hidrogen protonları burdakı OH-lar ilə reaksiya girəcək. Və bir-birilərini xaricə atacaqlar. Onlar birləşib suya çevriləcəklər və məhlulun bir hissəsi olacaqlar. OH-lar başlanğıcda gedirlər, amma burada zəif əsas ehtiyatı var. Le Şatler prinsipi deyir ki. Gərginləşdirici, OH-ın qatılığını azaldır reaksiya isə stresi çıxartmaq istiqamətində gedir. Yəni, reaksiya bu istiqamətdə gedir. Zəif əsas daha çox zəif turşuya çevrilir və çoxlu OH əməllə gətirir. Xloridi məhlula atdığınız zaman pH gözlədiyiniz kimi düşməz. pH aşağı olacaq, amma sonra bu sudan hidrogen götürəcək və daha çox OH istehsal edəcək. Bunu belə düşünə bilərsiz, bu sanki güclü turşunun yada əsasın göstərəcəyi təsirin qarşısını almağa bənzəyir. Ona görə bu tıxac adlanır. Çünki, bu turşuluğu qoruyur. Məhlula güclü əsas atdığınızda, pH dərhal artacaq. Yəni, turşuluq azalar. Lakin güclü əsası tıxac məhsuluna əlavə etsəz, Le Chatellier prinsipinə görə, pH çox da dəyişməyəcək. Eyni. Əgər turşunu eyni tıxac əlavə etsəz, pH gözlədiyiniz kimi çox təsir etməyəcək, əgər suya turşu atsaz tarazlıq reaksiyasın görə,bu həmişə OH miqdarını yeniləyəcək əgər əsas əlavə edirsinizsə, hidrogenləri yeniləyəcək. Ona görə tıxac adlanır. Bu maneə yaradır. Məhlulun pH-ına sabitlik verir. Tıxacın izahı tarazlıqdakı zəif turşu ilə onun zəif dəyişdirici əsasının məhsuludur. Bu tıxacdır, ona görə tıxac adlanır ki pH-ı bir şəkildə qoruyur. Bir cür xarici təsirləri əmir yada turşuluğu qoruyur. Gəlin indi tıxacın hesablamalarına baxaq hansı ki zəif turşunun hesablamasıdır. Əgər yenidən bərabərliyi yazsaq, yəni, HA tarazliqdadır. Hər şey sulu məhluldadır. Hidrogen və onun dəyişdirici əsası var. Burada tarazlıq sabiti var. Bunu daha əvvəl çox videoda görmüşük. Tarazlıq sabitini tapmaq üçün hidrogen protonlarının qatılığını dəyişdirici əsasın qatılığına vurmaq lazımdır. Qatılığın molyarlıq olduğunu bilirsiz. Bu vurmanı zəif turşunun qatılığına bölmək lazımdır. Hidrogen qatılığını həll edək. Formul qurmaq istəyirəm və buna Hendersen-Haselbach deyirik. Çox kitabda əzbərləməniz üçün təlimat var məncə bu lazım deyil. Məncə formulu özünüzdə bu sadə ehtimal ilə qura bilərsiz. Hidrogen üçün bunu həll edək, pH və başqa şeylər arasındakı əlaqəni bu formul ilə həll edə bilərik. Hidrogen üçün əvvəlcə bunun hər iki tərəfini bunun tərsinə vuraq. Beləcə hidrogen qatılığını alarıq. Ka vur hər iki tərəfi bunun tərsinə vururam. zəif turşu qatılığı böl güclü əsas qatılığı oda bərabərdir hidrogen qatılığına. Məntiqlidir. Hər iki tərəfin mənfi loqunu götürək. Mənfi loq turşu tarazlıq sabiti vur HA qatılığı böl zəif əsas qatılığı oda bərabərdir mənfi hidrogen qatılığı loqaritmasına. Bu pH-dır, düzdü? Hidrogen qatılığının neqativ loqaritması pH deməkdir. P və H müxtəlif rənglərdə yazacam. P mənfi loqaritmanı bildirir. Mənfi loqaritma. Bu qədər. Əsas 10-dur. Görək daha çox sadələşdirə biləcəyikmi. Loqaritmik xüsusiyyətlər. İki şeyin vurmasının loqaritmasının bu ikisinin toplanmasının loqaritmasına bərabər olduğunu bilirik. Sadələşdirə bilərik ki, mənfi loqaritma Ka mənfi loqaritma zəif turşu qatılığı böl A mənfi. Bərabərdir pH. Zəif turşunun pKa-sı tarazlıq sabitinin mənfi loqaritmasıdır. Bu sadəcə pKa-dır. Mənfi loqaritma HA böl A Edəcəyimiz şey bunu müsbət etmək və bunu mənfi 1 qüvvətinə yüksəltməkdir, düzdü? Buda loqaritmanın başqa xüsusiyyətdir,əgər qarışıq oldusa loqaritma videolarına baxın Mənfi 1 qüvvəti bunun tərsini bildirir. Deyə bilərik ki, müsbət loqaritma mənfi A böl HA bərabərdir pH. Buda Henderson-Haselbach bərabərliyi adlanır. Bunu əzbərləmənizə ehtiyac yoxdu. Əgər bunu əzbərləsəz, bir neçə saata müsbətin burada olduğunu unutacaqsız. A mənfini yada HA-nın sürət yada məxrəcə qoyduğunuzu unutacaqsız, və bu pisdir. Ən yaxşısı formulu başdan yazmaqdır. Mənə güvənin. Bu mənim sadəcə bir-iki dəqiqəmi aldı, amma siz bunu kağızda sürətlə edəcəksiz bu formulu qurmaq çox vaxtınızı aparmayacaq. Bu əzbərləməkdən daha yaxşıdır, 30 yaşınızda belə unutmayacaqsız. Bəs niyə bu qədər faydalıdır? Bu pH və pKa qiymətlərini əlaqələndirir, pKa-da tarazlıq sabiti deyilmiydi? Turşu və dəyişdirici əsasın loqaritmasının nisbətləri var. Nə qədər çox dəyişdirici əsas, və nə qədər az turşu varsa pH o qədər artacaq. Düzdü? Əgər bu artsa və bu azalsa, pH artacaq. Buda məntiqlidir, çünki məhlulda əsas çoxdur.