Deyək ki zəif turşum var. Bunu HA adlandıraq. A əslində bura qoya biləcəyim bir çox elementi təmsil edir. Bu flor yada ammonyak molekulu ola bilər. Əgər H əlavə etsən bu ammonium olacaq. Xüsusi bir element deyil. Bu sadəcə turşu yazmağın ümumi qaydasıdır. Bu tarazlıqdadır, və bunu çox görmüsüz. Bunların hamısı sulu məhluldadır. Bu proton birləşdirici əsasın və molekulun arasında tullanır. Mənfi. Əsas tarazlığıda yazmış ola bilərdik, birləşdirici əsasın ayrıla biləcəyini və sudan hidrogen ayıraraq OH yarada biləcəyini deməilyik. Amma bu videonun əsas məqsədi deyil. Burada tarazlığa bir şəkildə təsir etsək nə ola biləcəyini düşünəciyik. Bildiyiniz kimi, Chatelliers prinsipinə görə, tarazlığı gərginləşdirsək tarazlıq bu stresi aradan qaldıracaq şəkildə hərəkət edir. Deyək ki bu sistemə əlavə etdiyim stresdi. Fərqli rəng edək. Güclü əsas əlavə edəcəm. Bu çox tünddür. NaOH əlavə edəcəm. Bilirik ki, bu maye mühitə qoyduqda güclü əsasdır, natrium olan hissəsi birləşmir, ən əsası isə məhluldakı OH hidrogeni uzaqlaşdırmaq istəyir. Məhlula OH əlavə etdikdə hər mola nə olacaq, sadəcə mol yox, əlavə etdiyiniz hər molekula nə olacaq, bunlar hidrogen molekullarını götürəcəklər. Düzdü? Məsələn, əgər məhlulda 1 mol hidrogen molekulları varsa və məhlula 1 mol natrium hidroksit əlavə etdikdə bunlar hamısı reaksiyaya girəcək. OH-lar H-lar ilə reaksiyaya girəcək və su yaradacaqlar,və məhlulda yoxa çıxacaqlar. Əslində yox olmayıb, suya çevriliblər. Bütün hidrogenlər gedəcəklər. Yada ən azından ilk hidrogen gedəcək. 1 mol hidrogenlər yox olacaqlar. Bəs bu reaksiyada nə baş verməliydi? Bilirik ki,bu tarazlıq reaksiyasıdı Tarazlıq reaksiyası olduğu və zəif əsas olduğu üçün hidrogenlər azaldıqca bu iki məhsuldan daha çox yaradacaq və bu şəkildə itirilən hidrogənləri tamamlayacaq Yəni, hidrogən azaldıqca, tarazlıq daha da sürətlənəcək. Amma bura aşağı düşəcək. Bura isə qalxacaq. Və bura isə aşağı az düşəcək. Ora natrium hidroksit qoyduqda bu bütün hidrogənləri götürəcək. Bunlar yox olanda zəif əsas daha çox ayrılacaq. Tarazlıq bu istiqamətdə hərəkət edəcək. Bunların hamısını götürəcək. Amma tarazlıq bu istiqamətdə hərəkət edərsə,hidrogenin çoxu dəyişəcəkdir. Nə düşünürsüz, əgər natrium hidroksidi suya atsam nə olacaq. Yəni, NaOH məhlulu hazırlasam, bu suda tamamən natrium kationlarina və hidroksit anionlarına ayrılacaq. Yəni, əlavə etdiyim natrium hidroksidin bir anda OH miqdarını artırırıq və beləcə pH artırmış oluruq düzdü? Xatırla. OH miqdarını artırdıqda, pOH azalacaq, düzdü? Çünki, bu mənfi loqaritmadır. Yəni, əgər OH artsa,pOH azalacaq və pH artacaq. OH bunu daha çox sadə edir. Və yüksək pH-da çox sadədir. Əgər, bundan bir mol varsa, pH 14 olacaq. Əgər,güclü əsas yox, güclü turşu varsa, pH 0 olacaq. Ümid edirəm ki, bunu artıq anlayırsız əgər qarışdırırsızsa, logaritmalarla çalışsaz, sonunda biləcəksiz. Əsas mövzuya dönək, əgər bunu suda etsəz, super yüksək pH olacaq, çünki OH qatılığını çox artırırıq. Amma əgər, natrium hidroksidi suya deyil digər məhlula, zəif turşu və dəyişdirici əsas olan məhlula əlavə etsək Nə olacaq? Əlbəttə,reaksiya girib bütün hidrogenləri götürəcək. bu çoxlu hidrogen təmin edir. İtirilən hidrogenin yerini dolduracaq. Ona görə stress pis deyil. Və bura su atanda pH artıracaqsız. Burada pH daha az artacaq. Gələcəkdəki videolarda, pH-ın nə qədər az artdığını hesablayacağıq. Amma düşünə bilərsiniz ki, bu pH üçün yumşaldıcıdır. Baxmayaraq ki, güclü əsası məhlula atsanız belə bu pH-ı gözlədiyiniz kimi artırmayacaq. Başqa yol edə bilərsiz Əgər eyni reaksiyanı sadə reaksiya kimi yazsam Bu A minus Bu isə dəyişdirici əsas tarazliqdadır dəyişdirici əsas ətrafdakı sulu məhluldan su götürür. Etdiyimiz hər şey məhlulda baş verir. Götürülən su OH olmayacaq. Bunlar sadəcə bənzər reaksiyalardır. Bunu turşu reaksiyası kimi yazıram. Bunu isə sadə reaksiya kimi. Lakin onlar bənzərdirlər. Əgər güclü turşunu məhlula əlavə etsək, nə baş verəcək? Əgər hidroxloridi məhlula atsam. Hidrogenxloridi sadəcə suya atsam, bu tamamən hidrogen və xlor anionlarına dissosiasiya edəcək. Və dərhal məhlulu çox turş edəcək. pH çox aşağı olacaq. Əgər qatılıq 1 molar idisə pH 0 olacaq. Bəs hidroxloridi bu məhlula atsaq nə olacaq? Burada zəif əsas və onun zəif dəyişdirici turşusu var idi. Hidroxloridən dissosiasiya olunmuş hidrogen protonları burdakı OH-lar ilə reaksiya girəcək. Və bir-birilərini xaricə atacaqlar. Onlar birləşib suya çevriləcəklər və məhlulun bir hissəsi olacaqlar. OH-lar başlanğıcda gedirlər, amma burada zəif əsas ehtiyatı var. Le Şatler prinsipinə deyir ki. Gərginləşdirici OH-ın qatılığını azaldır reaksiya isə stresi çıxartmaq istiqamətində gedir. Yəni, reaksiya bu istiqamətdə gedir. Zəif əsas daha çox zəif turşuya çevrilir və çoxlu OH əməllə gətirir. Hidroxloridi məhlula atdığınız zaman pH gözlədiyiniz kimi düşməz. pH aşağı olacaq, amma sonra bu sudan hidrogen götürəcək və daha çox OH istehsal edəcək. Bunu belə düşünə bilərsiz, bu sanki güclü turşunun yada əsasın göstərəcəyi təsirin qarşısını almağa bənzəyir. Ona görə bu tıxac adlanır. Çünki, bu turşuluğa maneə yaradır. Məhlula güclü əsas atdığınızda, pH dərhal artacaq. Yada turşuluq azalacaq. Lakin güclü əsası tıxaca əlavə etsəz, Şatler prinsipinə görə, pH çox da dəyişməyəcək. Eyni. Əgər turşunu eyni tıxaca əlavə etsəz, pH gözlədiyiniz kimi çox təsir etməyəcək, əgər suya turşu atsaz tarazlıq reaksiyasın Məhlulun pH-ına sabitlik verir. Tıxacın izahı tarazlıqdakı zəif turşu ilə onun zəif conjugate əsasının məhsuludur. Bu tıxacdır, ona görə tıxac adlanır ki pH-ı bir şəkildə qoruyur. Bir cür xarici təsirləri əmir yada turşuluğu qoruyur. Gəlin indi tıxacın hesablamalarına baxaq hansı ki zəif turşunun hesablamasıdır. Əgər yenidən bərabərliyi yazsaq, yəni, HA tarazliqdadır. Hər şey sulu məhluldadır. Hidrogen və onun dəyişdirici əsası var. Burada tarazlıq sabiti var. Bunu daha əvvəl çox videoda görmüşük. Tarazlıq sabitini tapmaq üçün hidrogen protonlarının qatılığını dəyişdirici əsasın qatılığına vurmaq lazımdır. Qatılığın molyarlıq olduğunu bilirsiz. Bu vurmanı zəif turşunun qatılığına bölmək lazımdır. Hidrogen qatılığını həll edək. Formul qurmaq istəyirəm və bunu Hendersen formulu deyirik Çox kitabda əzbərləməniz üçün təlimat var məncə bu lazım deyil. Məncə formulu özünüzdə bu sadə ehtimal ilə qura bilərsiz. Hidrogen üçün bunu həll edək, pH və başqa şeylər arasındakı əlaqəni bu formul ilə həll edə bilərik. Hidrogen üçün əvvəlcə bunun hər iki tərəfini bunun tərsinə vuraq. Beləcə hidrogen qatılığını alarıq. Ka vur hər iki tərəfi bunun tərsinə vururam. zəif turşu qatılığı böl güclü əsas qatılığı oda bərabərdir hidrogen qatılığına. Məntiqlidir. Hər iki tərəfin mənfi loqunu götürək. Mənfi log turşu tarazlıq sabiti vur HA qatılığı böl zəif əsas qatılığı oda bərabərdir mənfi hidrogen qatılığı loqaritmasına. Bu pH-dır, düzdü? Hidrogen qatılığının neqativ loqaritması pH deməkdir. P və H müxtəlif rənglərdə yazacam. P mənfi loqaritmanı bildirir. Mənfi loqaritma. Bu qədər. Əsas 10-dur. Görək daha çox sadələşdirə biləcəyikmi. Loqaritmik xüsusiyyətlər. İki şeyin vurmasının loqaritmasının bu ikisinin toplanmasının loqaritmasına bərabər olduğunu bilirik. Sadələşdirə bilərik ki, mənfi loqaritma Ka mənfi loqaritma zəif turşu qatılığı böl A mənfi. Bərabərdir pH. Zəif turşunun pKa-sı tarazlıq sabitinin mənfi loqaritmasıdır. Bu sadəcə pKa-dır. Mənfi loqaritma HA böl A Edəcəyimiz şey bunu müsbət etmək və bunu mənfi 1 qüvvətinə yüksəltməkdir, düzdü? Buda loqaritmanın başqa xüsusiyyətdir,əgər qarışıq oldusa loqaritma videolarına baxın Mənfi 1 qüvvəti bunun tərsini bildirir. Deyə bilərik ki, müsbət loqaritma mənfi A böl HA bərabərdir pH. Buda Henderson-Haselbas bərabərliyi adlanır. Bunu əzbərləmənizə ehtiyac yoxdu. Əgər bunu əzbərləsəz, bir neçə saata müsbətin burada olduğunu unutacaqsız. A mənfini yada HA-nın sürət yada məxrəcə qoyduğunuzu unutacaqsız, və bu pisdir. Ən yaxşısı formulu başdan yazmaqdır. Mənə güvənin. Bu mənim sadəcə bir-iki dəqiqəmi aldı, amma siz bunu kağızda sürətlə edəcəksiz bu formulu qurmaq çox vaxtınızı aparmayacaq. Bu əzbərləməkdən daha yaxşıdır, 30 yaşınızda belə unutmayacaqsız. Bəs niyə bu qədər önəmlidir? Bu pH və pKa qiymətlərini əlaqələndirir, pKa-da tarazlıq sabiti deyilmiydi? Turşu və dəyişdirici əsasın loqaritmasının nisbətləri var. Nə qədər çox dəyişdirici əsas, və nə qədər az turşu varsa pH o qədər artacaq. Düzdü? Əgər bu artsa və bu azalsa, pH artacaq. Buda məntiqlidir, çünki məhlulda əsas çoxdur.