Deyək ki zəif turşum var. Bunu HA adlandıraq. A əslində bura qoya biləcəyim bir çox elementi təmsil edir. Bu flor yada ammonyak molekulu ola bilər. Əgər H əlavə etsən bu ammonium olacaq. Bu xüsusi bir element deyil. Bu sadəcə turşu yazmağın ümumi qaydasıdır. Bunların hamısı sulu məhluldadır. Bu proton birləşdirici əsasın və molekulun arasında tullanır. Mənfi. Əsas tarazlığıda yazmış ola bilərdik, birləşdirici əsasın ayrıla biləcəyini və sudan hidrogen ayıraraq OH yarada biləcəyini deməilyik. Amma bu videonun əsas məqsədi deyil. Burada tarazlığa bir şəkildə təsir etsək nə ola biləcəyini düşünəciyik. Bildiyiniz kimi, Chatelliers prinsipinə görə, tarazlığı gərginləşdirsək tarazlıq bu stresi aradan qaldıracaq şəkildə hərəkət edir. Deyək ki bu sistemə əlavə etdiyim stresdi. Fərqli rəng edək. Güclü əsas əlavə edəcəm. Bu çox tünddür. NaOH əlavə edəcəm. Bilirik ki, bu maye mühitə qoyduqda güclü əsasdır, natrium olan hissəsi birləşmir, ən əsası isə məhluldakı OH hidrogeni uzaqlaşdırmaq istəyir. Məhlula OH əlavə etdikdə hər mola nə olacaq, sadəcə mol yox, əlavə etdiyiniz hər molekula nə olacaq, bunlar hidrogen molekullarını götürəcəklər. Düzdü? Məsələn, əgər məhlulda 1 mol hidrogen molekulları varsa və məhlula 1 mol natrium hidroksit əlavə etdikdə bunlar hamısı reaksiyaya girəcək. OH lar H-lar ilə reaksiyaya girəcək və su yaradacaqlar,və məhlulda yoxa çıxacaqlar. Əslində yox olmayıb, suya çevriliblər. Bütün hidrogenlər gedəcəklər. Yada ən azından ilk hidrogen gedəcək. 1 mol hidrogenlər yox olacaqlar. Bəs bu reaksiyada nə baş verməliydi? Bilirik ki,bu tarazlıq reaksiyasıdı Tarazlıq reaksiyası olduğu və zəif əsas olduğu üçün hidrogenlər azaldıqca bu iki məhsuldan daha çox yaradacaq və bu şəkildə itirilən hidrogənləri tamamlayacaq Yəni, hidrogən azaldıqca, tarazlıq daha da sürətlənəcək. Bura aşağı düşəcək. Bura qalxacaq. Bura isə aşağı az düşəcək. Bura natrium hidroksit qoyduqda bu bütün hidrogənləri götürəcək. Bunlar yox olanda zəif əsas daha çox ayrılacaq. Tarazlıq bu istiqamətdə hərəkət edəcək. Bunların hamısını götürəcək. Amma tarazlıq bu istiqamətdə hərəkət etdərsə,hidrogenin çoxu dəyişəcəkdir. Nə düşünürsüz, əgər natrium hidroksidi suya atsam nə olacaq. Yəni, NaOH məhlulu hazırlasam, bu suda tamamən natrium kationlarina və hidroksit anionlarına ayrılacaq. Yəni, əlavə etdiyim natrium hidroksidə bir anda OH miqdarını artırırıq və beləcə pH artırmış oluruq düzdü? Xatırla. OH miqdarını artırdıqda, pOH azalacaq, düzdü? Yəni, əgər OH artsa,pOH azalacaq və pH artacaq. OH bunu təməl edir Və pH da yüksək təməldir. Əgər, bundan bir mol varsa, pH 14 olacaq. Əgər,güclü əsas yox, güclü turşu varsa, pH 0 olacaq. Ümid edirəm ki, bunu artıq anlamağa əgər qarışdırırsızsa, logaritmalarla çalışsaz, sonunda biləcəksiz. Əsas məqsədə dönək, əgər bunu suda etsəz, super yüksək pH olacaq, çünki OH qatılığını çox artırırıq. Amma əgər, natrium hidroksidi suya deyil digər məhlula, zəif turşu və birləşdirici əsas olan məhlula əlavə etsək Nə olacaq? Əlbəttə,reaksiya girib bütün hidrogenləri götürəcək.