Dinləyin,dostlar. CSS xassələrinin ucu-bucağı yoxdur. İcazə verin,bir neçəsini göstərim. Əgər mən mahnı sözlərimizin sətirləri arasındakı məsafəni dəyişmək istəsəm? Bunün üçün "line-height" xassəsindən istifadə edə və ona 15 piksel yaza bilərəm. Ya da 1,5em yazsam,daha yaxşı olar. Bu,sətrin hündürülyünü yazının ölçüsünün 150%-ə bərabər edir. Bəs əgər mən mahnı sözlərimizin mərkəzdə yerləşməsini istəsəm? Bunun üçün "text-align" yaza və ona "center" deyə bilərəm. Həmçinin bunu "right" və ya "justified" olaraq da dəyişdirə bilərdim. Düşünürəm ki,bu biraz qəribə görünərdi. Bəs mən əsas paraqrafın altından xətt çəkmək istəsəm? Bunun üçün "text-decoration" xassəsindən istifadə edə və ona "underline" deyə bilərəm. Vikipediya ya yönləndirən bu linklərimin altındakı xətləri silmək istəsəm necə? Brauzerin öncədən müəyyən olunmuş və hər şeyə tətbiq etdiyi bəzi stilləri var. Misalçün:"text-decoration:underline" linklər üçündür. Amma brauzerin bu stillərini CSS istifadə edərək yenidən yaza və "text-decoration:none" kimi dəyişdirə bilərik. Sadəcə bu qaydanı daxil edin: a {text-decoration:none';} Artıq bunun altındakı xətt yox olacaq. Amma bunu edərkən diqqətli olmalıyıq. Çünki brauzerlər onları əbəs yerə qoymayıblar. Əgər xətlər yoxdursa,insanlar onların link olduğunu necə bilsinlər? Bəs onların adi yazı olduğunu düşünsə və heç vaxt klik etməsələr necə? Əgər həmin xətləri silmək istəyiriksə, əmin olmalıyıq ki, onlar adi yazıdan fərqli görünsünlər. Əks halda,istifadəçiləri məyus edərik. Məyus istifadəçilər də məni məyus edir. Onlar sizi də məyus etməlidirlər. Yazı xassələrindən bütün gün boyu danışa bilərəm. Amma etməyəcəyəm,çünki əhatə edəcəyimiz çox şey var. Yüzlərlə CSS xassəsi var. Brauzerlər də hər il yenilərini əlavə edir. Yəqin ki,hamısı haqqında heç vaxt danışa bilməyəcəyəm. Ümid edirəm ki,həvəslənməyinizə kifayət edəcək qədər danışa bilərəm. Əgər bir stil üçün CSS xassəsi ilə maraqlansanız və həmin xassə burada olmasa, onu lokal axarış sistemində tapa bilərsiniz. Tutaq ki, öz yazınıza damcılı kölgəni əlavə etməyin bir yolunu axtarırsınız. Onda internetdə "CSS text shadow" yazıb axtara bilərsiniz. Əslində,bir veb tərtibatçısı üçün internetdə suallarının cavabını axtarmaq, həqiqətən də,önəmli bir xüsusiyyətdir. Çünki bir çox insan sizinlə eyni sualları verir və 99,9% halda cavab orada bir yerdə olur. Sadəcə axtarmaqda yaxşı olmalısınız.