Dinləyin,dostlar.
CSS xassələrinin ucu-bucağı yoxdur.
İcazə verin,bir neçəsini göstərim.
Əgər mən mahnı
sözlərimizin sətirləri arasındakı
məsafəni dəyişmək istəsəm?
Bunün üçün "line-height"
xassəsindən istifadə edə
və ona 15 piksel yaza bilərəm.
Ya da 1,5em yazsam,daha yaxşı olar.
Bu,sətrin hündürülyünü
yazının ölçüsünün 150%-ə bərabər edir.
Bəs əgər mən mahnı sözlərimizin
mərkəzdə yerləşməsini istəsəm?
Bunun üçün "text-align" yaza və
ona "center" deyə bilərəm.
Həmçinin bunu "right" və ya
"justified" olaraq da dəyişdirə bilərdim.
Düşünürəm ki,bu biraz qəribə görünərdi.
Bəs mən əsas paraqrafın
altından xətt çəkmək istəsəm?
Bunun üçün "text-decoration"
xassəsindən istifadə edə
və ona "underline" deyə bilərəm.
Vikipediya ya yönləndirən bu
linklərimin altındakı xətləri
silmək istəsəm necə?
Brauzerin öncədən müəyyən
olunmuş və hər şeyə
tətbiq etdiyi bəzi stilləri var.
Misalçün:"text-decoration:underline"
linklər üçündür.
Amma brauzerin bu
stillərini CSS istifadə edərək
yenidən yaza və "text-decoration:none"
kimi dəyişdirə bilərik.
Sadəcə bu qaydanı daxil edin:
a {text-decoration:none';}
Artıq bunun altındakı xətt yox olacaq.
Amma bunu edərkən diqqətli olmalıyıq.
Çünki brauzerlər onları
əbəs yerə qoymayıblar.
Əgər xətlər yoxdursa,insanlar onların
link olduğunu necə bilsinlər?
Bəs onların adi yazı olduğunu düşünsə
və heç vaxt klik etməsələr necə?
Əgər həmin xətləri silmək istəyiriksə,
əmin olmalıyıq ki,
onlar adi yazıdan fərqli görünsünlər.
Əks halda,istifadəçiləri məyus edərik.
Məyus istifadəçilər də məni məyus edir.
Onlar sizi də məyus etməlidirlər.
Yazı xassələrindən bütün
gün boyu danışa bilərəm.
Amma etməyəcəyəm,çünki
əhatə edəcəyimiz çox şey var.
Yüzlərlə CSS xassəsi var.
Brauzerlər də hər il
yenilərini əlavə edir.
Yəqin ki,hamısı haqqında
heç vaxt danışa bilməyəcəyəm.
Ümid edirəm ki,həvəslənməyinizə
kifayət edəcək qədər danışa bilərəm.
Əgər bir stil üçün CSS xassəsi ilə
maraqlansanız və
həmin xassə burada olmasa,
onu lokal axarış
sistemində tapa bilərsiniz.
Tutaq ki, öz yazınıza damcılı
kölgəni əlavə etməyin
bir yolunu axtarırsınız.
Onda internetdə "CSS text shadow"
yazıb axtara bilərsiniz.
Əslində,bir veb
tərtibatçısı üçün internetdə
suallarının cavabını axtarmaq,
həqiqətən də,önəmli bir xüsusiyyətdir.
Çünki bir çox insan
sizinlə eyni sualları verir və
99,9% halda cavab orada bir yerdə olur.
Sadəcə axtarmaqda yaxşı olmalısınız.