Reaksiyanın əmsallaşdırılması, mol kimi
kimyada ilk öyrədilən mövzülardan biridir.
Kifayət qədər asan bir mövzu olsa da
bir çox şagirdə çətin gəlir.
Bəlkə də biraz qarışıqdır,
ona görə.
Əmsallaşdırmaya keçməzdən öncə,
birinci baxaq görək
kimyəvi reaksiya nədir.
Bura bir neçəsini yazmışam, birazdan
başqalarını da görəcəksiz.
Qısaca, o kimyəvi reaksiyanı təsvir edir.
Alüminium,
oksigen qazı və ya ikiatomlu oksigen
molekulu və sonda
alüminium oksidimiz var.
İndi deyəcəksiniz ki, aha reaksiyanın
nə
olduğunu başa düşdük.
Reaksiyaya girənlərimizi yəni
reaktivlərimiz var.
Bu da bizim məhsulumuz.
Başqa nə qaldı?
Hə bir məsələ qaldı.
Sol tərəfə bir alüminium atomu və
iki oksigen atomu yazmışam.
Bir-birinə bağlıdırlar amma iki oksigen
atomu var.
Bir ikiatomlu oksigen molekulunun
tərkibində,
bir molekul olsa da 2 oksigen
atomu yerləşir.
Onları üst-üstə gələndə, iki alüminium
atomu və üç oksigen atomu alırıq.
Yəni tənliyin hər iki tərəfində fərqli
sayda
alüminium olur.
Bu tərəfdə bir alüminium,
bu tərəfdə isə iki alüminium olur. Və
oksigenlərin sayında da fərq var.
Bu tərəfdə iki oksigen,
bu tərəfdə isə üçdür.
Əmsallaşdırma bu problemin çıxış yoludur.
Yəni
hər iki tərəfdə eyni sayda alüminium
və oksigen olmalıdır.
Aha, bunu etməyə çalışaq.
Narıncıyla yazaq.
Dediyim kimi, burada bir,
burada iki alüminium var.
Bəlkə, sadəcə bura iki yazmaqla
bu işi həll edərik?
İndi hər iki tərəfdə iki alüminiumumuz
oldu.
Artıq alüminiumların üzü gülür.
İndi oksigenin üzün güldürək.
Sol tərəfdə
iki oksigenimiz var.
Sağda isə
üç.
İndi nə etməliyəm?
Hə, əgər yarım aotmomuz varsa
elə 1.5-ə
vuracağam.
1.5 vur 2 bərabər oldu 3.
İndi hər iki tərəfdə üç oksigen və
iki alüminium oldu.
İşimiz qutardı?
Xeyir, əslinə yarım atom və ya 1.5 atom
deyə bir şey mümkün deyil.
Doğru səslənmir.
Belə olduqda, 2-yə vuraraq tam rəqəm
almalısan.
İndi, hər iki tərəfi
ikiyə vuraq.
Deməli belə, 4 alüminium üstə gəl
3 oksigen
əmələ gəlir, iki
alüminium oksid molekulu.
İndi soruşa bilərsiniz ki, bəs niyə
alüminium oksidin sayında heç bir dəyişiklik
eləmirik?
Niyə buradakı oksigenin qarşısına 3də 2
yazmıram?
Belə bir şey mümkün deyil.
Tənlik necə varsa elə də qalmalıdır.
Alüminium oksid molekulunu
dəyişə bilmərik.
Alüminium oksid molekulundakı Alüminium
oksigen nisbətini dəyişə bilmərik.
Alüminium oksid molekulunun sayını dəyişə
bilərsiniz. Biz də dəyişib iki etdik.
Neynədik?
Alüminium hər
tərəfdə iki olmalıdı ona görə qarşısına
iki yazdıq.
Oksigendə isə 1.5-ə
vurub,
üç oksigen molekulu aldıq.
Üç oksigen də burada var.
Sonra dedik ki, 1.5 yazıla bilməz,
pona görə ikiyə vurduq.
Və sonda 4 alüminium plus üç oksigen
molekulu və ya 6 oksigen atomu əmələ
gətirdi,
2 aluminium oksid molekulu.
Gəlin başqalarını da yazaq.
Aha, burada etilenimiz var.
Mötərizədəki q hərfi
qaz olduğunu
göstərir.
Deməli etilen qazı üstə gəl oksigen qazı
əmələ gəldi karbondioksid
üstə gəl su.
Oradakı l hərfi maye halda olan
suyu göstərir.
Hə, indi nə edəcəyik?
Birinci mürəkkəb molekullardan başlayın,
daha sonra tək atomlu molekulları
tamalayarsınız.
Çünki onları dəyişdirmək çox asandır.
Tutaq ki,
karbonların sayını
düzəldirik, əgər bura rəqəm yazsam,
eyni zamanda
hidrogenlərin sayı da
dəyişmiş olur.