Reaksiyanın əmsallaşdırılması, mol kimi kimyada ilk öyrədilən mövzülardan biridir. Kifayət qədər asan bir mövzu olsa da bir çox şagirdə çətin gəlir. Bəlkə də biraz qarışıqdır, ona görə. Əmsallaşdırmaya keçməzdən öncə, birinci baxaq görək kimyəvi reaksiya nədir. Bura bir neçəsini yazmışam, birazdan başqalarını da görəcəksiz. Qısaca, o kimyəvi reaksiyanı təsvir edir. Alüminium, oksigen qazı və ya ikiatomlu oksigen molekulu və sonda alüminium oksidimiz var. İndi deyəcəksiniz ki, aha reaksiyanın nə olduğunu başa düşdük. Reaksiyaya girənlərimizi yəni reaktivlərimiz var. Bu da bizim məhsulumuz. Başqa nə qaldı? Hə bir məsələ qaldı. Sol tərəfə bir alüminium atomu və iki oksigen atomu yazmışam. Bir-birinə bağlıdırlar amma iki oksigen atomu var. Bir ikiatomlu oksigen molekulunun tərkibində, bir molekul olsa da 2 oksigen atomu yerləşir. Onları üst-üstə gələndə, iki alüminium atomu və üç oksigen atomu alırıq. Yəni tənliyin hər iki tərəfində fərqli sayda alüminium olur. Bu tərəfdə bir alüminium, bu tərəfdə isə iki alüminium olur. Və oksigenlərin sayında da fərq var. Bu tərəfdə iki oksigen, bu tərəfdə isə üçdür. Əmsallaşdırma bu problemin çıxış yoludur. Yəni hər iki tərəfdə eyni sayda alüminium və oksigen olmalıdır. Aha, bunu etməyə çalışaq. Narıncıyla yazaq. Dediyim kimi, burada bir, burada iki alüminium var. Bəlkə, sadəcə bura iki yazmaqla bu işi həll edərik? İndi hər iki tərəfdə iki alüminiumumuz oldu. Artıq alüminiumların üzü gülür. İndi oksigenin üzün güldürək. Sol tərəfdə iki oksigenimiz var. Sağda isə üç. İndi nə etməliyəm? Hə, əgər yarım aotmomuz varsa elə 1.5-ə vuracağam. 1.5 vur 2 bərabər oldu 3. İndi hər iki tərəfdə üç oksigen və iki alüminium oldu. İşimiz qutardı? Xeyir, əslinə yarım atom və ya 1.5 atom deyə bir şey mümkün deyil. Doğru səslənmir. Belə olduqda, 2-yə vuraraq tam rəqəm almalısan. İndi, hər iki tərəfi ikiyə vuraq. Deməli belə, 4 alüminium üstə gəl 3 oksigen əmələ gəlir, iki alüminium oksid molekulu. İndi soruşa bilərsiniz ki, bəs niyə alüminium oksidin sayında heç bir dəyişiklik eləmirik? Niyə buradakı oksigenin qarşısına 3də 2 yazmıram? Belə bir şey mümkün deyil. Tənlik necə varsa elə də qalmalıdır. Alüminium oksid molekulunu dəyişə bilmərik. Alüminium oksid molekulundakı