Reaksiyanın əmsallaşdırılması mol kimi kimyada ilk öyrədilən mövzulardan biridir. Kifayət qədər asan bir mövzu olsa da, bir çox şagirdə çətin gəlir. Bəlkə də bir az qarışıqdır, ola bilər. Əmsallaşdırmaya keçməzdən öncə, birinci baxaq görək kimyəvi tənlik nədir. Bura bir neçəsini yazmışam, birazdan başqalarını da görəcəksiz. Qısaca, o kimyəvi reaksiyanı təsvir edir. Alüminium, oksigen qazı və ya ikiatomlu oksigen molekulu və sonda alüminium oksidimiz var. İndi deyəcəksiniz ki, aha reaksiyanın nə olduğunu başa düşdük. Reaksiyaya girənlərimizi, yəni reagentlər var. Bu da bizim məhsulumuz. Başqa nə qaldı? Hə bir məsələ qaldı. Sol tərəfə bir alüminium atomu və iki oksigen atomu yazmışam. Bir-birinə bağlıdırlar amma iki oksigen atomu var. Bir molekul olsa da, tərkibində 2 oksigen atomu yerləşir. Onları üst-üstə gələndə, iki alüminium atomu və üç oksigen atomu alırıq. Yəni, tənliyin hər iki tərəfində fərqli sayda alüminium olur. Bu tərəfdə bir alüminium, burada isə iki alüminium olur. Və oksigenlərin sayı fərqlidir. Bu tərəfdə iki oksigen, bu tərəfdə isə üçdür. Əmsallaşdırma bu problemin çıxış yoludur. Yəni hər iki tərəfdə eyni sayda alüminium və oksigen olmalıdır. Bunu etməyə çalışaq. Narıncıyla yazaq. Dediyim kimi, burada bir, burada iki alüminium var. Bəlkə, sadəcə bura iki yazmaqla bu işi həll edərik? İndi hər iki tərəfdə iki alüminium oldu. Alüminiumlar sanki xoşbəxtdirlər. İndi oksigenə baxaq. Sol tərəfdə iki oksigenimiz var. Sağda isə üç. İndi nə etməliyəm? Hə, əgər yarım atomomuz varsa, elə 1.5-ə vuracağam. 1.5 vur 2 bərabər oldu 3. İndi hər iki tərəfdə üç oksigen və iki alüminium oldu. İşimiz qutardı? Xeyr, əslində yarım atom və ya 1.5 atom olmur, qaydaya ziddi. Doğru səslənmir. Belə olduqda, 2-yə vuraraq tam rəqəm almalıyıq. İndi, hər iki tərəfi ikiyə vuraq. Deməli belə, 4 alüminium üstəgəl 3 oksigen əmələ gəlir, iki alüminium oksid molekulu. İndi soruşa bilərsiniz ki, bəs niyə alüminium oksidin sayında heç bir dəyişiklik eləmirik? Niyə buradakı oksigenin qarşısına 3-də 2 yazmıram? Belə bir şey mümkün deyil. Tənlik necə varsa, elə də qalmalıdır. Alüminium oksid molekulunu dəyişə bilmərik. Alüminium oksid molekulundakı alüminium oksigen nisbətini dəyişə bilmərik. Alüminium oksid molekulunun sayını dəyişə bilərsiniz. Biz də dəyişib iki etdik. Nə etdik? Alüminium hər tərəfdə iki olmalıdı ona görə qarşısına iki yazdıq. Oksigendə isə 1.5-ə vurub, üç oksigen molekulu aldıq. Üç oksigen də burada var. Sonra dedik ki, 1.5 düzgün deyil və buna görə ikiyə vurduq. Və sonda 4 alüminium üstəgəl üç oksigen molekulu və ya 6 oksigen atomu 2 aluminium oksid molekulu alındı. Gəlin başqalarını da yazaq. Burada metan var. Mötərizədəki 'g' hərfi 'gas' sözünün baş hərfi olub maddənin qaz halında olduğunu göstərir. Deməli metan qazı üstəgəl oksigen qazı karbon dioksid üstəgəl su əmələ gəldi. Oradakı 'liquid'in l-sı maye halda olan sudur. Hə, indi nə edəcəyik? Birinci mürəkkəb molekullardan başlayın, daha sonra tək atomlu molekulları tamamlayarsınız. Çünki belə etmək çox asandır. Tutaq ki, karbonların sayını düzəldirik, əgər bura rəqəm yazsam, eyni zamanda hidrogenlərin sayı da dəyişmiş olur. Gərək Bu hidrogenləri də dəyişəm. Sonda oksigen sayım müəyyənləşdikdən sonra buradakı oksigeni dəyişəcəm. Gəlin karbonlarla başlayaq. İlk başda çətin görünür, amma bir-bir dəyişdikcə, rəqəmlərlə oynadıqca asanlaşır. Burda iki karbonum, sağ tərəfdə isə sadəcə bir karbonum var. İstədiyim şey hər iki tərəfdə iki karbondur. Ona görə bura 2 yazaq. Deməli belə. İndi hər iki tərəfdə iki karbonum oldu. Hidrogenlərə keçək. Oksigeni ən sona saxladım, çünki onu yazarkən başqa bir atom sayı dəyişməyəcək. Tənliyin bu tərəfində 4 hidrogen atomumuz var. O tərəfdə neçə hidrogenimiz var? Burda 4-dürsə, burda neçədir? 2 hidrogen atomumuz var. Hər iki tərəfdə 4 olsun istəyirəm, ona görə suyun qarşısına iki yazacağam. Artıq 4 hidrogen atomum oldu. Sonda oksigenlərə baxaq. Sol tərəfdə iki oksigen atomumuz var. Sağ tərəfdə nəyimiz var? 2 dənə biratomlu oksigenim var, bax burada, elədi iki. İki su. Hər suyun da tərkibində bir oksigen atomu, deməli iki oksigen atomu oldu. 2 karbon dioksid və hər birinin tərkibində iki oksigen atomu var. Deməli, iki karbon dioksidimiz varsa, cəmi neçə oksigen eləyir? 2 vur 2. Elədi 4 oksigen. Sol tərəfdə 4 oksigen, sağ tərəfdə isə 6 oksigenim var. İkisi 2 su molekulunda, dördü 2 karbon dioksid molekulundadır. Buradakı 2-ni 6-ya tamamlamalıyam. Hər iki tərəfdə 6 oksigen olmağını istəyirəm. Əgər 3 yazsam, 6 olur və tənliyimiz əmsallaşdırıldı. Bu tərəfdə 2 karbonum, o tərəfdə 2 karbonum. 4 hidrogenim, 4 hidrogenim. 6 oksigenim 4üstəgəl 2, 6 oksigenim də burada. Keçək başqa tənliyə. Məntiqini başa düşdükdən sonra həll eləmək çox asandır. Etan üstəgəl oksigen qazı bizə verir karbon qazı və su. Yanma reaksiyasdır. Birinci karbonlara baxaq. Burada iki karbonum, burada bir karbonum var. Deməli bura 2 yazacağıq. Oldu 2 karbonum. Əla. Oksigenlərə ən sonda baxacağam. Bu tənlik əvvəlki ilə oxşardır. Burada 6 hidrogenim var. Suda isə sadəcə 2 karbonum var. Deməli, bura 3 yazılmalıdır. İndi hidrogenlərimi də tamamladım. Artıq hər tərəfdə 6 hidrogen oldu. İndi keçək oksigenə. Sağ tərəfdə ( narıncı ilə yazacam) hər karbon qazında 2 oksigen atomu var. İki molekul olduğuna görə, 4 oksigenim oldu. Hər su molekulunda bir oksigenim varsa, 3 su molekulunda 3 oksigen olacaq. Düzdü? 3 su molekulunda 3 oksigen, və 2 karbon qazında 4 oksigen. Düzdü? Cəmi elədi 7 oksigen. Bu tərəfdə 7 oksigen, o tərəfdə isə iki oksigenim var. Bunu - ikini necə 7 edə bilərəm?! 3.5-ə vura bilərəm. Hər iki tərəfdə 7 olmalıdır. 3.5 mol ikiatomlu oksigen molekulunda 3.5 vur 3 elədi, 7 oksigen atomu. 4 üstə gəl 3, 7 də burada. iki karbon, altı hidrogen. Demək olar bitirdim. Belə bir şey var ki, mollar yəni say kəsrlə ifadə edilmir. Nə edək? Hər iki tərəfi 2-yə,3-ə, kəsr olmaması üçün neçə lazımdırsa, ona vuracağıq. Hər molu 2-yə vursam, 2 molekul etan üstə gəl 7 molekul ikiatomlu oksigen alacam, 2 molekul karbondioksid əmələ gəldi. Bağışlayın, hər şeyi 2-yə vururamsa, olacaq 4 molekul karbon dioksid üstəgəl 6 molekul su. Bir daha yoxlamaq istəyirsinizsə, gəlin yoxlayaq. Neçə karbonumuz var? Burada 4, burada 4. Neçə hidrogenimiz var? 2 vur 6 12 burada. 12 də orada. Neçə oksigenim var? Qoyun fərqli rənglə yazım. 14-ü burada. 8-i burada 6-sı da burada. 8 üstəgəl 6 elədi 14. Deməli tənliyim əmsallaşdırıldı. Bəzilərinə görə çətindir. 3.5 -dən bura gəlmək ağlabatan deyil. Mürəkkəb molekullardan başlayıb, bir-bir davam eləsəniz, kəsrli rəqəm alacaqsız. Ondan da qurtulmaq üçün hər iki tərəfi eyni rəqəmə vurmaq kifayət eləyir. Bu qədər. Keçək başqasına. Bu nəsə qarmaqarışıq görünür. Deməli, dəmir oksid üstəgəl sulfat turşusu, bunlar alınır. Belə bir şey var ki, buradakı sulfat qrupu tərkibi ilə sabit qalır. Düzdü? SO4-lərdən biri burada, biri də oradadır. Asanlaşdırmaq üçün ona bir atom kimi baxa bilərik. Əvəzləmə edək. Gəlin onu X (iks)-la əvəz edək. Fəqli bir rənglə təkrar yazaq. Dəmir oxid üstəgəl H2 bir sulfat olduğuna görə X yazacağam. İki dəmir və 3 sulfat qrupu yarandı. Bir də su. Elədiyim tək şey sulfatı X-la əvəz etməkdir. İndi X-a atom kimi baxıb, tənliyi balanslaşdıraq. Sol tərəfdə neçə dəmirimiz var? İki dəmir burada, iki dəmir burada var. Dəmirləri tamamladıq. Oksigenə keçək. Üç oksigen burada (qoyun fərqli rəngdə yazım) bir oksigen də burada var. Düzdü, X-ın tərkibində də oksigen var amma onlar sulfatla birgə olduğuna görə onu buna qatmırıq. Sağ tərəfdə də üç oksigen istəyirik, ona görə bura bir 3 yazacağam. Ayy)) Qoyun 3-ü yazım. Artıq burada da 3 oksigen var. İndi hidrogenlərə keçək. Görək neçə hidrogenimiz var? Sağ tərəfdə 6 hidogenimiz var. 3 vur 2. Bu tərəfdə də 6 olsun istəyirəm, ona görə 3-ə vuracağam. Sonda X-a yəni sulfat qrupuna baxaq. Burda 3 X-ımız var. Nə yaxşı ki, burada da 3 X var. Tənliyimiz əmsallaşdı. Əgər X-ı sulfat kimi yazmaq istəsək, təkrar əvəzləmə aparacağıq. Bir molekul dəmir oksid üstəgəl 3 molekul sulfat turşusu (H2SO4) X-ı SO4-lə əvəzlədim. Bu molekuldan, (SO4)3 və bir də üç molekul su. Birini də həll edək. Karbon dioksid üstəgəl hidrogen qazı əmələ gəldi metan üstə gəl su Birinci karbondan başlayaq. Bir karbon burada bir karbon orada. Karbonlar bitdi. Keçək oksigenə. Burada iki oksigen burada isə bir oksigen var. Burada da iki olması üçün iki yazacağam. Hidrogenlərə ən son baxaq çünki onları dəyişdirmək başqa atomlara təsir etmədiyi üçün daha rahatdırlar. 2-si burada, 4 üstəgəl 4-ü də buradadır. 4-ü burada, 4-ü də buradadır. Sol tərəfdə də 8 hidrogenə ehtiyacımız var. Deməli bura bir 4 yazacağam. Əmsallaşdırmanı bitirdik. Ümidvaram ki, bu video faydalı oldu.