Məktəb şagirdlərinin nəbzlərinin sayının təsvir edildiyi paylanma normaldır, ədədi orta dəqiqədə 80 döyüntü standart meyl isə dəqiqədə 9 döyüntüdür. Məktəbin tibb bacısı nəbzi digərlərindən 30% çox olan şagirdləri yenidən müayinə etmək istəyir. Yenidən müayinə edilən şagirdlərin nəbzi minimum neçə dəfə döyünür? Cavabı ən yaxın tam ədədə yuvarlaqlaşdırın. Bunu necə həll etməli olduğunuzu bilirsinizsə, videonu dayandırıb, cavabı özünüz tapmağa çalışın. Gəlin indi bunu birlikdə həll edək. Məsələnin şərtinə əsasən nəbz döyüntülərinin paylanması normaldır. Odur ki, normal paylanmadan istifadə edə bilərik. Normal paylanma haqqında bir neçə məlumat verilib. Məsələnin şərtinə əsasən ədədi orta 80-dir. Bu, ədədi ortadır. Standart meylin dəqiqədə 9 döyüntü olduğu deyilib. Bu normal paylanmada ədədi ortadan yuxarıda bir standart meyil, iki standart meyil var və bu məsafə 9-a bərabərdir. Deməli, bu 89-dur. Bunun qiyməti isə 98-dir. Ədədi ortadan aşağıda olan standart meylə əsasən bu nöqtə 71, bu isə 62-dir. Ancaq biz burada ən yüksək 30%-i tapmalıyıq. Burada bəzi qiymətlər, kənar nöqtələr olacaq. Fərz edin ki, burada bir nöqtə qeyd edirik. Bu nöqtədə əlavə müayinənin minimum həddini göstərə bilərik. Bu ən yüksək 30%-dir. Belə ki, buradakı sahənin ədədi ortası 30% və ya 0,3-dür. Burada z cədəvlindən istifadə edə bilərik. Bununla hansı z kəmiyyətinin paylanmanın 70%-dən az olduğunu göstərə bilərik. Daha sonra z kəmiyyəti, ədədi orta və standart meyildən istifadə edərək həqiqi qiyməti tapa bilərik. Əvvəlki nümunələrdə z kəmiyyətini faizlə ifadə etməyə çalışmışdıq. Bu dəfə də faizi tapmalıyıq. Cavab ən az 70% olmalıdır və uyğun z kəmiyyətinə bərabər olmalıdır. Gördüyünüz kimi ədədi ortanın sağındayıq. Deməli, cavabda müsbət z kəmiyyəti alınacaq. Burada başlanğıc qiyməti 50%-dir. Biz 67%, 68, 69-a getdikcə, cavaba yaxınlaşırıq, bu cədvəldə bu qiymət bizi 70%-lik həddə yaxınlaşdıran ən kiçik z kəmiyyətidir. Bu 0,7019-dur. Mütləq şəkildə həddi keçmiş oluruq. Burada z kəmiyyəti 0,53-dür. 0,52 cavabı çox azdır. Z kəmiyytəi 0,53 olmalıdır. Gəlin bunu yazaq. 0,53. İndi isə hansı qiymətin 0, 53 z kəmiyyəti olduğunu tapmalıyıq. Bu, ədədi ortadan 0,53 standart meyl qədər çox deməkdir. Cavabı tapmaq üçün ədədi orta və 0,53 standart meylin cəmini tapmalıyıq. 0,53 vur 9 hasilini hesablayaq. 0,53-ü 9-a vurduqda cavabda 4,77 alınır. Üstəgəl 80 = 84,77. 84,77 onluq kəsrini ən yaxın tam ədədə yuvarlaqlaşdıraq. Cavabda 85 alınar. Kənar həddimiz 85-dir. Əgər şagirdlərin nəbzinin döyüntüsü buna bərabər olarsa, tibb bacısı onları yenidən müayinə etməlidir. Deməli, onların nəticəsi test edilən şagirdlərdən 30% çoxdur.