Məktəb şagirdlərinin
nəbzlərinin sayının təsvir edildiyi
paylanma normaldır, ədədi orta dəqiqədə 80 döyüntü
standart meyl isə dəqiqədə 9 döyüntüdür.
Məktəbin tibb bacısı
nəbzi digərlərindən 30% çox olan şagirdləri
yenidən müayinə etmək istəyir.
Yenidən müayinə edilən şagirdlərin nəbzi
minimum neçə dəfə döyünür?
Cavabı ən yaxın tam ədədə
yuvarlaqlaşdırın.
Bunu necə həll etməli olduğunuzu
bilirsinizsə,
videonu dayandırıb, cavabı özünüz tapmağa
çalışın.
Gəlin indi bunu birlikdə həll edək.
Məsələnin şərtinə əsasən nəbz döyüntülərinin
paylanması normaldır.
Odur ki, normal paylanmadan istifadə edə bilərik.
Normal paylanma haqqında
bir neçə məlumat verilib.
Məsələnin şərtinə əsasən ədədi orta 80-dir.
Bu, ədədi ortadır.
Standart meylin dəqiqədə
9 döyüntü olduğu deyilib.
Bu normal paylanmada
ədədi ortadan yuxarıda bir standart meyil,
iki standart meyil var və
bu məsafə 9-a bərabərdir.
Deməli, bu 89-dur.
Bunun qiyməti isə 98-dir.
Ədədi ortadan aşağıda olan standart meylə
əsasən
bu nöqtə 71, bu isə 62-dir.
Ancaq biz burada ən yüksək
30%-i tapmalıyıq.
Burada bəzi qiymətlər, kənar nöqtələr olacaq.
Fərz edin ki, burada bir nöqtə qeyd edirik.
Bu nöqtədə əlavə
müayinənin minimum həddini
göstərə bilərik.
Bu ən yüksək 30%-dir.
Belə ki, buradakı sahənin ədədi ortası
30% və ya 0,3-dür.
Burada z cədəvlindən istifadə edə bilərik.
Bununla hansı z kəmiyyətinin paylanmanın
70%-dən az olduğunu göstərə bilərik.
Daha sonra z kəmiyyəti,
ədədi orta və standart meyildən istifadə edərək
həqiqi qiyməti tapa bilərik.
Əvvəlki nümunələrdə z kəmiyyətini
faizlə ifadə etməyə çalışmışdıq.
Bu dəfə də faizi tapmalıyıq.
Cavab ən az 70% olmalıdır
və uyğun z kəmiyyətinə bərabər olmalıdır.
Gördüyünüz kimi
ədədi ortanın sağındayıq.
Deməli, cavabda müsbət z kəmiyyəti alınacaq.
Burada başlanğıc qiyməti 50%-dir.
Biz 67%, 68, 69-a getdikcə,
cavaba yaxınlaşırıq, bu cədvəldə
bu qiymət bizi 70%-lik həddə yaxınlaşdıran
ən kiçik z kəmiyyətidir.
Bu 0,7019-dur.
Mütləq şəkildə həddi keçmiş oluruq.
Burada z kəmiyyəti 0,53-dür.
0,52 cavabı çox azdır.
Z kəmiyytəi 0,53 olmalıdır.
Gəlin bunu yazaq.
0,53.
İndi isə hansı qiymətin
0, 53 z kəmiyyəti olduğunu tapmalıyıq.
Bu, ədədi ortadan
0,53 standart meyl qədər çox deməkdir.
Cavabı tapmaq üçün
ədədi orta və 0,53 standart meylin cəmini
tapmalıyıq.
0,53 vur 9 hasilini hesablayaq.
0,53-ü 9-a vurduqda
cavabda 4,77 alınır.
Üstəgəl 80 = 84,77.
84,77 onluq kəsrini
ən yaxın tam ədədə yuvarlaqlaşdıraq.
Cavabda 85 alınar.
Kənar həddimiz 85-dir.
Əgər şagirdlərin nəbzinin döyüntüsü
buna bərabər olarsa, tibb bacısı onları
yenidən müayinə etməlidir.
Deməli, onların nəticəsi test edilən şagirdlərdən
30% çoxdur.