Deyilir ki, 1.45 vur 10 üstü 8 vurulsun 9.2 vur 10 üstü mənfi 12 vurulsun 3.01 vur 10 üstü mənfi 5 hasilini tapıb onluq kəsr formasında və standart şəkildə ifadə edin. 1.45 vur 10 üstü 8. Burada da şərtdəki kimi mörtərizə qoya bilərəm. Amma bu dəfə adi qaydada yazacağam. Vurulsun 9.2 vur 10 üstü mənfi 12 və sonra da vurulsun 3.01 vur 10 üstü mənfi 5. Mörtərizələrlə yazmaq o deməkdir ki, ifadələri bir-birinə vururam. Əslində, ifadəmizdə hər bir əməl vurma olduğundan sıranın fərqi yoxdur. Buna görə də vuruqların yerlərini dəyişə bilərəm. Belə də yazmaq olar: 1.45-- burada yerləşirdi.-- vur 9.2 vur 3.01 vurulsun 10 üstü 8-- Bunu bənövşəyi rəngdə yazım.-- vur 10 üstü mənfi 12 vur 10 üstü mənfi 5. Belə olması daha yaxşıdır, çünki 10-un qüvvətləri yan-yana yazılıb. Burada mörtərizə də qoya bilərəm. Digər ədədlərimiz də buradadır. İndi bunu sadələşdirə bilərəm. Burada əsasım 10-dur. Ona görə də dərəcələri toplaya bilərəm. Olacaq 10 üstü 8 çıx 12 çıx 5. Sol tərəfə gəldikdə isə-- gəlin kalkulyatorla hesablayaq--1.45 Bunu özünüz də edə bilərsiniz, amma kalkulyatorla daha sürətlidir. Həm də səhvsiz hesablaya bilərik. Vur 9.2 vur 3.01 bərabərdir 40.1534. Deməli, 40.1534 aldıq. Bunun yanında da 10 üstü bu ifadə var. Qüvvət üstünü sadələşdirsək, alınır ki, 40.1534 vur 10 üstü 8 çıx 12 edir mənfi 4, çıx 5 edir mənfi 9. 10 üstü mənfi 9. Buna baxıb deyə bilərsiniz ki, bu artıq standart şəkildədir. Burada bir ədəd vurulsun 10 üstü neçəsə var. Amma bu tam olaraq standart şəkildə deyil. Standart şəkildə olması üçün buradakı ədəd 1-dən böyük bərabər və 10-dan kiçik olmalıdır. Aydın məsələdir ki, bu 10-dan kiçik deyil. Standart şəkildə olması üçün burada 0-dan fərqli bir rəqəm, sonra isə kəsr hissədəki rəqəmlər olmalıdır. Buradakı rəqəm gərək 0-dan fərqli olsun. Amma bizim həmin yerdə 2 rəqəmimiz var. Bu 10-dan böyükdür. Amma gərək 10-dan kiçik və 1-dən böyük bərabər olsun. Bunu çevirməyin ən asan yolu bu hissəni standart şəkildə yazmaqdır. Belə yazmaq olar. 4.01534 vur 10. Burada 40-dan 4-ə gəlmək üçün bir addım sola sürüşdürməliyik. Bir addım sola getmək elə 10-a bölmək deməkdir. Ona görə də sonra 10-a vurmaq da lazımdır. Əvvəl 10-a bölün sonra 10-a vurun. Başqa sözlə, 4.0 ardınca bu rəqəmlər vur 10 bərabər olacaq elə 40.1534-ə. Deməli, bu ifadə-- vurulsun 10 üstü 1, yəni elə 10-- vurulsun bu ifadə-- yəni 10 üstü mənfi 9. Yenə də 10-un qüvvətləridir. 10 üstü 1 vur 10 üstü mənfi 9 olacaq 10 üstü mənfi 8. Qarşısında da 4.01534 var. Bununla da bunu standart şəkildə yazdıq. Şərtə görə həm də onluq kəsr formasında yazmalıyıq. Bizdən istənilir ki, bunu standart şəkildə yazaq və sonra da hasili tapaq. Bunu belə edə bilərik. Rəqəmləri yazaq. 4, 0, 1, 5, 3, 4. Bu ədədə baxsam, buradan başlayacağam. Hər dəfə 10-a böldükcə, yəni 10 üstü mənfi 1-ə vurduqca, bir addım sola gedəcəyəm. Əgər bunu 10 üstü mənfi 1-ə vursam, 10-a bölmüş olacağam. Ona görə də bir vahid sola getməliyəm. Burada 10 üstü mənfi 8-ə vururam. Başqa sözlə, 10 üstü 8-ə bölürəm. Odur ki, sola 8 vahid getməliyəm. Bunu belə də demək olar.-- Çox, çox, çox kiçik bir ədədimiz var. Əgər bunu vursam, gərək daha kiçik ədəd alım. Ona görə də sola doğru getməliyəm. Bu müsbət 8 olsa idi, onda çox böyük bir ədəd alardıq. Bunu 10-un böyük bir qüvvətinə vuranda sağa doğru sürüşdürməliyəm. Deməli, bu bütöv ifadə 4.01534-dən kiçik olacaq. 8 addım sola sürüşdürəcəyəm. Bir vahid getsəm, buraya çatacağam. Sonra isə 7 dəfə 0 yazacağam. 1, 2, 3, 4, 5, 6, 7 ədəd 0. Bu sıfırdan sonra işarəmizi qoyacağam. Əgər bu rəqəmi də nəzərə alsanız, ümumilikdə, 8 rəqəmim var. 7 ədəd 0 və bu rəqəm edir 8 rəqəm. Bir də sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu barədə düşünməyin ən yaxşı yolu belədir. Buradan başladım və bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz dəfə sola getdim. 10 üstü mənfi 8-ə vuranda belə olur. Bu ədəd alınır. Bunu gördükdən sonra başa düşməlisiniz ki, nəyə görə ədədləri standart şəkildə yazırıq. Belə də çox asan olur-- az yer tutur və ədədin nə qədər böyük və ya kiçik olduğunu anlamaq olur. Bunu yazmaq çox çətindir. Hətta bir 0 unudub və ya artıq yaza bilərsiniz. Onda insan gərək oturub sıfırları saysın ki, bu ədədin nə qədər böyük və ya kiçik olduğunu anlasın. 1, 2, 3, 4, 5, 6, 7 sıfır və buradakı 8-ci rəqəm. Bu bizə 8-i verir. Amma bu standart şəkildə yazılmış ədəddən daha mürəkkəb görünür.