Səslənmə: Bitcoin son vaxtlar çox diqqət toplayan yeni virtual valyuta sistemidir. Düşünürəm ki, bitcoinin dərinliklərinə enib necə işlədiyi haqqında ətraflı məlumat verəcək videolar çəkim. Bu videoda isə əsas məqsədim bu mexanizmi yüksək səviyyədə təsvir etməkdir. Sonraki videolarda isə məqsədim bu videoda danışdıqlarım barədə bir az daha ətraflı məlumat verməkdir. Bu videoların sonunda siz sadəcə bitcoinin nə olduğunu deyil, həmçinin əməliyyatların başlama mexanizmini də anlayacaqsınız. Bu əməliyyatlar üçün doğrulamanın necə baş verdiyini görəcək və birinin həqiqətən "bitcoin mədənçiliyi" kimi tanınan bir prosesdə iştirak etməsinin nə demək olduğunu öyrənəcəksiniz. Əgər bitcoin ilə maraqlanmısınızsa, bu termin haqqında eşitmiş ola bilərsiniz. Onu da qeyd edim ki, bu, bitcoin sxemi ilə də əlaqəlidir. Bütün müvafiq detalları əhatə etmək üçün bir az vaxt lazımdır. Məncə, bitcoin kimi bir sxemi anlamağın ən yaxşı yolu bütün uyğun detalları araşdırmaqdır. Şübhəsiz, sizin çoxlu suallarınız olacaq, amma məqsədim odur ki, bu videoların sonunda sizin suallarınız uyğun şəkildə cavablandırılsın. Bu biraz zaman ala bilər, çünki mən bunları məntiqi şəkildə izah etməyə çalışacam. Sxemi kifayət qədər izah edənə qədər bəzi detalları kənarda buraxacam, daha sonra isə bu detalları əlavə edəcəm. Çoxlu xırda məqamlara ilişib qalmamaq üçün mən izah etdikcə ümumi sistem haqqında bir fikir əldə edəcəksiniz. Başlayaq. Əvvəla, qeyd edim ki, bitcoin mərkəzləşdirilməmiş valyuta sistemi kimi tanınır, çünki onun yaradılması və ya əməliyyatı ilə məşğul olan bank və ya qurum yoxdur. Əslində, bitcoin məzmununda baş verən bütün əməliyyatlar üçün eyni səviyyəli şəbəkə kimi tanınan protokolun tətbiqi və istifadəsi, həmçinin müxtəlif aspektlər ilə kollektiv şəkildə uzlaşan fərdi hostlar şəbəkəsi istifadə olunur. Bitcoin bəzən kriptovalyuta olaraq da adlandırılır, kriptovalyuta deyərkən bitcoin əməliyyatlarının baş verməsini asanlaşdırmaq və ya reallaşdırmaq üçün bəzi kriptoqrafik üsullardan istifadə etməyi nəzərdə tuturam. Bu üsullardan bəziləri ilə bağlı video çəkəcəm, lakin onun mərkəzləşdirilməmiş olduğunu və kriptovalyutanın bir növü olduğunu nəzərə alın. Onu da qeyd edim ki, "bitcoin" ifadəsinin özü bir az çaşdırıcı ola bilər və bir çox cəhətdən, bitcoin əməliyyatları ənənəvi sikkə əməliyyatlarına bənzəmir, çünki onlar bir növ qlobal kitabda qeydləri təmsil edirlər. Düşünək ki, bir əməliyyat baş verir və bu iki şəxs arasında olur. Onları təsvir etmək üçün Aysel və Əli olaraq adlandıraq. Təsəvvür edin ki, Aysel sahib olduğu müəyyən qədər bitcoini Əliyə köçürmək istəyir. Bu əməliyyatı bir növ mühasibat kitabçasına qeyd kimi düşünə bilərsiniz. Davam etməzdən əvvəl qeyd edim ki, Aysel və Əli kimi sözlərdən istifadə etsəm də, bitcoin kontekstində nəzərdə tutduğum fiziki mənada həqiqi şəxslər deyil, sadəcə olaraq bitcoin sistemində eyniliklərdir. Bu eyniliklər real tətbiqetmədə Aysel və Əli ilə əlaqəsi olmayan rəqəmlər toplusudur. Burada bitcoini istənilən şəkildə düşünə bilərsiniz, çünki o həqiqi adlardan çox təxəllüsdür. İdeya budur ki, bitcoin daha çox təxəllüslü bir protokol halına gəlir, burada insanlara təxəllüsləri ilə müraciət edilir və bitcoin sistemindən istifadə edərək əməliyyat keçirmək istəyən istifadəçiləri məxfilik ilə təmin edir. İndi Aysel və Əli arasındakı bir əməliyyatda Ayselin əsas edəcəyi bir neçə fərqli rəqəm göstərməkdir. O Əliyə nə qədər bitcoin ayrılacağını təyin etməlidir. Deyək ki, Aysel özünün 50 bitcoini ilə başladı. Tutaq ki, Aysel bitcoinlərdən 30- nu Əliyə vermək, bir neçə bitcoinin isə özünə qaytarılmasını istəyir. Beləliklə, Aysel nə qədər dəyişiklik alacağını müəyyənləşdirməlidir. Fərz edək ki, onun dəyişməsi özü üçün 18 bitcoin olacaq, geri qalan 2 bitcoin isə əməliyyat haqqı olacaq. Əməliyyat haqqının nə demək olduğunu bir az sonra danışacağıq. Gələcək videolarda da bunu ətraflı aydınlaşdırmağı düşünürəm, ancaq bu, Ayselin Əliyə bu əməliyyatların bəzi təfərrüatlarını təsdiqləməsinə kömək etməyə bitcoin şəbəkəsindəki digər qovşaqlar üçün bir stimuldur. Aysel bu əməliyyat məlumatlarını götürəcək və rəqəmsal imza kimi tanınanları bu əməliyyat detallarına tətbiq edəcək. Rəqəmsal imza əsasən ənənəvi imzanın riyazi analoqudur. Bu, Ayseli bu əməliyyatın təfərrüatları ilə əlaqələndirir. Aysel şəxsi dedikdə mən onun bitcoin sistemindəki şəxsiyyətini nəzərdə tuturam və bu əlaqələndirmə kriptoqrafik cəhətdən güclü bir şəkildə həyata keçirilir. Bu əməliyyatın detalları baş verdikdən sonra təqdim olunacaq, ona görə də Aysel əməliyyatın detallarını götürəcək və bitcoin qovşaqlarını təmsil edən eyni səviyyəli şəbəkədə bütün qovşaqlara effektiv şəkildə paylayacaq. Əli isə məlumatları eyni səviyyəli şəbəkə vasitəsilə alır. Əli,yəqin ki, əməliyyatın bir hissəsini yoxlayacaq. Əli rəqəmlərin düzgün olduğunu yoxlaya bilər. Məsələn, deyək ki, Ayselin 50 bitcoin ilə başladığını və ona 50-dən çox bitcoin köçürüldüyünü yoxlaya bilər. O, iddaların bəzilərinin doğru olduğuna dair riyazi bir zəmanət alacaq. Yəni Ayselin sahib olduğunu dediyi bitcoinlərə sahib olduğuna, bu bitcoinləri ona vermək istəməsi ilə kriptoqrafiya ilə əlaqədər riyazi əminlik qazanacaq. Lakin o, Ayselin bu bitcoinləri başqa birinə köçürməyə çalışıb-çalışmamasını hələ də bilmiyəcək. Ayselin sikkələri iki dəfə xərcləməyə çalışması rəqəmsal nəğd pul və elektron valyuta sistemləri kontekstində ikiqat xərcləmə olaraq bilinir. Virtual valyutalara sahib olduğunuz zaman diqqətli olmalısınız, çünki kiminə əməliyyatı təmsil edən rəqəmləri kopyalıyıb başqa yerdə istifadə etməsi çox asandır. İkiqat xərcləmə riskini idarə etməyimiz və azaltmağımız yolu bitcoin mədənciləri kimi tanınan eyni səviyyəli şəbəkədə müəyyən qovşaqlar dəstindən istifadə etməkdir. Siz bitcoin mədənciləri haqqında eşitmiş ola bilərsiniz, onlar eyni səviyyəli şəbəkə daxilindəki spesifik şəxslərdir. Onların işi əsasən əməliyyatları götürmək, əməliyyatları götürmək, dinləmək və xatırlamaqdır. Sadəcə Aysel və Əlinin deyil, baş verən digər əməliyyatları da onlar götürəcək və sonda və sonda əməliyyat blokuna yığacaqlar. Yəni bu, əvvəllər qeyd olunmamış əməliyyatların qeydidir. Əgər tək bir əməliyyatı mühasibat kitabçası kimi düşünsəniz, əməliyyat blokunu kitabın bütün səhifələrini təmsil edən blok kimi düşünə bilərsiniz. Bitcoin mədənciləri də bu bloka aid olacaqlar, qeydə alınmamış əməliyyatlara əlavə olaraq, bu işləri yerinə yetirmək üçün göstərdikləri səylərə görə özlərini mükafatlandırmaq üçün yanlız özləri üçün nəzərdə tutulmuş xüsusi əməliyyatları da daxil edəcəklər. Artıq bir əməliyyat bloku əvvəlki əməliyyat blokunun kodlaşdırmasını da əhatə edəcəkdir, müəyyən qədər davamlılıq olacaq və sonra bitcoin mədənciləri bu əməliyyatlarla əlaqəli xüsusi hazırlanmış bir sıra ardıcıllıq daxil edəcəklər. Bu rəqəmlər ardıcıllığı işin sübutu kimi tanınır. Çünki bu yaratmaq olduqca çətindir, çox səy tələb edir və bu, bitcoin mədənçiliyi ilə məşğul olan hərkəsin onu əldə etməsini çətinləşdirir. Amma bu, onların əlavə ödəniş mükafatını almaq müqabilində, həmçinin Ayselin onlara söz verəcəyi əməliyyat haqqı müqabilində müəyyən hesablama səyi göstərmələrini tələb edir. Ayrı bir videoda işin sübutu protokollarının nə olduğunu daha ətraflı danışacağam. Hər bir əməliyyat bloku əvvəlki əməliyyatlar haqqında da məlumat ehtiva etdiyi üçün əldə etdiyiniz sadəcə bir blok deyil. Nəhayət, əldə etdiyiniz əməliyyat zəncidirdir və siz bunu əməliyyat blok zənciri adlandıra bilərsiniz. İdeya budur ki, bitcoin mədənçisi bütün qeydə alınmamış əməliyyatları etiva edən əməliyyat blok zəncirini və iş sübutunu qura bildikdə bitcoin üçün eyni səviyyəli şəbəkə ilə bütün qovşaqlara paylanacaq. Sonra yeni yayımlanan zəncir bir növ təsdiqlənib düzgün xüsusiyyətlərə cavab verdikdə şəbəkədəki qovşaqlar ondan istifadə etməyə başlayacaq və bu zəncirə yeni əməliyyat blokları əlavə etməyə başlayacaqlar. Onlar hələ işlənməmişləri götürəcək və düzgün iş sübutu olan qovşaq tərəfindən yayımlanan əməliyyat zəncirinə daxil etməyə başlayacaqlar. İndi bitcoin konteksində edəcəyimiz qovşaqların yanlız məzmununu yaratmaq üçün ən böyük iş həcmini əks etdirən əməliyyat bloku zəncirini nəzərdən keçirməkdir. Qeyd etdiyim kimi işin sübutu anlayışı da vardır və bu, əməliyyat blok zəncirinin yaradılmasında nəyin, hansı işin iştirak etdiyini müəyyənləşdirmək üçün istifadə olunur. Ən uzun olan bitcoin sistemində müqəddəs hesab ediləcək. Gələcək mədənçilerin yalnız ən çox iş görən zəncirdə işləməlidirlər. Burada diqqətçəkən odur ki, bütün proses mərkəzləşdirilməmiş. Əməliyyatda iştirak edən heç bir bank və ya mərkəzləşdirilmiş etibarlı qurum yoxdur. Ümid edirəm ki bu ilk video, bitcoin sisteminin yüksək səviyyəli mexanikası haqqında biraz təsəvvür yaratdı. Toxunmadığım bir çox mövzu var, sonrakı videolarda bu təfərrüatları əhatə etməklə başlayacam. Əminəm ki, sizin bir çox sualınız var, gələcək videolar bu sualların bəzilərinin cavablandırılmasına kömək edəcəkdir.