Səslənmə: Bitcoin son vaxtlar
çox diqqət toplayan
yeni virtual valyuta sistemidir.
Düşünürəm ki, bitcoinin
dərinliklərinə enib
necə işlədiyi haqqında
ətraflı məlumat verəcək videolar çəkim.
Bu videoda isə əsas məqsədim
bu mexanizmi yüksək səviyyədə
təsvir etməkdir.
Sonraki videolarda isə məqsədim
bu videoda danışdıqlarım barədə
bir az daha ətraflı məlumat verməkdir.
Bu videoların sonunda
siz sadəcə bitcoinin nə olduğunu deyil,
həmçinin əməliyyatların başlama
mexanizmini də anlayacaqsınız.
Bu əməliyyatlar üçün doğrulamanın necə baş
verdiyini görəcək və birinin
həqiqətən "bitcoin mədənçiliyi"
kimi tanınan
bir prosesdə iştirak etməsinin
nə demək olduğunu öyrənəcəksiniz.
Əgər bitcoin ilə
maraqlanmısınızsa,
bu termin haqqında eşitmiş ola bilərsiniz.
Onu da qeyd edim ki,
bu, bitcoin sxemi ilə də əlaqəlidir.
Bütün müvafiq detalları əhatə
etmək üçün bir az vaxt lazımdır.
Məncə, bitcoin kimi bir sxemi
anlamağın ən yaxşı yolu
bütün uyğun
detalları araşdırmaqdır.
Şübhəsiz, sizin çoxlu suallarınız
olacaq, amma
məqsədim odur ki,
bu videoların sonunda
sizin suallarınız
uyğun şəkildə
cavablandırılsın.
Bu biraz zaman ala bilər,
çünki mən bunları məntiqi şəkildə
izah etməyə çalışacam.
Sxemi kifayət qədər izah edənə qədər
bəzi detalları kənarda buraxacam,
daha sonra isə bu detalları əlavə edəcəm.
Çoxlu xırda məqamlara
ilişib qalmamaq üçün
mən izah etdikcə
ümumi sistem haqqında
bir fikir əldə edəcəksiniz.
Başlayaq.
Əvvəla, qeyd edim ki,
bitcoin mərkəzləşdirilməmiş
valyuta sistemi kimi tanınır,
çünki onun yaradılması və ya əməliyyatı ilə
məşğul olan bank və ya qurum yoxdur.
Əslində, bitcoin məzmununda baş verən
bütün əməliyyatlar üçün
eyni səviyyəli şəbəkə
kimi tanınan
protokolun tətbiqi və istifadəsi, həmçinin
müxtəlif aspektlər ilə kollektiv
şəkildə uzlaşan fərdi hostlar şəbəkəsi
istifadə olunur.
Bitcoin bəzən kriptovalyuta
olaraq da adlandırılır,
kriptovalyuta
deyərkən bitcoin əməliyyatlarının
baş verməsini
asanlaşdırmaq və ya
reallaşdırmaq üçün bəzi
kriptoqrafik üsullardan istifadə etməyi
nəzərdə tuturam.
Bu üsullardan bəziləri
ilə bağlı video çəkəcəm,
lakin onun mərkəzləşdirilməmiş olduğunu
və kriptovalyutanın bir növü
olduğunu nəzərə alın.
Onu da qeyd edim ki, "bitcoin"
ifadəsinin özü bir az çaşdırıcı ola bilər
və bir çox cəhətdən,
bitcoin
əməliyyatları ənənəvi
sikkə əməliyyatlarına
bənzəmir, çünki onlar bir növ
qlobal kitabda qeydləri təmsil edirlər.
Düşünək ki,
bir əməliyyat baş verir
və bu iki şəxs
arasında olur.
Onları təsvir etmək üçün
Aysel və Əli
olaraq
adlandıraq.
Təsəvvür edin ki,
Aysel sahib olduğu
müəyyən qədər bitcoini
Əliyə köçürmək istəyir.
Bu əməliyyatı bir növ
mühasibat
kitabçasına qeyd kimi düşünə bilərsiniz.
Davam etməzdən əvvəl qeyd edim ki,
Aysel və Əli kimi sözlərdən
istifadə etsəm də, bitcoin kontekstində
nəzərdə tutduğum fiziki
mənada həqiqi şəxslər deyil,
sadəcə olaraq bitcoin sistemində
eyniliklərdir.
Bu eyniliklər
real tətbiqetmədə
Aysel və Əli ilə
əlaqəsi olmayan
rəqəmlər toplusudur.
Burada bitcoini istənilən
şəkildə düşünə bilərsiniz, çünki o
həqiqi adlardan çox
təxəllüsdür.
İdeya budur ki, bitcoin
daha çox təxəllüslü bir protokol halına gəlir,
burada insanlara təxəllüsləri ilə
müraciət edilir
və bitcoin sistemindən istifadə
edərək əməliyyat keçirmək
istəyən istifadəçiləri məxfilik
ilə təmin edir.
İndi Aysel və Əli arasındakı
bir əməliyyatda
Ayselin əsas edəcəyi
bir neçə fərqli rəqəm göstərməkdir.
O Əliyə nə qədər bitcoin ayrılacağını
təyin etməlidir.
Deyək ki, Aysel özünün
50 bitcoini ilə başladı.
Tutaq ki, Aysel bitcoinlərdən
30- nu Əliyə vermək,
bir neçə bitcoinin isə özünə
qaytarılmasını istəyir.
Beləliklə, Aysel
nə qədər dəyişiklik alacağını
müəyyənləşdirməlidir.
Fərz edək ki,
onun dəyişməsi özü üçün 18 bitcoin olacaq,
geri qalan 2 bitcoin isə
əməliyyat haqqı olacaq.
Əməliyyat haqqının nə
demək olduğunu
bir az sonra danışacağıq.
Gələcək videolarda da bunu ətraflı
aydınlaşdırmağı düşünürəm,
ancaq bu, Ayselin Əliyə
bu əməliyyatların bəzi təfərrüatlarını
təsdiqləməsinə kömək etməyə
bitcoin şəbəkəsindəki
digər qovşaqlar üçün bir stimuldur.
Aysel bu əməliyyat
məlumatlarını götürəcək
və rəqəmsal imza kimi
tanınanları bu əməliyyat
detallarına tətbiq edəcək.
Rəqəmsal imza əsasən
ənənəvi imzanın riyazi analoqudur.
Bu, Ayseli bu əməliyyatın
təfərrüatları ilə əlaqələndirir.
Aysel şəxsi dedikdə mən
onun bitcoin sistemindəki şəxsiyyətini
nəzərdə tuturam və
bu əlaqələndirmə kriptoqrafik cəhətdən
güclü bir şəkildə həyata keçirilir.
Bu əməliyyatın detalları
baş verdikdən sonra
təqdim olunacaq,
ona görə də Aysel əməliyyatın detallarını götürəcək
və bitcoin qovşaqlarını təmsil edən
eyni səviyyəli şəbəkədə bütün
qovşaqlara effektiv şəkildə paylayacaq.
Əli isə məlumatları
eyni səviyyəli şəbəkə
vasitəsilə alır.
Əli,yəqin ki, əməliyyatın
bir hissəsini yoxlayacaq.
Əli rəqəmlərin düzgün olduğunu
yoxlaya bilər.
Məsələn, deyək ki, Ayselin 50 bitcoin
ilə başladığını
və ona 50-dən çox bitcoin
köçürüldüyünü yoxlaya bilər.
O, iddaların bəzilərinin doğru
olduğuna dair
riyazi bir zəmanət alacaq.
Yəni Ayselin sahib olduğunu dediyi
bitcoinlərə sahib olduğuna,
bu bitcoinləri
ona vermək istəməsi ilə
kriptoqrafiya ilə əlaqədər riyazi
əminlik qazanacaq.
Lakin o, Ayselin bu bitcoinləri
başqa birinə köçürməyə
çalışıb-çalışmamasını
hələ də bilmiyəcək.
Ayselin sikkələri
iki dəfə xərcləməyə
çalışması rəqəmsal nəğd pul
və elektron valyuta
sistemləri kontekstində
ikiqat xərcləmə
olaraq bilinir.
Virtual valyutalara sahib
olduğunuz zaman diqqətli
olmalısınız, çünki kiminə əməliyyatı
təmsil edən rəqəmləri kopyalıyıb
başqa yerdə istifadə etməsi çox asandır.
İkiqat xərcləmə riskini
idarə etməyimiz və azaltmağımız yolu
bitcoin mədənciləri kimi tanınan
eyni səviyyəli şəbəkədə müəyyən
qovşaqlar dəstindən istifadə etməkdir.
Siz bitcoin mədənciləri haqqında
eşitmiş ola bilərsiniz,
onlar eyni səviyyəli
şəbəkə daxilindəki
spesifik şəxslərdir.
Onların işi əsasən əməliyyatları götürmək,
əməliyyatları götürmək,
dinləmək
və xatırlamaqdır.
Sadəcə Aysel və Əlinin deyil,
baş verən digər əməliyyatları da
onlar götürəcək və sonda
və sonda
əməliyyat blokuna
yığacaqlar.
Yəni bu, əvvəllər qeyd olunmamış
əməliyyatların qeydidir.
Əgər tək bir əməliyyatı mühasibat
kitabçası kimi düşünsəniz,
əməliyyat blokunu kitabın
bütün səhifələrini təmsil edən
blok kimi düşünə bilərsiniz.
Bitcoin mədənciləri də bu
bloka aid olacaqlar,
qeydə alınmamış əməliyyatlara
əlavə olaraq, bu işləri yerinə yetirmək
üçün göstərdikləri səylərə görə
özlərini mükafatlandırmaq üçün
yanlız özləri üçün
nəzərdə tutulmuş xüsusi əməliyyatları da
daxil edəcəklər.
Artıq bir əməliyyat bloku əvvəlki
əməliyyat
blokunun kodlaşdırmasını da
əhatə edəcəkdir,
müəyyən qədər davamlılıq olacaq
və sonra bitcoin mədənciləri
bu əməliyyatlarla
əlaqəli xüsusi hazırlanmış bir
sıra ardıcıllıq daxil edəcəklər.
Bu rəqəmlər ardıcıllığı işin sübutu
kimi tanınır.
Çünki bu yaratmaq
olduqca çətindir,
çox səy tələb edir və bu,
bitcoin mədənçiliyi ilə məşğul olan hərkəsin
onu əldə etməsini çətinləşdirir.
Amma bu, onların əlavə
ödəniş mükafatını almaq müqabilində,
həmçinin Ayselin onlara söz verəcəyi
əməliyyat haqqı
müqabilində
müəyyən hesablama səyi
göstərmələrini tələb edir.
Ayrı bir videoda işin sübutu
protokollarının nə olduğunu
daha ətraflı danışacağam.
Hər bir əməliyyat bloku
əvvəlki əməliyyatlar
haqqında da məlumat ehtiva etdiyi üçün
əldə etdiyiniz
sadəcə bir blok deyil.
Nəhayət, əldə etdiyiniz əməliyyat
zəncidirdir və
siz bunu əməliyyat blok zənciri adlandıra bilərsiniz.
İdeya budur ki, bitcoin mədənçisi
bütün qeydə alınmamış
əməliyyatları
etiva edən əməliyyat blok zəncirini və
iş sübutunu qura bildikdə
bitcoin üçün eyni səviyyəli
şəbəkə ilə bütün qovşaqlara
paylanacaq.
Sonra yeni yayımlanan zəncir
bir növ təsdiqlənib düzgün
xüsusiyyətlərə cavab verdikdə
şəbəkədəki qovşaqlar ondan
istifadə etməyə başlayacaq
və bu zəncirə yeni
əməliyyat blokları
əlavə etməyə başlayacaqlar.
Onlar hələ işlənməmişləri
götürəcək və
düzgün iş sübutu olan
qovşaq tərəfindən yayımlanan
əməliyyat zəncirinə daxil
etməyə başlayacaqlar.
İndi bitcoin konteksində edəcəyimiz
qovşaqların yanlız məzmununu yaratmaq üçün
ən böyük iş həcmini
əks etdirən
əməliyyat bloku
zəncirini nəzərdən keçirməkdir.
Qeyd etdiyim kimi işin sübutu anlayışı
da vardır və bu,
əməliyyat blok zəncirinin yaradılmasında
nəyin, hansı işin
iştirak etdiyini müəyyənləşdirmək üçün
istifadə olunur.
Ən uzun olan bitcoin sistemində
müqəddəs hesab ediləcək.
Gələcək mədənçilerin yalnız ən
çox iş görən zəncirdə
işləməlidirlər.
Burada diqqətçəkən odur ki, bütün
proses mərkəzləşdirilməmiş.
Əməliyyatda iştirak edən heç bir
bank və ya
mərkəzləşdirilmiş etibarlı qurum yoxdur.
Ümid edirəm ki bu ilk video, bitcoin
sisteminin yüksək səviyyəli mexanikası
haqqında biraz təsəvvür yaratdı.
Toxunmadığım bir çox mövzu var,
sonrakı videolarda bu təfərrüatları
əhatə etməklə başlayacam.
Əminəm ki, sizin bir çox
sualınız var,
gələcək videolar bu sualların
bəzilərinin cavablandırılmasına kömək edəcəkdir.