Aşağıdakı iki kəsri
ən kiçik ortaq məxrəclə yazın.
Bu iki kəsrin ən kiçik ortaq məxrəci
sadəcə bu iki məxrəcin ən kiçik ortaq
bölünəni olacaq.
Ortaq məxrəci
tapmaqla
bu iki kəsri toplaya bilərik.
Bunu növbəti
videolarda öyrənəcəyik.
İndi isə gəlin bu iki məxrəcin
ən kiçik ortaq
bölünənini, yəni ƏKOB-unu tapaq.
Ən kiçik
ortaq məxrəc
bu iki
məxrəcin ƏKOB-u olacaq.
6 və 8-in ƏKOB-u.
ƏKOB-u
tapmaq üçün 6 və 8-in bölünənlərini yazıb,
sonra ən kiçik ortaq
bölünəni seçə bilərik.
Gəlin ilk öncə bu yolla edək.
6-nın bölünənləri 6, 12, 18, 24, 30-dur.
6-nın bu bölünənlərindən heç biri
8-in bölünlərindən biri ilə ortaq
olmasa davam edərik.
İndi isə gəlin 8-in bölünənlərini yazaq.
8, 16, 24
Vəssalam, tapdıq.
Davam edə bilərdik, 32
və sayirə, və sayirə.
Lakin, artıq ən kiçik ortaq
bölünəni tapdıq.
6 və 8-in başqa ortaq bölünənləri də var,
məsələn 48, 72.
Lakin, bizə ən kiçik ortaq
bölünən
lazim idi.
O da 24-dür.
ƏKOB-u başqa yolla, bu ədədlərin
sadə bölənlərini
yazmaqla tapa bilərik.
6-nın sadə bölənləri 2 və 3-dür.
Deməli, hər hansısa ədədin 6-ya bölünməsi
üçün sadə bölənlərinin
ən azı 1-i 2,
1-i də 3 olmalıdır.
İndi gəlin 8-in sadə bölənlərini yazaq.
8 2 vur 4-dür, 4 də 2 vur 2-dir.
Deməli, hər hansısa ədədin 8-ə
bölünməsi üçün sadə bölənlərindən
ən azı 3-ü 2 olmalıdır.
Ədədin 6-ya bölünməsi üçün
sadə bölənlərində 2 və 3 olmalıdır.
8-ə bölünməsi üçün isə sadə bölənlərində
ən azı 3
iki
olmalıdır.
Burada 1 iki var.
Gəlin əlavə 2 iki də əlavə edək.
Bu hissəyə görə bu sadə
bölənlərə sahib ədəd 8-ə bölünür,
bu hissəyə görə isə 6-ya.
2 vur 2 vur 2 vur 3 də 24 edir.
Deməli, 8 və 6-nın və bu iki
məxrəcin ən kiçik ortaq bölünəni
24-dür.
İndi isə bu iki kəsrin hər birinin
məxrəcini 24-ə gətirməliyik.
Gəlin 2/8 ilə başlayaq.
Bunu 24-də nəsə kimi yazmalıyıq.
Məxrəci 24-ə bərabər etmək üçün
bu kəsri 3-ə vurmalıyıq.
8 vur 3 24 edir.
Kəsrin qiymətini
eyni saxlamaq istəyiriksə,
surət və məxrəcin hər birini
eyni ədədə vurmalıyıq.
Odur ki, gəlin surəti də 3-ə vuraq.
2 vur 3 6 edir.
2/8 bərabərdir 6/24.
Daha yaxşı başa düşməyiniz
üçün belə edək. Əgər 2/8-ni
3/3-ə vursaq 6/24 edir.
Bu kəsrlə bu kəsr eynidir, çünki 3/3
1-ə
bərabərdir.
2/8 bərabərdir 6/24. Gəlin indi 5/6-i
24 məxrəcinə gətirək.
5/6 bərabərdir 24-də nəsə.
Qoy bunu fərqli rənglə
yazım.
24-də nəsə.
Məxrəci 6-dan 24-ə yüksəltmək üçün
4-ə vurmalıyıq.
Əgər kəsrin qiymətini dəyişmək istəmiriksə
surət və məxrəcin hər birini eyni
ədədə vurmalıyıq.
Odur ki, gəlin surəti də 4-ə vuraq.
5 vur 4 20 edir.
Deməli, 5/6 bərabərdir 20/24.
Vəssalam.
2/8-ni 6/24, 5/6-i isə 20/24 kimi yazdıq.
İndi əgər bu kəsrləri toplamaq istəsəniz,
sadəcə 6/24-nın üzərinə
20/24 gələ bilərsiniz.
Lakin, bunu indi yazmırıq, çünki
bizdən bu istənilmir.