Təsəvvür edin ki,
bu insan yerdə uzanıb.
Gəlin, onun burnundan
və ağzından
havanın ağciyərlərə
necə
daxil
olduğu haqda düşünək.
Xüsusilə də,
alveolyar kisələrə nə qədər
oksigen çatdığına
diqqət edək.
Ağciyərlərin dərinliyinə getdikcə
tənəffüs bronxiolu adlandırılan
bu şaxələri
görəcəyik.
Amma onların da
ucunda,təbii ki,
alveolyar kisələr var.
Ən uclarda
nə qədər oksigen
olduğu maraqlıdır.
Alveolyar kisə
şəkildə
qəribə görünə bilər amma
o, bir qədər üçyarpaqlı
yoncaya bənzəyir.
Deməli, sual budur ki,
x-in olduğu yerdə
nə qədər oksigen var?
Bunu necə anlaya bilərik?
İlk öncə, bu şəxsin
nəfəs aldığı
hava haqda düşünək.
O, atmosferdəki
hava ilə nəfəs alır.
Bu, atmosfer
təzyiqli havadır.
Qısaca ATM deyirik.
Dəniz səviyyəsində
atmosfer təyziqinin 760
millimetr civə sütunu olduğunu bilirik.
Təzyiq daha yüksək hündürlükdə
daha aşağı olacaqdır.
Dağın zirvəsindəki
havanın təzyiqi
təbii ki, daha az olacaq.
Bu təzyiq ətrafda
sıçrayan müxtəlif
molekullardan yaranır.
Onlardan bəziləri oksigen
molekullarıdır.
Deyək ki, təqribən 21%-i
oksigendir.
Əvvəlcə FiO2-dən
danışaq.
Hər halda hardasa rastınıza çıxmışdır.
FiO2, tənəffüsün
21% və ya
0,21 hissəsini
ifadə edir.
Bu, nəfəs aldığımız
havadakı
oksigenin fraksiyasını
bildirir.
Deməli,oksigenin fraksiyası 21% oldu
və bu,
azot səviyəsindən xeyli aşağıdır.
Azot hissəsini belə çəkdikdə
bunu daha
aydın görə bilərik.
Bənövşəyinin hamısı azotdur.
Bu, nəfəs aldığımız havanın təqribən
78%-dir.
Son olaraq
çox kiçik,
yaşıl xətt ilə
bir hissə çəkirəm.
Bunun əksəriyyəti arqondur.
Arqon
yunanca
"tənbəl" mənasındadır.
Arqonun
əslində
çox bir
əhəmiyyəti yoxdur.
Bədənimizdə heçnə ilə
reaksiyaya girmir.
Təbii ki,başqa qazlar da var.
Onlar 1%-dən azdır.
Buna məsələn, karbon dioksid aid
ola bilər.
Bu şəxsin nəfəs
aldığı
havadakı qazlar bunlardır.
Deməli, indi o, nəfəs alır.
Onun nə qədər
oksigen aldığını
tapmaq üçün bir az
hesablama
aparmalıyıq.
Belə ki, oksigenin parsial
təzyiqi yəni, PO2
0,21 ilə 760 millimetr civə sütununun
hasilinə bərabərdir.
Hasili isə
160 millimetr civə sütunu olacaq.
İndi, oksigen
ağciyərlərə qədər gedir,
traxeyadan keçərək
bütün
kiçik bronxiollara və sonra alveolyar
kisələrə çatır.
Hava bu istiqamətdə
gedərkən,
maraqlı bir şey olur.
Buradakı bədən
temperaturu 37 dərəcə selsidir.
Yəni, bu, normal
bədən temperaturudur.
Hava alveollara
çatmadan öncə
bronxiollardan və
traxeyadan keçir.
Tənəffüs yolu isə
çox nəm olur.
Şəkildə göstərdiyim yerlər
nəm olan hissələrdir.
37 dərəcə olduqca
isti
olduğundan,
nəm,
maye haldan
qaz halına
keçməyə başlayacaq.
Bu zaman nöqtə
şəklində
çəkdiyim bu kiçik
su molekulları
yaranacaq.
Həmin bu
molekullar
havaya qarışır
və
nəfəs alan zaman
ağciyərlərə
keçir.
Nəticə olaraq deyirik ki,
suyun
buxar təzyiqi
var.
Buxar təzyiqi
temperaturdan
asılı olaraq dəyişir.
Amma buxar təzyiqi
37 dərəcədə
47 millimetr civə
sütunu olur.
Temperatur 37
dərəcə olanda, su
molekullarının bir
qismi mayeni
tərk edərək, qaz
halına keçir.
Çıxan bu
su
molekulları
47 millimetr civə
sütunu olan
təzyiq yaradır.
Bu standart rəqəmdir.
Bunu cədvələ baxaraq müəyyən edirik.
Bədənin çox
isti
olduğunu,
hətta bədənin özünün
qaynayan su olduğunu
düşünək.
İstiliyimiz 100
dərəcə selsi olur.
Qaynadığı üçün buxar
təzyiqi çox
yüksək olur və
bu, 760 olacaq.Deməli,yadınızda
saxlayın ki,su qaynayanda 760 millimetr
civə sütunu olur.
Qaynar suyun buxar təzyiqi
yəni,
760 sizə nəyi
xatırladır?
Təbii ki, atmosfer təzyiqini xatırladır.
Olduqca maraqlıdır,hə?
Su qaynayanda
buxar təzyiqi
atmosfer təzyiqinə bərabər olur.
Deməli, qaynayan suda tam
olaraq bu baş verir.
Nəysə,bununla fikrimizi
yayındırmayaq.
Bədəndə və ya
ağciyərlərdə onsuz da su qaynatmırıq.
Bu suya nisbətən daha
soyuğuq amma 37
dərəcə kifayət qədər
istidir.
Deməli, nəfəs aldığımız havada
qaz halına keçmiş
kiçik su molekulları var.
Havanın ümumi
təzyiqi
760 olmalıdır.
Belə ki, ağciyərin ortalama
təzyiqi atmosfer
təzyiqi ilə
eyni olacaq.
Amma indi bunun 47 millimetr civə sütununu
su təşkil edir.
Su 47 olduğu üçün
digər kiçik qaz
molekullarının təzyiqləri cəmi 713
millimetr civə sütunu olacaq.
Digər qazlar hansılar idi?
Bu da əvvəlki ilə
eynidir.
Bunu mümkün qədər
ən yaxşı şəkildə
çəkməyə çalışacam.
Deməli,
bu hissə oksigenə aid olacaq.
Bu 713-ün 21% təşkil edir.
Hələ də, çox miqdarda
azot qazımız var.
Bu hissə əvvəl çəkdiyimiz
kimi olacaq.
Bunun nəfəs alınan
hava olduğunu unutmayın.
Bu,nəfəs verdiyimiz
hava deyil.
Ancaq nəfəs alınan
havadan danışırıq.
Deməli, bənövşəyi
hissə 78% oldu.
Yenə, bu da 713-ün
78%-dir.
Amma hələ də, biraz arqon
və
digər
qazlar da
mövcuddur.
Buxar təzyiqi ümumi təzyiqin
bir qismini
təşkil etdiyi üçün, digər bütün
qazların
parsial təzyiqi
aşağı olacaq.
Bəs alveolyar kisəyə daxil olan
havanın
parsial təzyiqi nədir?
FiO2 21%
olacaq.
Bunu qeyd edək.
Bizdə həm də
atmosfer təzyiqi də var.
Buradakı atmosfer
təzyiqinin
760 olduğunu demişdik.
Qarışıqlıq yaranmasın deyə oxlardan
istifadə
edirəm.
Suyun parsial
təzyiqini
çıxaq.
Çünki artıq burada
bir miqdar su buxarı var.
Ona görə də 47-ni çıxarmalıyıq.
Deməli, bu riyazi
əməli
həll etdikdə
cavabın təqribən
150 millimetr civə sütunu
olduğunu görərik.
Bu, oksigenin bu nöqtədəki parsial
təzyiqidir.
Yenə ox ilə göstərirəm ki,
qarışıqlıq
olmasın.Narıncı x-dən bəhs etmirəm.
Artıq
oksigenin
parsial təzyiqinin bir qədər
aşağı olduğu nəticəsinə
gəldik. Çünki, burada
əlavə olaraq suyun
parsial təzyiqi də oldu.
Növbəti videoda bu
haqda ətraflı danışacağıq.