Təsəvvür edin ki, bu insan yerdə uzanıb. Gəlin, onun burnundan və ağzından havanın ağciyərlərə necə daxil olduğu haqda düşünək. Xüsusilə də, alveol kisələrinə nə qədər oksigen çatdığına diqqət edək. Ağciyərlərin dərinliyinə getdikcə tənəffüs bronxialı adlandırılan bu şaxələri görəcəyik. Amma onların da ucunda,təbii ki, alveol kisələri var. Ən uclarda nə qədər oksigen olduğu maraqlıdır. Alveol kisəsi şəkildə qəribə görünə bilər amma o, bir qədər üçyarpaqlı yoncaya bənzəyir. Deməli, sual budur ki, x-in olduğu yerdə nə qədər oksigen var? Bunu necə anlaya bilərik? İlk öncə, bu şəxsin nəfəs aldığı hava haqda düşünək. O, atmosferdəki hava ilə nəfəs alır. Bu, atmosfer təzyiqli havadır. Qısaca ATM deyirik. Dəniz səviyyəsində atmosfer təyziqinin 760 millimetr civə sütunu olduğunu bilirik. Təzyiq daha yüksək hündürlükdə daha aşağı olacaqdır. Dağın zirvəsindəki havanın təzyiqi təbii ki, daha az olacaq. Bu təzyiq ətrafda sıçrayan müxtəlif molekullardan yaranır. Onlardan bəziləri oksigen molekullarıdır. Deyək ki, təqribən 21%-i oksigendir. Əvvəlcə FiO2-dən danışaq. Hər halda hardasa rastınıza çıxmışdır. FiO2, tənəffüsün 21% və ya 0,21 hissəsini ifadə edir. Bu, nəfəs aldığımız havadakı oksigenin fraksiyasını bildirir. Deməli,oksigenin fraksiyası 21% oldu və bu, azot səviyəsindən xeyli aşağıdır. Azot hissəsini belə çəkdikdə bunu daha aydın görə bilərik. Bənövşəyinin hamısı azotdur. Bu, nəfəs aldığımız havanın təqribən 78%-dir. Son olaraq çox kiçik, yaşıl xətt ilə bir hissə çəkirəm. Bunun əksəriyyəti arqondur. Arqon yunanca "tənbəl" mənasındadır. Arqonun əslində çox bir əhəmiyyəti yoxdur. Bədənimizdə heçnə ilə reaksiyaya girmir. Təbii ki,başqa qazlar da var. Onlar 1%-dən azdır. Buna məsələn, karbon dioksid aid ola bilər. Bu şəxsin nəfəs aldığı havadakı qazlar bunlardır. Deməli, indi o, nəfəs alır. Onun nə qədər oksigen aldığını tapmaq üçün bir az hesablama aparmalıyıq. Belə ki, oksigenin parsial təzyiqi yəni, PaO2 0,21 ilə 760 millimetr civə sütununun hasilinə bərabərdir. Hasili isə 160 millimetr civə sütunu olacaq. İndi, oksigen ağciyərlərə qədər gedir, traxeyadan keçərək bütün kiçik bronxiollara və sonra alveol kisələrinə çatır. Hava bu istiqamətdə gedərkən, maraqlı bir şey olur. Buradakı bədən temperaturu 37 dərəcə selsidir. Yəni, bu, normal bədən temperaturudur. Hava alveollara çatmadan öncə bronxiollardan və traxeyadan keçir. Tənəffüs yolu isə çox nəm olur. Şəkildə göstərdiyim yerlər nəm olan hissələrdir. 37 dərəcə olduqca isti olduğundan, nəm, maye haldan qaz halına keçməyə başlayacaq. Bu zaman nöqtə şəklində çəkdiyim bu kiçik su molekulları yaranacaq. Həmin bu molekullar havaya qarışır və nəfəs alan zaman ağciyərlərə keçir. Nəticə olaraq deyirik ki, suyun buxar təzyiqi var. Buxar təzyiqi temperaturdan asılı olaraq dəyişir. Amma buxar təzyiqi 37 dərəcədə 47 millimetr civə sütunu olur. Temperatur 37 dərəcə olanda, su molekullarının bir qismi mayeni tərk edərək, qaz halına keçir. Çıxan bu su molekulları 47 millimetr civə sütunu olan təzyiq yaradır. Bu standart rəqəmdir. Bunu cədvələ baxaraq müəyyən edirik. Bədənin çox isti olduğunu, hətta bədənin özünün qaynayan su olduğunu düşünək. İstiliyimiz 100 dərəcə selsi olur. Qaynadığı üçün buxar təzyiqi çox yüksək olur və bu, 760 olacaq.Deməli,yadınızda saxlayın ki,su qaynayanda 760 millimetr civə sütunu olur. Qaynar suyun buxar təzyiqi yəni, 760 sizə nəyi xatırladır? Təbii ki, atmosfer təzyiqini xatırladır. Olduqca maraqlıdır,hə? Su qaynayanda buxar təzyiqi atmosfer təzyiqinə bərabər olur. Deməli, qaynayan suda tam olaraq bu baş verir. Nəysə,bununla fikrimizi yayındırmayaq. Bədəndə və ya ağciyərlərdə onsuz da su qaynatmırıq. Bu suya nisbətən daha soyuğuq amma 37 dərəcə kifayət qədər istidir. Deməli, nəfəs aldığımız havada qaz halına keçmiş kiçik su molekulları var. Havanın ümumi təzyiqi 760 olmalıdır. Belə ki, ağciyərin ortalama təzyiqi atmosfer təzyiqi ilə eyni olacaq. Amma indi bunun 47 millimetr civə sütununu su təşkil edir. Su 47 olduğu üçün digər kiçik qaz molekullarının təzyiqləri cəmi 713 millimetr civə sütunu olacaq. Digər qazlar hansılar idi? Bu da əvvəlki ilə eynidir. Bunu mümkün qədər ən yaxşı şəkildə çəkməyə çalışacam. Deməli, bu hissə oksigenə aid olacaq. Bu 713-ün 21% təşkil edir. Hələ də, çox miqdarda azot qazımız var. Bu hissə əvvəl çəkdiyimiz kimi olacaq. Bunun nəfəs alınan hava olduğunu unutmayın. Bu,nəfəs verdiyimiz hava deyil. Ancaq nəfəs alınan havadan danışırıq. Deməli, bənövşəyi hissə 78% oldu. Yenə, bu da 713-ün 78%-dir. Amma hələ də, biraz arqon və digər qazlar da mövcuddur. Buxar təzyiqi ümumi təzyiqin bir qismini təşkil etdiyi üçün, digər bütün qazların parsial təyziqi aşağı olacaq. Bəs alveol kisəsinə daxil olan havanın parsial təzyiqi nədir? FiO2 21% olacaq. Qeyd edirəm. Bizdə həm də atmosfer təzyiqi də var. Buradakı atmosfer təzyiqinin 760 olduğunu demişdik. Qarışıqlıq yaranmasın deyə oxlardan istifadə edirəm. Suyun parsial təzyiqini çıxaq. Çünki artıq burada bir miqdar su buxarı var. Ona görə də 47-ni çıxarmalıyıq. Deməli, bu riyazi əməli həll etdikdə cavabın təqribən 150 millimetr civə sütunu olduğunu görərik. Bu, oksigenin bu nöqtədəki parsial təzyiqidir. Yenə ox ilə göstərirəm ki, qarışıqlıq olmasın.Narıncı x-dən bəhs etmirəm. Artıq oksigenin parsial təzyiqinin bir qədər aşağı olduğu nəticəsinə gəldik. Çünki, burada əlavə olaraq suyun parsial təzyiqi də oldu. Növbəti videoda bu haqda ətraflı danışacağıq.