Təsəvvür edin ki,
bu insan yerdə uzanıb.
Gəlin, onun burnundan
və ağzından
havanın ağciyərlərə
necə
daxil
olduğunu düşünək.
Xüsusilə də,
alveol kisələrinə nə qədər
oksigen getdiyinə
diqqət edək.
Ağciyərlərin dərinliklərində
bronxiallar adlandırdığımız hava
keçirən şaxələr
mövcuddur.
Amma onların
sonunda
alveol kisələri var.
Ən ucunda gəlin,
nə qədər oksigen
olduğu maraqlıdır.
Alveol kisəsi şəkildə
qəribə görünə bilər amma
o, bir qədər üçyarpaqlı yoncaya bənzəyir.
Deməli, sual budur ki,
x-in olduğu yerdə
nə qədər oksigen var?
Bəs bunu necə anlayırıq?
İlk öncə, bu şəxsin
nəfəs aldığı
hava haqda düşünəlim.
O, atmosferdəki
hava ilə nəfəs alır.
Bu, atmosfer təzyiqli havadır.
Qısaca ATM deyirik.
Dəniz səviyyəsində
atmosfer təyziqinin 760
millimetr civə sütunu olduğunu bilirik.
Təzyiq daha yüksək hündürlükdə
daha aşağı olacaqdır.
Dağın zirvəsindəki
havanın təzyiqi
təbii ki, daha az olacaq.
Bu təzyiq ətrafda
sıçrayan müxtəlif
molekullardan yaranır.
Bəziləri oksigen
molekullarıdır.
Deyək ki, təqribən 21%-i
oksigendir.
Əvvəlcə FİO2-dən
danışaq.
Hər halda hardasa rastınıza çıxmışdır.
FiO2, tənəffüsün
21% və ya
0,21 hissəsini
ifadə edir.
Bu, nəfəs aldığın
havadakı
oksigenin fraksiyasını
bildirir.
Deməli, fraksiyası 21% oldu
və bu,
azot səviyəsindən xeyli aşağıdır.
Azot hissəsini belə çəkdikdə,
bunu daha
aydın görə bilərik.
Bənövşəyinin hamısı azotdur.
Bu, nəfəs aldığımız havanın təqribən
78%-dir.
Son olaraq
çox kiçik,
yaşıl xətt ilə
bir hissə çəkirəm.
Bu, əsasən arqondur.
Arqon
yunanca
"tənbəl" mənasındadır.
Arqonun
əslində
çox bir
əhəmiyyəti yoxdur.
Bədənimizdə heçnə ilə
reaksiyaya girməyəcək.
Təbii ki,başqa qazlar da var.
Onlar 1%-dən azdır.
Buna məsələn, karbon dioksid aid
ola bilər.
Bu, bu
şəxsin nəfəs
aldığı havadakı qazlardır.
Deməli, indi o, nəfəs alır.
İndi, onun nə qədər
oksigen aldığını
tapmaq üçün bir az
hesablama
aparmalıyıq.
Deməli, oksigenin parsial
təzyiqi yəni, PO2
0,21 ilə 760 millimetr civə sütununun
hasilinə bərabərdir.
Hasili isə
160 millimetr civə sütunu olacaq.
İndi, oksigen
ağciyərlərə enir,
traxeyadan keçərək
onun bütün
kiçik bronxlarına və sonra alveol
kisələrinə enir.
Hava bu istiqamətdə
gedərkən,
maraqlı bir şey olur.
Buradakı bədən
temperaturu 37 dərəcə selsidir.
Yəni, bu, normal
bədən temperaturudur.
Hava alveollara
çatmadan öncə
broxlardan və
traxeyadan keçir.
Bu proses zamanı
tənəffüs yolu çox nəm olur
Şəkildə göstərdiyim yerlər
nəm olan hissələrdir.
37 dərəcə olduqca
isti
olduğundan,
nəm,
maye fazadan
qaz fazasına
keçməyə başlayacaq.
Bu zaman nöqtə
şəklində
çəkdiyim bu kiçik
su molekulları
yaranacaq.
Həmin bu
molekullar
havaya qarışır
və
nəfəs alan zaman
ağciyərlərə
keçir.
Nəticə olaraq su,
doymuş buxar
halına
keçir.
Doymuş buxar
temperaturdan
asılı olaraq dəyişir.
Amma doymuş buxar
37 dərəcədə
47 millimetr civə
sütünu olur.
Temperatur 37
dərəcə olanda, su
molekullarının bir
qismi mayeni
tərk edərək, qaz
fazasına keçir.
Çıxan bu
su
molekulları
47 millimetr civə
sütunu olan
təzyiq yaradır.
Bu standart rəqəmdir.
Bunu cədvələ baxaraq müəyyən edirik.
Bədənin çox
isti
olduğunu,
hətta qaynayan
suyun içində olduğunu
düşünəlim.
İstiliyimiz 100
dərəcə selsi olur.
Qaynadığı üçün buxar
təzyiqi çox
yüksək olur və
bu, 760 olacaq.Deməli,
yadda saxlayın ki,su qaynayanda 760 millimetr
millimetr civə sütunu olur.
Qaynar suyun buxar təzyiqi
yəni,
760 sizə nəyi
xatırladır?
Təbii ki, atmosfer təzyiqini xatırladır.
Olduqca maraqlıdır,hə?
Su qaynayanda
buxar təzyqi
atmosfer təzyiqinə bərabər olur.
Deməli, qaynayan suda tam
olaraq bu baş verir.
Nəysə,bununla fikrimizi
yayındırmayaq.
Bədəndə və ya
ağciyərlərdə onsuz da su qaynatmırıq.
Suya nisbətən biz
daha soyuğuq.
Amma bu bizi isidir və
bədən 37 dərəcə olur.
Deməli, nəfəs aldığımız havada
qaz fazasına keçmiş
kiçik su molekulları var.
Havanın ümumi
təzyiqi
760 olmalıdır.
Belə ki, ağciyərin ortalama
təzyiqi atmosfer
təzyiqi ilə
eyni olacaq.
Amma bunun 47 millimetr civə sütununu
su təşkil edir.
Su 47 olduğu üçün
digər kiçik qaz
molekullarının təzyiqləri cəmi 713
millimetr civə sütunu olacaq.
Dİgər qazlar hansılar idi?
Bu da əvvəlki ilə
eynidir.
Bunu mümkün qədər
ən yaxşı şəkildə
çəkməyə çalışacam.
Deməli,
bu hiss oksigenə aid olacaq.
Bu 713-ün 21% təşkil edir.
Hələdə, çox miqdarda
azot qazımız var.
Bu hissə əvvəl çəkdiyimiz
kimi olacaq.
Bunun nəfəs alınan
hava olduğunu unutmayın.
Nəfəs verərkən olan
hava deyil.
Sadəcə nəfəs alınan havadan
danışırıq.
Deməli, bənövşəyi
hissə 78% oldu.
Yenə, bu da 713-ün
78%-dir.
Amma hələdə, biraz arqon
və
digər
qazlar
mövcuddur.
Buxar təzyiqi ümumi təyziqin
bir qismini
təşkil etdiyi üçün, digər bütün
qazların
parsial təyziqi
aşağı olacaq.
Bəs alveol kisəsinə daxil olan
havanın
parsial təyziqi nədir?
FiO2 21%
olacaq.
Qeyd edirəm.
Bizdə həm də
atmosfer təzyiqi də var.
Buradakı atmosfer
təzyiqinin
760 olduğunu demişdik.
Qarışıqlıq yaranmasın deyə oxlardan
istifadə
edirəm.
Suyun parsial
təzyiqini
çıxaq.
Çünki artıq burada
bir miqdar su buxarı var.
Ona görə də 47-ni çıxarmalıyıq.
Deməli, bu riyazi
əməli
həll etdikdə
cavabın təqribən
150 millimetr civə sütunu
olduğunu görərik.
Bu, oksigenin bu nöqtədəki parsial
təzyiqidir.
Yenə ox ilə göstərirəm ki,
qarışıqlıq
olmasın.Bu, narıncı x deyil.
İndiyə qədər
oksigenin
parsial təzyiqinin bir qədər
aşağı
olduğu nəticəsinə gəldik.
Çünki, burada əlavə olaraq
suyun parsial təzyiqi də oldu.
Növbəti videoda bu
haqda ətraflı danışacağıq.