Təsəvvür edin ki, bu insan yerdə uzanıb. Gəlin, onun burnundan və ağzından havanın ağciyərlərə necə daxil olduğunu düşünək. Xüsusilə də, alveol kisələrinə nə qədər oksigen getdiyinə diqqət edək. Ağciyərlərin dərinliklərində bronxiallar adlandırdığımız hava keçirən şaxələr mövcuddur. Amma onların sonunda alveol kisələri var. Ən ucunda gəlin, nə qədər oksigen olduğu maraqlıdır. Alveol kisəsi şəkildə qəribə görünə bilər amma o, bir qədər üçyarpaqlı yoncaya bənzəyir. Deməli, sual budur ki, x-in olduğu yerdə nə qədər oksigen var? Bəs bunu necə anlayırıq? İlk öncə, bu şəxsin nəfəs aldığı hava haqda düşünəlim. O, atmosferdəki hava ilə nəfəs alır. Bu, atmosfer təzyiqli havadır. Qısaca ATM deyirik. Dəniz səviyyəsində atmosfer təyziqinin 760 millimetr civə sütunu olduğunu bilirik. Təzyiq daha yüksək hündürlükdə daha aşağı olacaqdır. Dağın zirvəsindəki havanın təzyiqi təbii ki, daha az olacaq. Bu təzyiq ətrafda sıçrayan müxtəlif molekullardan yaranır. Bəziləri oksigen molekullarıdır. Deyək ki, təqribən 21%-i oksigendir. Əvvəlcə FİO2-dən danışaq. Hər halda hardasa rastınıza çıxmışdır. FiO2, tənəffüsün 21% və ya 0,21 hissəsini ifadə edir. Bu, nəfəs aldığın havadakı oksigenin fraksiyasını bildirir. Deməli, fraksiyası 21% oldu və bu, azot səviyəsindən xeyli aşağıdır. Azot hissəsini belə çəkdikdə, bunu daha aydın görə bilərik. Bənövşəyinin hamısı azotdur. Bu, nəfəs aldığımız havanın təqribən 78%-dir. Son olaraq çox kiçik, yaşıl xətt ilə bir hissə çəkirəm. Bu, əsasən arqondur. Arqon yunanca "tənbəl" mənasındadır. Arqonun əslində çox bir əhəmiyyəti yoxdur. Bədənimizdə heçnə ilə reaksiyaya girməyəcək. Təbii ki,başqa qazlar da var. Onlar 1%-dən azdır. Buna məsələn, karbon dioksid aid ola bilər. Bu, bu şəxsin nəfəs aldığı havadakı qazlardır. Deməli, indi o, nəfəs alır. İndi, onun nə qədər oksigen aldığını tapmaq üçün bir az hesablama aparmalıyıq. Deməli, oksigenin parsial təzyiqi yəni, PO2 0,21 ilə 760 millimetr civə sütununun hasilinə bərabərdir. Hasili isə 160 millimetr civə sütunu olacaq. İndi, oksigen ağciyərlərə enir, traxeyadan keçərək onun bütün kiçik bronxlarına və sonra alveol kisələrinə enir. Hava bu istiqamətdə gedərkən, maraqlı bir şey olur. Buradakı bədən temperaturu 37 dərəcə selsidir. Yəni, bu, normal bədən temperaturudur. Hava alveollara çatmadan öncə broxlardan və traxeyadan keçir. Bu proses zamanı tənəffüs yolu çox nəm olur Şəkildə göstərdiyim yerlər nəm olan hissələrdir. 37 dərəcə olduqca isti olduğundan, nəm, maye fazadan qaz fazasına keçməyə başlayacaq. Bu zaman nöqtə şəklində çəkdiyim bu kiçik su molekulları yaranacaq. Həmin bu molekullar havaya qarışır və nəfəs alan zaman ağciyərlərə keçir. Nəticə olaraq su, doymuş buxar halına keçir. Doymuş buxar temperaturdan asılı olaraq dəyişir. Amma doymuş buxar 37 dərəcədə 47 millimetr civə sütünu olur. Temperatur 37 dərəcə olanda, su molekullarının bir qismi mayeni tərk edərək, qaz fazasına keçir. Çıxan bu su molekulları 47 millimetr civə sütunu olan təzyiq yaradır. Bu standart rəqəmdir. Bunu cədvələ baxaraq müəyyən edirik. Bədənin çox isti olduğunu, hətda qaynayan suyun içində olduğunu düşünəlim. İstiliyimiz 100 dərəcə selsi olur. Qaynadığı üçün buxar təzyiqi çox yüksək olur və bu, 760 olacaq. Deməli, yadda saxla ki, su qaynayanda 760 millimetr civə sütunu olur. Qaynar suyun buxar təzyiqi yəni, 760 sizə nəyi xatırladır? Təbii ki də, atmosfer təzyiqini xatırladır. Olduqca maraqlıdır, hə? Su qaynayanda buxar təzyqi atmosfer təzyiqinə bərabər olur. Deməli, qaynayan suda tam olaraq bu baş verir. Nəysə, bununla fikrimizi yayındırmayaq. Bədəndə və ya ağciyərlərdə onsuz da su qaynatmırıq. Suya nisbətən biz daha soyuğuq. Amma bu bizi isidir və bədən 37 dərəcə olur. Deməlİ, nəfəs aldğımız havada qaz fazasına keçmiş kiçik su molekulları var. Havanın ümumi təzyiqi 760 olmalıdır. Belə ki, ağciyərin orta təzyiqi atmosfer təzyiq ilə eyni olacaq. Amma bunun 47 millimetr civə sütununu su təşkil edir. Su 47 olduğu üçün digər kiçik qaz molekullarının təzyiqləri cəmi 713 millimetr civə sütunu olacaq. Dİgər qazlar hansılar idi? Bu da əvvəlki ilə eynidir. Bunu mümkün qədər ən yaxşı şəkildə çəkməyə çalışacam. Deməli, bu hiss oksigenə aid olacaq. Bu 713-ün 21% təşkil edir. Hələdə, çox miqdarda azot qazımız var. Bu hissə əvvəl çəkdiyimiz kimi olacaq. Bunun nəfəs alınan hava olduğun unutmayın. Nəfəs verərkən olan hava deyil. Sadəcə nəfəs alınan havadan danışırıq. Deməli, bənövşəyi hissə 78% oldu. Yenə, bu da 713-ün 78%-dir. Amma hələdə, biraz arqon və digər qazlar mövcuddur. Buxar təzyiqi ümumi təyziqin bir qismini əhatə etdiyi üçün, digər bütün qazların parsial təyziqi aşağı olacaq. Bəs alveol kisəsinə daxil olan havanın parsial təyziqi nədir? FiO2 21% olacaq. Qeyd edəlim. Bizdə həm də atmosfer təzyiqi də var. Buradakı atmosfer təzyiqinin 760 olduğunu demişdik. Qarışıqlıq yaranmasın deyə oxlardan istifadə edirəm. Suyun parsial təzyiqini çıxaq. Çünki artıq burada bir miqdar su buxarı var. Ona görə də 47-ni çıxarmalıyıq. Deməli, bu riyazi əməli həll etdikdə cavabın təqribən 150 millimetr civə sütunu olduğunu görərik. Bu, oksigenin bu nöqtədəki parsial təzyiqidir. Yenə ox ilə göstərirəm ki, qarışıqlıq olmasın. Bu, narıncı x deyil. İndiyə qədər oksigenin parsial təzyiqinin bir qədər aşağı olduğu nəticəsinə gəldik. Çünki, burada əlavə olaraq suyun parsiaal təzyiqi də oldu. Növbəti videoda bu haqda ətraflı danışacağıq.