Təsəvvür elə ki, bu insan yerdə uzanıb.
Gəlin, onun burnundan və ağzından
havanın ağciyərlərə necə
daxil
olduğunu düşünək.
Xüsusilə də,
alveol kisələrinə nə qədər
oksigen getdiyinə diqqət edək.
Ağciyərlərin dərinliklərində
bronxiallar adlandırdığımız hava
keçirən şaxələr mövcuddur.
Amma onların sonunda
alveol kisələri var.
Ən ucunda gəlin, nə qədər oksigen
olduğunu tapmaq.
Alveol kisəsi şəkildə
qəribə görünə bilər amma
o, bir qədər üçyarpaqlı yoncaya bənzəyir.
Deməli, sual budur ki,
x-in olduğu yerdə
nə qədər oksigen var?
Bəs bunu necə anlayırıq?
İlk öncə, bu şəxsin nəfəs aldığı
havanı düşünəlim.
O. atmosferdəki hava ilə nəfəs alır.
Bu, atmosfer təzyiqli havadır.
Qısaca ATM deyirik.
Dəniz səviyyəsindən atmosfer təyziqinin
760 millimetr civə sütunu
olduğunu bilirik.
Təzyiq daha yüksək hündürlükdə
daha aşağı olacaqdır.
Dağın zirvəsindəki hava
təbii ki, daha az olacaq.
Bu təzyiq ətrafda sıçrayan müxtəlif
molekullardan yaranır.
Bəziləri oksigen molekullarıdır.
Deyək ki, təqribən 21%-i
oksigendir.
Əvvəlcə FİO2-dən
danışaq.
Hər halda hardasa rastınıza çıxmışdır.
FiO2, tənəffüsün 21% və ya
0,21 hissəsini ifadə edir.
Bu, nəfəs aldığın havadakı
oksigenin fraksiyasını
bildirir.
Deməli, fraksiyası 21% oldu və bu,
azot səviyəsindən xeyli aşağıdır.
Azot hissəsini belə çəkdikdə,
bunu daha
aydın görə bilərik.
Bənövşəyinin hamısı azotdur.
Bu, nəfəs aldığımız havanın təqribən
78%-dir.
Son olaraq çox kiçik,
yaşıl xətt ilə bir hissə çəkirəm.
Bu, əsasən arqondur.
Arqon yunanca
"tənbəl" mənasındadır.
Arqonun əslində
çox bir əhəmiyyəti yoxdur.
Bədənimizdə heçnə ilə
reaksiyaya girməyəcək.
Təbii ki,başqa qazlar
da var.
Onlar 1%-dən azdır.
Bu, məsələn karbon dioksid ola bilər.
Bu, bu şəxsin
aldığı havadakı qazlardır.
Hal-hazırda nəfəs aldığını görürük.
İndi, onun nə qədər oksigen aldığını
tapmaq üçün bir az
hesablama
aparmalıyıq.
Deməli, oksigenin parsial
təzyiqi yəni, PaO2
0,21 ilə 760 millimetr civə sütununun
hasilinə bərabərdir.
Hasili isə
160 millimetr civə sütunu olacaq.
İndi, oksigen ağciyərlərə enir,
traxeyadan keçərək onun bütün
kiçik bronxlarına və sonra alveol
kisələrinə enir.
Hava bu istiqamətdə gedərkən,
maraqlı bir şey olur.
Buradakı bədən
temperaturu 37 dərəcə selsidir.
Yəni, bu, normal bədən temperaturudur.
Hava alveollara çatmadan öncə
broxlardan və traxeyadan keçir.
Bu proses zamanı tənəffüs yolunda
çoxlu nəm olur.
Şəkildə göstərdiyim
yerlər nəm olan
hissədir.
37 dərəcə olduqca isti
olduğundan, nəm
maye fazadan
qaz fazasına keçməyə başlayacaq.
Bu zaman nöqtə şəklində
çəkdiyim bu kiçik su molekulları
yaranacaq.
Həmin bu molekullar
havaya qarışır və
nəfəs alan zaman ağciyərlərə
keçir.
Nəticə olaraq su, buxar
təzyiqinə sahib olur.
Buxar təzyiqi temperaturdan
asılı olaraq dəyişir.
Amma buxar təzyiqi 37 dərəcədə
47 millimetr civə sütünu olur.
Temperatur 37 dərəcə olanda, su
molekullarının bir qismi mayeni
tərk edərək, qaz fazasına keçir.
Çıxan bu su
molekulları
47 millimetr civə sütunu olan
təzyiq yaradır.
Bu standart rəqəmdir.
Bunu
cədvələ baxaraq müəyyən edirik.
Bədənin çox isti
olduğunu, hətda qaynayan
suyun içində olduğunu
düşünəlim.
İstiliyimiz 100dərəcə selsi olur.
Qaynadığı üçün buxar təzyiqi çox
yüksək olur və
bu, 760 olacaq.
Deməli,
yadda saxla ki, su qaynayanda
760
millimetr
civə sütunu olur.
Qaynar suyun buxar təzyiqi
yəni,
760 sizə nəyi xatırladır?
Təbii ki də, atmosferik təzyiqi
xatırladır.
Olduqca maraqlıdır,
hə?
Su qaynayanda buxar təzyqi
atmosfer təzyiqinə bərabər olur.
Deməli, qaynayan suda tam
olaraq bu baş verir.
Nəysə, bununla fikrimizi
yayındırmayaq.
Bədəndə və ya
ağciyərlərdə onsuz da su qaynamırıq.
Suya nisbətən biz daha soyuğuq.
Amma bu bizi isidir və
bədən 37 dərəcə olur.
Deməlİ, nəfəs aldğımız havada
qaz fazasına keçmiş
kiçik su molekulları var.
Havanın ümumi təzyiqi
760 olmalıdır.
Belə ki, ağciyərin orta təzyiqi atmosfer
təzyiq ilə eyni olacaq.
Amma bunun 47 millimetr civə sütununu
su təşkil edir.
Su 47 olduğu üçün digər kiçik qaz
molekullarının təzyiqləri cəmi
713 millimetr
civə sütunu olacaq.
Dİgər qazlar hansılar idi?
Əvvəlki ilə eynidir.
Bunu mümkün qədər ən yaxşı şəkildə
çəkməyə çalışacam.
Deməli
bu hiss oksigenə aid olacaq.
Bu 713-ün 21% təşkil edir.
Hələdə, çox miqdarda azot qazımız var.
Bu hissə əvvəl çəkdiyimiz kimi olacaq.
Bunun nəfəs alınan hava olduğun unutmayın.
Nəfəs verərkən olan hava deyil.
Sadəcə nəfəs alınan havadan
danışırıq.
Deməli, bənövşəyi hissə 78% oldu.
Yenə, bu da 713-ün 78%-dir.
Amma hələdə, biraz argon və
digər qazlar
mövcuddur.
Buxar təzyiqi ümumi təyziqin bir qismini
əhatə etdiyi üçün, digər bütün qazların
parsial təyziqi aşağı olacaq.
Bəs alveol kisəsinə daxil olan havanın
parsial təyziqi nədir?
21%-i olan FiO2 olacaq.
Qeyd edəlim.
Bizdə həm də
atmosfer təzyiqi də var.
Buradakı atmosfer təzyiqinin
760 olduğunu demişdik.
Qarışıqlıq yaranmasın deyə oxlardan
istifadə
edirəm.
Suyun parsial təzyiqini
çıxaq.
Çünki artıq burada
bir miqdar su buxarı var.
Ona görə də
47-ni çıxarmalıyıq.
Deməli, bu riyazi əməli
həll etdikdə cavabın təqribən
150 millimetr civə sütunu
olduğunu görərik.
Bu, oksigenin bu nöqtədəki parsial
təzyiqidir.
Yenə ox ilə göstərirəm ki,
qarışıqlıq
olmasın.
Bu, narıncı x'də deyil.
İndiyə qədər oksigenin
parsial təzyiqinin bir qədər
aşağı
olduğu nəticəsinə gəldik.
Çünki, burada əlavə olaraq
suyun parsiyal təzyiqi də oldu.
Növbəti videoda bu haqda ətraflı danışacağıq.