Deyək ki, bu şəxs önümdə uzanıb. Biz isə onun burnundan və ağzından havanın ağciyərlərə necə daxil olduğunu düşünürük. Xüsusilə də, alveol kisələrinə nə qədər oksigen gettiyi ilə maraqlanırıq. Ağciyərlərin dərinliklərində bronxiallar adlandırdığımız hava keçirən şaxələr mövcuddur. Amma onların sonunda,bəhs ettiyimiz bu alveol kisələri var. Ən uclarında nə qədər oksigen olduğunu tapmaq istəyirik. Alveol kisəsi şəkildə qəribə görünə bilər amma o, bir az üçyarpaqlı yoncaya bənzəyir. Deməli,sual budur ki, x'in olduğu yerdə nə qədər oksigen var? Bəs bunu necə anlayırıq? İlk öncə, bu şəxsin nəfəs aldığı havanı düşünəlim. Atmosferdəki hava ilə nəfəs alır. Bu, atmosfer təyziqli havadır. Qısaca ATM deyirik. Dəniz səviyyəsində atmosfer təyziqinin 760 millimetr civə sütunu olduğunu bilirik. Daha yüksək hündürlüklərdə daha aşağı olacaqdır. Dağın zirvəsindəki hava təbii ki, daha az olacaq. Bu təyziq ətrafda sıçrayan müxtəlif molekullardan yaranır. Bəziləri oksigen molekullarıdır. Deyək ki, bu təqribən 21%-dir. Bu, oksigendir. Davam etmədən əvvəl FİO2-dən danışmalıyam. Buna rast gələ bilərsiniz. FiO2, tənəffüsün 21% və ya 0,21 hissəsini ifadə edir. Bu, nəfəs aldığın havadakı oksigenin fraksiyasını bildirir. Deməli fraksiyası 21% oldu və bu, azot səviyəsindən xeyli aşağıdır. Azot hissəsini belə çəkdikdə, bunu daha aydın görə bilərik. Bənövşəyinin hamısı azotdur. Bu, nəfəs aldığımız havanın təqribən 78%-dir. Son olaraq çox kiçik, yaşıl xətt ilə bir hissə çəkirəm. Bu, əsasən arqondur. Arqon yunanca "tənbəl" mənasındadır. Düşündükdə, arqonun çox şey etməyəcəyini xatırladır. Bədənimizdə heçnə ilə reaksiyaya girməyəcək. Təbii ki,başqa qazlar da var. Onlar 1%-dən azdır. Bu, məsələn karbon dioksid ola bilər. Bu, bu şəxsin aldığı havadakı qazlardır. Hal-hazırda nəfəs aldığını görürük. İndi, onun nə qədər oksigen aldığını tapmaq üçün bir az hesablama aparmalıyıq. Deməli, oksigenin parsial təzyiqi yəni, PaO2 0,21 ilə 760 millimetr civə sütununun hasilinə bərabərdir. Hasili isə 160 millimetr civə sütunu olacaq. İndi, oksigen ağciyərlərə enir, traxeyadan keçərək onun bütün kiçik bronxlarına və sonra alveol kisələrinə enir. Hava bu istiqamətdə gedərkən, maraqlı bir şey olur. Buradakı bədən temperaturu 37 dərəcə selsidir. Yəni, bu, normal bədən temperaturudur. Hava alveollara çatmadan öncə broxlardan və traxeyadan keçir. Bu proses zamanı tənəffüs yolunda çoxlu nəm olur. Şəkildə göstərdiyim yerlər nəm olan hissədir. 37 dərəcə olduqca isti olduğundan, nəm maye fazadan qaz fazasına keçməyə başlayacaq. Bu zaman nöqtə şəklində çəkdiyim bu kiçik su molekulları yaranacaq. Həmin bu molekullar havaya qarışır və nəfəs alan zaman ağciyərlərə keçir. Nəticə olaraq su, buxar təzyiqinə sahib olur. Buxar təzyiqi temperaturdan asılı olaraq dəyişir. Amma buxar təzyiqi 37 dərəcədə 47 millimetr civə sütünu olur. Temperatur 37 dərəcə olanda, su molekullarının bir qismi mayeni tərk edərək, qaz fazasına keçir. Çıxan bu su molekulları 47 millimetr civə sütunu olan təzyiq yaradır. Bu standart rəqəmdir. Bunu cədvələ baxaraq müəyyən edirik. Bədənin çox isti olduğunu, hətda qaynayan suyun içində olduğunu düşünəlim. İstiliyimiz 100dərəcə selsi olur. Qaynadığı üçün buxar təzyiqi çox yüksək olur və bu, 760 olacaq. Deməli, yadda saxla ki, su qaynayanda 760 millimetr civə sütunu olur. Qaynar suyun buxar təzyiqi yəni, 760 sizə nəyi xatırladır? Təbii ki də, atmosferik təzyiqi xatırladır. Olduqca maraqlıdır, hə? Su qaynayanda buxar təzyqi atmosfer təzyiqinə bərabər olur. Deməli, qaynayan suda tam olaraq bu baş verir. Amma diqqətimi dağıtmaq istəmirəm. Bədənimizdə vəya ağciyərlərimizdə su qaynatmırıq. Biz əslində bundan çox soyuduruq. Amma biz isinirik. 37dərəcəyik. Qaz fazasına girən kiçik su molekullarından bəzilərinə sahibsiniz. Ümumiyətlə olmalı olan--bütün bunlar 760olmalıdır. Ortalama olaraq ağciyər təzyiqlərimiz atmosfer təzyiqlə eyni olacaq. Amma indi su 47olacaq. Su 47alırsa,o kiçik qaz molekullarının geri qalanı713 olmalıdır. Bu dinlənmədir. O dinlənmədə nə var idi? Əvvəlki kimi olacaq. Onu mümkün olan ən yaxşı şəkildə çəkməyə çalışacam burdakı mənim oksigenim olacaq. Bu 713ün 21%dir. Hələdə çox ama çox nitrogenimiz var. Əvvəldə olduğu kimi eyni qırılma. Bunun nəfəs alınan hava olduğun unutmayın. Yəni nəfəs verməkdən danışmırıq. Sadəcə nəfəs almaqdan danışırıq. Buradakı bənövşəyi-bu 78%dir. Yenə bu 713ün 78%dir. Orda hələdə biraz argon var, və digər qazlar--hamısını yazmayacam, amma siz anladınız. Su ümumi təyziqin bir qismini aldığından digər bütün qazların parsiyal təyziqi aşağı olacaq. Bəs alveol kisəsinə girən havanın parsiyal təyziqi nədir? Əsasında 21%olanFiO2olacaq. Bunu bura yazacam. Sonra atmosferik təzyiqə sahibik. Buradaki atmosfer təzyiqidir. Bunun 760olduğunu dedik. Kiçik bir ox çəkərək nəyin nə olduğunu anlaya bilərik. 760millimetr civə. Suyun parsiyal təzyiqini hesablamaq üçün. . Çünki artıq burada bir miqdar su buxarımız var. 47ni çıxarmalıyıq. İndiyə qədər bu riyaziyata əməl etmisinizsə, görürsünüzki burda nə oldu? Təqribən 150millimetr civə. Bu nöqtəyədək oksigenin parsiyal təyziqidir. Oxumla açıqca göstərim, bu narıncı x'də deyil. İndiyə qədər başladığımızdan daha aşağı olan parsiyal bir təyziq olduğunu anladıq. Bunun səbəbi suyun parsiyal təzyiqi idi. Bir sonraki videomuzda oradan başlayaq.