Deyək ki, bu şəxs önümdə uzanıb.
Biz isə onun burnundan və ağzından
havanın ağciyərlərə necə
daxil
olduğunu düşünürük.
Xüsusilə də,
alveol kisələrinə nə qədər
oksigen gettiyi ilə maraqlanırıq.
Ağciyərlərin dərinliklərində
bronxiallar adlandırdığımız hava
keçirən şaxələr mövcuddur.
Amma onların sonunda,bəhs ettiyimiz
bu alveol kisələri var.
Ən uclarında nə qədər oksigen olduğunu
tapmaq istəyirik.
Alveol kisəsi şəkildə
qəribə görünə bilər amma
o, bir az üçyarpaqlı yoncaya bənzəyir.
Deməli,sual budur ki,
x'in olduğu yerdə
nə qədər oksigen var?
Bəs bunu necə anlayırıq?
İlk öncə, bu şəxsin nəfəs aldığı
havanı düşünəlim.
Atmosferdəki hava ilə nəfəs alır.
Bu, atmosfer təyziqli havadır.
Qısaca ATM deyirik.
Dəniz səviyyəsində atmosfer təyziqinin
760 millimetr civə sütunu
olduğunu bilirik.
Daha yüksək hündürlüklərdə
daha aşağı olacaqdır.
Dağın zirvəsindəki hava
təbii ki, daha az olacaq.
Bu təyziq ətrafda sıçrayan müxtəlif
molekullardan yaranır.
Bəziləri oksigen molekullarıdır.
Deyək ki, bu təqribən 21%-dir.
Bu, oksigendir.
Davam etmədən əvvəl FİO2-dən
danışmalıyam.
Buna rast gələ bilərsiniz.
FiO2, tənəffüsün 21% və ya
0,21 hissəsini ifadə edir.
Bu, nəfəs aldığın havadakı
oksigenin fraksiyasını
bildirir.
Deməli fraksiyası 21% oldu və bu,
azot səviyəsindən xeyli aşağıdır.
Azot hissəsini belə çəkdikdə,
bunu daha
aydın görə bilərik.
Bənövşəyinin hamısı azotdur.
Bu, nəfəs aldığımız havanın təqribən
78%-dir.
Son olaraq çox kiçik,
yaşıl xətt ilə bir hissə çəkirəm.
Bu, əsasən arqondur.
Arqon yunanca
"tənbəl" mənasındadır.
Düşündükdə, arqonun
çox şey
etməyəcəyini xatırladır.
Bədənimizdə heçnə ilə
reaksiyaya girməyəcək.
Təbii ki,başqa qazlar
da var.
Onlar 1%-dən azdır.
Bu, məsələn karbon dioksid ola bilər.
Bu, bu şəxsin
aldığı havadakı qazlardır.
Hal-hazırda nəfəs aldığını görürük.
İndi, onun nə qədər oksigen aldığını
tapmaq üçün bir az
hesablama
aparmalıyıq.
Deməli, oksigenin parsial
təzyiqi yəni, PaO2
0,21 ilə 760 millimetr civə sütununun
hasilinə bərabərdir.
Hasili isə
160 millimetr civə sütunu olacaq.
İndi, oksigen ağciyərlərə enir,
traxeyadan keçərək onun bütün
kiçik bronxlarına və sonra alveol
kisələrinə enir.
Hava bu istiqamətdə gedərkən,
maraqlı bir şey olur.
Buradakı bədən
temperaturu 37 dərəcə selsidir.
Yəni, bu, normal bədən temperaturudur.
Hava alveollara çatmadan öncə
broxlardan və traxeyadan keçir.
Bu proses zamanı tənəffüs yolunda
çoxlu nəm olur.
Şəkildə göstərdiyim
yerlər nəm olan
hissədir.
37 dərəcə olduqca isti
olduğundan, nəm
maye fazadan
qaz fazasına keçməyə başlayacaq.
Bu zaman nöqtə şəklində
çəkdiyim bu kiçik su molekulları
yaranacaq.
Həmin bu molekullar
havaya qarışır və
nəfəs alan zaman ağciyərlərə
keçir.
Nəticə olaraq su, buxar
təzyiqinə sahib olur.
Buxar təzyiqi temperaturdan
asılı olaraq dəyişir.
Amma buxar təzyiqi 37 dərəcədə
47 millimetr civə sütünu olur.
Temperatur 37 dərəcə olanda, su
molekullarının bir qismi mayeni
tərk edərək, qaz fazasına keçir.
Çıxan bu su
molekulları
47 millimetr civə sütunu olan
təzyiq yaradır.
Bu standart rəqəmdir.
Bunu
cədvələ baxaraq müəyyən edirik.
Bədənin çox isti
olduğunu, hətda qaynayan
suyun içində olduğunu
düşünəlim.
İstiliyimiz 100dərəcə selsi olur.
Qaynadığı üçün buxar təzyiqi çox
yüksək olur və
bu, 760 olacaq.
Deməli,
yadda saxla ki, su qaynayanda
760
millimetr
civə sütunu olur.
Qaynar suyun buxar təzyiqi
yəni,
760 sizə nəyi xatırladır?
Təbii ki də, atmosferik təzyiqi
xatırladır.
Olduqca maraqlıdır,
hə?
Su qaynayanda buxar təzyqi
atmosfer təzyiqinə bərabər olur.
Deməli, qaynayan suda tam
olaraq bu baş verir.
Amma diqqətimi dağıtmaq istəmirəm.
Bədənimizdə vəya
ağciyərlərimizdə su qaynatmırıq.
Biz əslində bundan çox soyuduruq.
Amma biz isinirik.
37dərəcəyik.
Qaz fazasına girən
kiçik su molekullarından
bəzilərinə sahibsiniz.
Ümumiyətlə olmalı olan--bütün bunlar
760olmalıdır.
Ortalama olaraq ağciyər təzyiqlərimiz
atmosfer təzyiqlə eyni olacaq.
Amma indi su 47olacaq.
Su 47alırsa,o kiçik qaz
molekullarının geri qalanı713 olmalıdır.
Bu dinlənmədir.
O dinlənmədə nə var idi?
Əvvəlki kimi olacaq.
Onu mümkün olan ən yaxşı şəkildə
çəkməyə çalışacam
burdakı mənim oksigenim olacaq.
Bu 713ün 21%dir.
Hələdə çox ama çox nitrogenimiz var.
Əvvəldə olduğu kimi eyni qırılma.
Bunun nəfəs alınan hava olduğun unutmayın.
Yəni nəfəs verməkdən danışmırıq.
Sadəcə nəfəs almaqdan danışırıq.
Buradakı bənövşəyi-bu 78%dir.
Yenə bu 713ün 78%dir.
Orda hələdə biraz argon var,
və digər qazlar--hamısını yazmayacam,
amma siz anladınız.
Su ümumi təyziqin bir qismini aldığından
digər bütün qazların
parsiyal təyziqi aşağı olacaq.
Bəs alveol kisəsinə girən havanın
parsiyal təyziqi nədir?
Əsasında 21%olanFiO2olacaq.
Bunu bura yazacam.
Sonra atmosferik təzyiqə sahibik.
Buradaki atmosfer təzyiqidir.
Bunun 760olduğunu dedik.
Kiçik bir ox çəkərək nəyin
nə olduğunu anlaya bilərik.
760millimetr civə.
Suyun parsiyal təzyiqini hesablamaq üçün.
.
Çünki artıq burada
bir miqdar su buxarımız var.
47ni çıxarmalıyıq.
İndiyə qədər bu riyaziyata
əməl etmisinizsə,
görürsünüzki burda nə oldu?
Təqribən 150millimetr civə.
Bu nöqtəyədək oksigenin
parsiyal təyziqidir.
Oxumla açıqca göstərim,
bu narıncı x'də deyil.
İndiyə qədər başladığımızdan
daha aşağı olan parsiyal bir təyziq
olduğunu anladıq.
Bunun səbəbi suyun parsiyal təzyiqi idi.
Bir sonraki videomuzda oradan başlayaq.