Bura Müqəddəs Pyotr Bazilikası,
Mikelancelonun Pyetasının önüdür.
--
--
Kifayət qədər kiçik görünür.
--
İbadətgah və
Müqəddəs Pyotr Bazilikası ilə müqayisədə
kifayət qədər kiçikdir.
Bu heykəl əvvəlcə
bir kardinal üçün hazırlanıb.
Lakin sonra Müqəddəs Pyotra
qoyulub.
Buna görə də memarlıqla fərqli
əlaqəsi var.
Maraqlı olan odur ki,
bu heykəlin kiçik olmasına
və bizdən 20 fut məsafədə olmasına
baxmayaraq
hələ də detallı görünür.
Mikelancelo burada
ölmüş Məsihin cəsədi ilə
onu qucağında saxlayan
Məryəm ana arasında qeyri-adi bir
münasibət yaradıb.
Məryəm çox gənc və gözəl görünür,
lakin oğlunun cəsədini daşımaq üçün
qucağını geniş açıb,
sanki cəsədin ağırlığının
fərqinə varır.
--
Heykəltaraşlığın ən gözəl yerlərindən biri
onun sağ qolunu necə tutması və
cəsədin ətinin yuxarı dartılmasıdır.
Həqiqətən, ilk hiss edilən, mərmərin
Mikelancelo tərəfindən ətə çevrilməsi
və cəsədin çəkisi vasitəsilə Məryəmdə
hiss olunan həyat itkisinin
göstərilməsidir.
Bu, bədənin tələb etdiyi müqavimətin
az olması
və onu tutmaq üçün olan səylərin
artırılmasını göstərir.
Bu kontrast heykələ baxan
izləyici üçün çox fiziki təcrübə
yaradır.
Oğlanın bədəni,
qabırğa və qarın əzələləri
əsl gəncin bədəninə çox bənzəyir.
Bu da onun bədənini
qollar üzərində daha ideal
şəkildə göstərir.
Məryəmdə isə
gözəllik və şirinlik var. Bundan əlavə,
onun cəsədi güclə qollarında
saxladığına əsasən
çətinlik çəkdiyini deyə bilərik.
Mərmər çox dərin həkk olunub.
--
Bu daşdan gələn həqiqi sevgi,
işıq və kölgənin
çox canlı dəyişmə hissini yaradır.
Məsihin ayaqlarının və qolunun geniş,
səthlərin isə mürəkkəb olduğunu
göstərir.
Məryəm başını irəli əyərək
ona baxır.
Oğlanın başı isə
arxaya əyilib.
Boyun bölgəsi isə
çox həssasdır.
Məsihin ayağı havada asılı qalıb.
Məryəmin sol əli irəliyə doğru açıqdır,
sanki hələ də onun ölümünü
anlamağa çalışır.
Düşünürəm ki, Məsihin bədəninin
izləyicilərə göstərilməsi onu xilasa
aparan bir yoldur.
Bu, tanrının bəşəriyyət üçün qurbanıdır,
həmçinin onun xilası da mümkündür.
Sanki həmin əl
bunu göstərir.
Onun paltarı və dizi
Məsihin dizinə tərəf yönəlib, bu da onun
əli ilə göstərdiyi heyrəti
daha da artırır.
Bu, aydın şəkildə düşünülməli
olan bir görüntüdür.
Məryəmin dözdüyü
və Məsihin çəkdiyi əzab
bir yol kimi
nəzərdən keçirilməlidir.
--
--