Bura Müqəddəs Pyotr Bazilikası, Mikelancelonun Pyetasının önüdür. -- -- Kifayət qədər kiçik görünür. -- İbadətgah və Müqəddəs Pyotr Bazilikası ilə müqayisədə kifayət qədər kiçikdir. Bu heykəl əvvəlcə bir kardinal üçün hazırlanıb. lakin sonra Müqəddəs Pyotr-a qoyulub. Buna görə də memarlıqla fərqli əlaqəsi var. Maraqlı olan odur ki, bu heykəlin kiçik olmasına və bizdən 20 fut məsafədə olmasına baxmayaraq hələ də detallı görünür. Mikelancelo burada ölmüş Məsihin cəsədi ilə onu qucağında saxlayan Məryəm ana arasında qeyri-adi bir münasibət yaradıb. Məryım çox gənc və gözəl görünür, lakin oğlunun cəsədini daşımaq üçün qucağını geniş açıb, sanki cəsədin ağırlığının fərqinə varır. -- Heykəltəraşlığın ən gözəl yerlərindən biri onun sağ qolunu necə tutması və cəsədin ətinin yuxarı dartılmasıdır. Həqiqətən, ilk hiss edilən, mərmərin Mikelancelo tərəfindən ətə çevrilməsi və cəsədin çəkisi vasitəsilə Məryəmdə hiss olunan həyat itkisinin göstərilməsidir. Bu, bədənin tələb etdiyi müqavimətin az olması və onu tutmaq üçün olan səylərin artırılmasını göstərir. Bu kontrast heykələ baxan izləyici üçün çox fiziki təcrübə yaradır. Oğlanın bədəni, qabırğa və qarın əzələləri əsl gəncin bədəninə çox bənzəyir. Bu da onun bədənini qollar üzərində daha ideal şəkildə göstərir. Məryəmdə isə gözəllik və şirinlik var. Bundan əlavə, onun güclə cəsədi qollarında saxladığına əsasən çətinlik çəkdiyini deyə bilərik. Mərmər çox dərin həkk olunub. -- Bu daşdan gələn həqiqi sevgi, həqiqi sevgi, işıq və kölgənin çox canlı dəyişmə hissini yaradır. Məsihin ayaqlarının və qolunun geniş, səthlərin isə mürəkkəb olduğunu göstərir. Məryəm başını irəli əyərək ona baxır. Oğlanın başı isə arxaya əyilib. Boyun bölgəsi isə çox həssasdır. Məsihin ayağı havada asılı qalıb. Məyrəmin sol əli irəliyə doğru açıqdır, sanki hələ də onun ölümünü anlamağa çalışır. Düşünürəm ki, Məsihin bədəninin izləyicilərə göstərilməsi onu xilasa aparan bir yoldur. Bu, tanrının bəşəriyyət üçün qurbanıdır, həmçinin onun xilası da mümkündür. Sanki həmin əl bunu göstərir. Onun paltarı və dizi Məsihin dizinə tərəf yönəlib, bu da onun əli ilə göstərdiyi heyrəti daha da artırır. Bu, aydın şəkildə düşünülməli olan bir görüntüdür. Məryəmin dözdüyü və Məsihin çəkdiyi əzab bir yol kimi nəzərdən keçirilməlidir. -- --