1 00:00:00,100 --> 00:00:03,000 (Babək - NASA-da mühəndis) Hey, uşaqlar, biz burada, NASA-nın reaktiv mühərriklər laboratoriyasındayıq, 2 00:00:03,000 --> 00:00:05,200 "Curiosity" özüyeriyən aparatına nəzarət etdiyimiz otaqda. 3 00:00:05,200 --> 00:00:08,000 O, elə indi Marsdadır, planeti tədqiq edir. 4 00:00:08,000 --> 00:00:10,300 Marsda yolunu cızmaq üçün indicə həll etdiyiniz son tapmaca 5 00:00:10,300 --> 00:00:12,600 kimi işləyən bir kompüter proqramından istifadə edir. 6 00:00:12,700 --> 00:00:16,700 Düzəltdiyiniz son parça kod ortaya elə təlimatlar qoyur ki, 7 00:00:16,700 --> 00:00:18,200 istənilən robota budaqlanmayan ixtiyari uzunluqda 8 00:00:18,200 --> 00:00:22,000 bir labirint və ya tunneldə öz yolunu necə tapacağını söyləyə bilər 9 00:00:22,000 --> 00:00:27,000 Bu bir zombi, quş, bir sürücüsüz avtomatik minik maşını, yaxud hətta Marsda özüyeriyən aparat ola bilər. 10 00:00:27,000 --> 00:00:31,000 Yazdığınız kod onu haraya getmək lazımdırsa, oraya çatdıra bilər. 11 00:00:32,738 --> 00:00:34,900 (Tess - "Google"da mühəndis) İlk kod saatınızda çox şey öyrəndiyinizi düşünməyə bilərsiniz. 12 00:00:34,900 --> 00:00:37,300 Amma əslində, indicə öyrəndiyiniz bu əsas anlayışlar 13 00:00:37,300 --> 00:00:41,200 nə vaxtsa düzəldəcəyiniz hər bir proqram və ya əlavənin təməlində durur. 14 00:00:41,200 --> 00:00:44,500 Beləliklə, biz TƏKRAR ET dövrləri, TƏKRAR ET, TA Kİ ifadələri barədə 15 00:00:44,500 --> 00:00:46,700 ƏGƏR ifadələri, ƏGƏR-ƏKS HALDA bloku haqqında öyrəndik. 16 00:00:46,700 --> 00:00:48,500 Amma, hey! Bilirsiniz nə var? 17 00:00:48,600 --> 00:00:51,500 Burada dayanmayın. Öyrənmək üçün xeyli başqa şeylər var! 18 00:00:51,500 --> 00:00:54,800 "Code.org"a baş çəkin və kodlaşdırma istiqamətində təhsilinizi davam edirin. 19 00:00:54,800 --> 00:00:57,500 Bizim tam 20-saatlıq kurrikulumu başa vurduqda 20 00:00:57,500 --> 00:00:59,540 proqramlaşdırmanın əsaslarını mənimsəmiş olacaqsınız 21 00:00:59,540 --> 00:01:01,900 və telefon üçün proqramlar, oyunlar və ya robot üçün təlimatları necə yazmağı 22 00:01:01,900 --> 00:01:05,900 öyrənməyə başlaya bilərsiniz... həqiqətən istənilən hər şeyi, adını siz deyin. 23 00:01:05,900 --> 00:01:08,500 Texnologiya etdiyimiz hər şeyi dəyişir və fərqi yoxdur, 24 00:01:08,500 --> 00:01:11,100 cavansınız, ya yaşlı, proqramlaşdırma əyləncəlidir... 25 00:01:11,100 --> 00:01:16,000 və bilirsiniz nə var? Hər kəs bunu edə bilər.