Indiyə qədər kimya səfərimizdə gördüyümüz hər şey elektronların stabilliyi və onların hansı stabil təbəqədə yerləşməyi ətrafında toplanırdı. Və həyatdakı hər şey kimi əgər atomu daha çox araşdırsanız görəcəksiniz ki, elektronlar atomdakı tək şey deyil. Nüvənin özünündə müəyyən əlaqələri var, yaxud müəyyən qeyri-stabilliyi, müəyyən şəkildə yüngülləşdirilməlidir. Bu videoda biraz bundan danışacağıq. Və onların mexanikası kimya kursunun ilk ilində keçilməyə bilər, amma ən azından onun baş verdiyini bilmək yaxşıdır. Və bir gün güclü nüvə qüvvələrini öyrənəndə və kvant fizikasını, yaxud buna bənzər elmləri bu halda biz bu proton, neytron və onları təşkil edən kvarkların nə üçün belə əlaqədə olduğundan danışa bilərik. Amma bunu demişkən gəlin ən azından nüvənin azalma yollarından danışaq. Tutaq ki, mənim bir neçə protonum var. Mən bir neçəsini çəkəcəm. Bir neçə ptoron və bir neçə neytron. Və biraz neytral rənlə çəkəcəm. Bəlkə də boz rəng uyğun olar. Qoyun bir neçə neytron çəkim. Nə qədər protonum var? 1, 2, 3, 4, 5, 6, 7, 8. Mənim 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 neytronum olacaq. Deyək ki, bu, atomun nüvəsidir. Unutmayın ki, bu, bildiyiniz kimi atom haqdakı ilk videomda əgər atom çəkirsinizsə və əslində atomu çəkməj çox çətindir, çünki onun dəqiq sərhədləri yoxdur. Elektron bildiyiniz kimi verilən anda istənilən yerdə ola bilər. Amma desəydiniz ki, elektron 90% halda harada olur? Cavabı atomun radiusun, yaxud diametrində olardı. Bir ilk videoda öyrəndik ki, nüvə demək olar ki, bu sferanın həcminin çox kiçik hissəsini tutur və 90% halda elektron buradadır. Və açıq şəkildə buradan anlayırıq ki, həyatda gördüyümüz şeylərin böyük hissəsi açıq fəzadadır. Bunların hamısı açıq fəzadır. Amma mən təkrarlamaq istəyirəm, çünki bu sonsuz kiçik yerdə əvvəl danışdığımız kimi atomun çox kiçik hissəsi olmasına baxmayaraq əslində onun kütləsinin böyük hissəsini tutur, buna doğru yaxınlaşdırıram. Bunlar atom deyil, elektron da deyil. Biz nüvəyə yaxınlaşdırırıq. Belə çıxır ki, bəzən nüvə biraz davamsızdır və daha davamlı quruluş almağa çalışır. Davamsız nüvənin və bütün bunların mexanikası ilə bağlı bu videoda çox danışmayacayıq. Amma daha davamsız nüvə almaq üçün alfa zərrəciklərini silməliyik, digər adı ilə alfa azalma. Alfa azalma. Və o, alfa zərrəciyini buraxır, çox uydurma səslənir. O, sadəcə proton və neytronların birləşməsidir. Alfa zərrəcik 2 proton və 2 neytrondan ibarətdir. Yəni bəlkə də bunlar uyğun yerləşməmiş kimi hiss edə bilərlər, burada yığılırlar. Və buraxılırlar. Nüvəni tərk edirlər. Gəlin belə bir şey baş verəndə atoma nə olduğunu düşünək. Tutaq ki, burada təsadüfi bir elementim var və mən onu E elementi adlandırıram. Deyək ki, onun p protonu var. Əslində qoyun onu protonların rəngi ilə çəkim. p protonu var. Atom kütləsi isə protonların sayı üstəgəl neytronların sayına bərabərdir. Neytronları də bozla çəkək, yaxşı? Alfa azalma zamanı elementə nə olur? Proton sayı 2 vahid azalacaq. Yəni protonları p çıxaq 2 olacaq. Və sonra neytronları da 2 vahid azalacaq. Kütlə ədədi isə 4 vahid azalacaq. Yuxarıda p çıxaq 2 üstəgəl neytron çıxaq 2 alınacaq, deməli, ümumi çıxaq 4. Kütləniz 4 vahid azalacaq və yeni bir element alacaqsınız. Unutmayın ki, elementləriniz proton sayı ilə müəyyən edilir. Yəni alfa azalma zamanı 2 neytron və 2 proton itirirsiniz, xüsusən də protonlara görə fərqli element alınacaq. Bu elementi 1 adlandırsaq, onu belə adlandıracam, indi fərqli element alırıq, element 2. Və əgər nə yarandığına baxsanız, biz iki protonu və iki neytronu olan bir maddəni götürürük. Onun kütləsi iki protonu və iki neytonu olan elementdir. Yəni nəyi silirik? Kütləsi 4-ə bərabər olan bir şeyi. Buna baxsanız iki protonu və iki neytronu olan maddə nədir? Əslində dövri cədvəl yadımda qalmayıb. Videodan əvvəl onu kəsib yapışdırmağı unutdum. Amma dövri cədvəldə iki protonu olan elementi, heliumu tapmaq çox da vaxt aparmaz. Onun atom kütləsi dördə bərabərdir. Deməli, alfa azalma zamanı əslində helium nüvəsi çıxır. Helium nüvəsi imiş. Helium nüvəsi olduğu və iki protondan sıçrayan elektronları olmadığı üçün bu, helium ionu olacaq. Mahiyyətcə elektronu yoxdur. Onun iki protonu olduğu üçün 2 müsbət yükü var. Deməli, alfa zərrəciyi əslində helium ionudur, daha davamlı hala keçmək üçün nüvədən buraxılan 2 müsbət yüklü helium ionu. Bu, bir növ azalmadır. Gəlin digərlərinə baxaq. Qoyun buraya başqa nüvə çəkək. Bir neçə neytron çəkəcəm. Bir neçə də proton. Belə çıxır ki, neytron özünü rahat hiss etmir. Gündəlik həyatında protonun nə etdiyinə baxır və deyir ki, bilirsən nə var? Bəzən özümə baxıb deyirəm ki, kaş bir proton olaydım.