Indiyə qədər kimya səfərimizdə gördüyümüz hər şey elektronların stabilliyi və onların hansı stabil təbəqədə yerləşməyi ətrafında toplanırdı. Və həyatdakı hər şey kimi əgər atomu daha çox araşdırsanız görəcəksiniz ki, elektronlar atomdakı tək şey deyil. Nüvənin özünündə müəyyən əlaqələri var, yaxud müəyyən qeyri-stabilliyi, müəyyən şəkildə yüngülləşdirilməlidir. Bu videoda biraz bundan danışacağıq. Və onların mexanikası kimya kursunun ilk ilində keçilməyə bilər, amma ən azından onun baş verdiyini bilmək yaxşıdır. Və bir gün güclü nüvə qüvvələrini öyrənəndə və kvant fizikasını, yaxud buna bənzər elmləri bu halda biz bu proton, neytron və onları təşkil edən kvarkların nə üçün belə əlaqədə olduğundan danışa bilərik. Amma bunu demişkən gəlin ən azından nüvənin azalma yollarından danışaq. Tutaq ki, mənim bir neçə protonum var. Mən bir neçəsini çəkəcəm. Bir neçə ptoron və bir neçə neytron. Və biraz neytral rənlə çəkəcəm. Bəlkə də boz rəng uyğun olar. Qoyun bir neçə neytron çəkim. Nə qədər protonum var? 1, 2, 3, 4, 5, 6, 7, 8. Mənim 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 neytronum olacaq. Deyək ki, bu, atomun nüvəsidir. Unutmayın ki, bu, bildiyiniz kimi atom haqdakı ilk videomda əgər atom çəkirsinizsə və əslində atomu çəkməj çox çətindir, çünki onun dəqiq sərhədləri yoxdur.