Toqquşma nəzəriyyəsi Maxvel-Boltzman qrafiki ilə əlaqələndirilə bilər. Və ilk olaraq biz toqquşma nəzəriyyəsi ilə başlayacağıq. Toqquşma nəzəriyyəsi deyir ki hissəciklər toqquşma düzgün istiqamətdə olmalıdır və kifayət qədər kinetik enerji ilə aktivasiya enerji bariyerinin öhtəsindən gəlməlidir. Buna görə gəlin Anın B və C ilə reaksiyaya daxil olmasına baxaq. və AB +C yaradır. Enerji profilində, bizim burada solda reagentlərimiz var. Beləliklə A, atom A qırmızı rəngdə olandır, və bizim burada BC molekulumuz var. Beləliklə reaksiyanın baş verməsi üçün, bu iki hissəcik toqquşmalıdırlar, və onlar onlar aktivasiya enerji bariyerinin öhtəsindən gəlmək üçün kifayət qədər kinetik enerji ilə toqquşmalıdırlar. Beləliklə enerji profilindəki aktivasiya enerjisi, keçid vəziyyəti ilə reaktivlərin enerjisi olan buradakı zirvə arasındakı enerjidəki fərqdir. Buna görə bu enerji aktivasiya enerjimizdir. Reaksiyanın baş verməsi üçün lazım olan minimum enerji miqdarıdır. Buna görə əgər bu hissəciklər kifayət qədər enerji ilə toqquşsalar, biz bu aktivasiya enerji bariyerinin öhtəsindən gələ bilərik və reaksiyalar iki məhsula çevrilər. Əgər bizim reaktiv hissəciklərimiz bir birilə yetərincə enerji ilə toqquşmursa, onlar bir birini itələyəcək və reaksiya heç vaxt baş verməyəcək. Biz heç vaxt bu aktivasiya enerjisinin öhtəsindən gələ bilmiyəcəyik. Analogiya üçün, gəlin qolf topunu vurmaq haqqında düşünək. Gəlin düşünək ki bir təpə var, və təpənin sağ tərəfində, aşağıda bir yerdə deşik var , və təpənin sol tərəfində qolf topudur. Biz bilirik ki biz bu qolf topunu təpənin başına çatdırmaq üçün və təpəni keçib deşiyə düşməsi üçün lazım olan kinetik enerjini vermək üçün bu qolf topuna yetərincə qüvvə ilə vurmalıyıq. Biz bu təpəni potensiyal enerjinin təpəsi kimi düşünə bilərik. Və bu qolf topunun təpəni keçmək üçün lazım olan potensiyal enerjiyə çevrilən kinetik enerjisi olmalıdır. Əgər biz qolf topuna yetərincə bərk vurmasaq, onun təpəni keçmək üçün kifayət qədər enerjisi olmayacaq. Buna görə əgər biz onu yavaş vursaq, o təpənin yarısına kimi gedə biləcək və geri dönəcək. Kinetik enerji kök altında 1/2Mv-ya bərabərdir. Və M qolf topunun kütləsidir və V sürətdir. Buna görə biz onu yetərincə qüvvətli vurmalıyıq ki onun təpəni keçəcək qədər lazım olan kinetik enerji üçün kifayət qədər sürətli olsun. Gəlin toqquşma nəzəriyyəsini Maxvell-Boltzman qrafikinə tətbiq edək. Adətən Maxvell-Botlzman qrafikinin kəsr hissəcikləri və ya hissəciklərin nisbi sayları var y oxu üzərində və hissəcik sürəti x oxu üzərində. Və Maxvell-Botlzman qrafiki bizə qaz nümunəsində olan hissəciklər üçün mümkün olan sürət intervalını göstərir. Gəlin deyək ki bizim bu hissəcik diaqramımız var. Gəlin deyək bizim müəyyən T temperaturunda qaz nümunəmiz var Bu hissəciklər eyni sürətdə hərəkət etmir, onlar üçün uyğun olan sürət intervalı var. Buna görə bir hissəcik çox yavaş ola bilər buna görə biz burada qısa xətt çəkəcəyik. Bir az daha çoxu bir qədər daha sürətli ola bilər, buna görə biz daha yüksək sürəti daha uzun xəttlə çəkirik. Və bir hissəcik ən sürətlisi ola bilər. Buna görə biz bu hissəciyi ən uzun xəttlə çəkəcəyik. Biz Maxvell-Boltzman qrafiki üçün olan əyri altındakı sahə haqqında düşünə bilərik hansı ki nümunəmizdəki bütün hissəcikləri təqdim edir. Beləliklə bizim burada çox yavaş hərəkət edən bir hissəciyimiz var, və əgər biz ayrimizə baxsaq və əyrinin altında olan sahə haqqında düşünsək hansı ki aşağı sürətdədir, bu sahə əyrinin digər hissələrindən daha kiçikdir. Beləliklə bu sadəcə çox yavaş edən bir hissəcik ilə təqdim edilib. Biz əyrinin növbəti hissəsi haqqında düşünürük, daha çox, bu sahənin böyük hissəsidir və bu hissəciklər daha yüksək sürətlə hərəkət edir. Buna görə ola bilsin bu üç hissəcik daha yüksək sürətlə hərəkət edən hissəcikləri təqdim edir. Və son olaraq, bizim bu bir hissəciyimiz var, biz bu xətti digərlərindən daha uzun çəkdik. Buna görə bu hissəcik digərindən daha sürətlə hərəkət edir. Buna görə ola bilsin yuxarıdakı əyrinin altındakı bu sahə bir hissəcik tərəfindən təqdim edilir. Biz birləşmə teorisindən bilirik ki hissəciklərin reaksiyanın baş verməsi üçün olan aktivasiya enerjisinin öhtəsindən gəlmək üçün, kifayət qədər kinetik enerjisi olmalıdır. Buna görə biz Maxvel-Boltzman qrafikində aktivasiya enerjisini təqdim edən xətti çəkə bilərik. Əgər mən bu xətti çəksəm, buradakı bu nöqtəli xətt, bu aktivləşmə enerjisini təqdim edir. Və hissəciklərin sürəti yerinə, siz istəyirsinizsə x oxunda olan kinetik enerji haqqında düşünün. Beləliklə , kinetik enerjisi daha yüksək olan hissəcik daha sürətli hərəkət edir. Və buna görə bu xəttin altında qırıq xəttin sağında bu reaksiyanın baş verməsi üçün kifayət qədər kinetik enerjisi olan hissəciklərin hamısını təqdim ediilr. Növbəti, gəlin görək biz temperaturu artıranda nümunəmizdəki hissəciklərimizə nə baş verir. Beləliklə biz temperaturu artıranda, Maxvell-Boltzman yayılması dəyişir. Buna görə nə baş verirsə, zirvə hündürlüyü yayılma əyrimiz daha geniş olur. Bu belə görünür ki bu daha yüksək temperaturdadır. Bizim hələ də daha aşağı sürətdə hərəkət edən hissəciklərimiz var, düzdürmü? Bunun əyrinin altında olan sahə olduğunu xatırlayın. Buna görə ola bilər ki bu bir hissəciklə təqdim edilir, və növbəti olaraq, gəlin Ea üçün qırıq xəttin solunda olan əyrinin sahəsi haqqında düşünək. Beləliklə biz daha sürətli hərəkət edən hissəciklərimizi yaşıl rəngdə etmək istəyirik. Buna görə gəlin davam edim və bu xətləri bir qədər uzun çəkim amma qırıq xəttin sağında nə baş verdiyinə diqqət edin. Biz magenta əyrisi üçün əyrinin altında olan sahə haqqında düşünürük. Fikir verin sahə əvvəlki nümunəmizdən necə daha böyükdür. Ola bilsin bu dəfə bizim daha sürətlə hərəkət edən iki hissəciyimiz var. Buna görə mən bu xəttləri daha uzun çəkəcəm ki onların daha sürətlə hərəkət etdiyini göstərim. Və onlar qırıq xəttin sağında olduğuna görə, hissəciklərin hər ikisinin reaksiyaya daxil olması aktivasiya enerjisini aşmaq üçün kifayət qədər kinetik enerjiyə sahibdir. Buna görə siz temperaturu artıranda , siz aktivasiya enerjisinin öhtəsindən gələ biləcək qədər kinetik enerjsi olan hissəciklərin sayını artırmış olursunuz. Bunu qeyd etmək mütləqdir ki hissəciklərin sayı dəyişmədiyi üçün, bizim bütün etdiyimiz temperaturu artırmaqdır, və əyrinin altındakı sahə eyni qalır. Beləliklə sarı əyrinin altında olan sahə , magenta rəngində çəkilmiş olan ilə eynidir. Fərq əlbətdə ki magenta rəngində olan daha yüksək temperaturdadır, və buna görə aktivasiya enerjisini aşmaq üçün kifayət qədər kinetik enerjisi olan daha çox hissəcik var. Buna görə temperaturun artması reaksiyanın sürətini artırır.