Və hissəciklərin sürəti yerinə, siz
istəyirsinizsə x oxunda olan kinetik enerji haqqında düşünün.
Beləliklə daha sürətli , kinetik enerjisi daha yüksək olan
hissəcik hərəkət edir.
Və buna görə bu xəttin altında
olan sahə,
bu reaksiyanın baş verməsi üçün kifayət qədər
kinetik enerjisi olan hissəciklərin hamısını təqdim edir.
Növbəti, gəlin görək biz temperaturu artıranda
nümunəmizdəki hissəciklərimizə nə baş verir.
Beləliklə biz temperaturu artıranda,
Maxvell-Boltzman yayılması dəyişir.
Buna görə nə baş verirsə, zirvə hündürlüyü
yayılma əyrimiz daha geniş olur.
Bu belə görünür ki bu daha yüksək temperaturdadır.
Bizim hələ də daha aşağı sürətdə
hərəkət edən hissəciklərimiz var, düzdürmü?
Bunun əyrinin altında olan sahə olduğunu xatırlayın.
Buna görə ola bilər ki bu bir hissəciklə təqdim edilir,
və növbəti olaraq, gəlin
solda Ea üçün olan əyrinin sahəsi haqqında düşünək.
Beləliklə biz daha sürətli hərəkət edən
hissəciklərimizi
yaşıl rəngdə etmək istəyirik.
Buna görə gəlin davam edim və bu xətləri bir qədər uzun çəkim
amma bu xəttin sağına nə baş verdiyinə diqqət edin.
Biz magenta əyri üçün
əyrinin altında olan sahə haqqında düşünürük.
Fikir verin sahə əvvəlki nümunəmizdən necə daha böyükdür.
Ola bilsin bu dəfə bizim daha sürətlə hərəkət edən
iki hissəciyimiz var.
Buna görə mən bu xəttləri daha uzun çəkəcəm ki
onların daha sürətlə hərəkət etdiyini göstərim.
Və onlar bu xəttin sağında olduğuna görə,
bu hissəciklərin hər ikisi reaksiya üçün
aktivasiya enerjisini aşmaq üçün kifayət qədər kinetik enerjiyə sahibdir.
Buna görə siz temperaturu artıranda ,
siz aktivasiya enerjisinin öhtəsindən gələ
biləcək qədər kinetik enerjsi olan
hissəciklərin sayını artıra bilərsiniz.
Bunu qeyd etmək lazımdır ki
hissəciklərin sayı dəyişmədiyi üçün,
bizim bütün etdiyimiz temperaturu artırmaqdır,
və əyrinin altındakı sahə eyni qalır.
Beləliklə sarı əyrinin altında olan sahə ,
magenta rəngində olan ilə
eynidir.
Fərq əlbətdə ki magenta rəngində olan
daha yüksək temperaturdadır,
və buna görə aktivasiya enerjisi
üçün kifayət qədər kinetik enerjisi olan daha çox hissəcik var.
Buna görə temperaturun artması
reaksiyanın sürətini artırır.