(x - 4)(x + 7)
hasilinin cavabını tapmağa çalışaq.
Bu hasili standart kvadrat
formada yazmalıyıq.
Standart kvadrat formaya nəzər salaq.
Birinci əmsal vur
x kvadratı + müəyyən bir əmsal vur b
üstəgəl sabit hədd.
Bu, standart kvadrat formadır.
Bu hasili bu formada yazmalıyıq.
Videonu dayandırın və
cavabı tapmağa çalışın.
Gəlin misalı birlikdə həll edək.
2 ikihədlini bir-birinə vurduqda,
daha dəqiq desək,
istənilən çoxhədlini vurduqda
paylanma qanundan istifadə etdikdə,
cavabı tapmaq daha asan olur.
Burada (x - 4) ifadəsini
paylanma qanunundan istifadə edərək
x və 7-ə vuraq.
Bu ifadəni belə yaza bilərik:
(x - 4) vur x,
üstəgəl (x - 4) vur 7.
Gəlin yazaq.
Bunu (x - 4) vur x və ya
x vur (x - 4) kimi yaza bilərik.
Buradakı həddi paylanma qanunu əsasında
x-ə vurduq.
Üstəgəl 7 vur (x - 4).
Vur (x - 4).
Burada (x - 4)-ü digər hədlərə vurduq.
Buradakı ifadəni digər bütün hədlərə
vurduq.
Əvvəlcə x vur (x - 4),
daha sonra 7 vur (x - 4) yazırıq.
Cavab belə alınır.
Burada iki müxtəlif hədd alınır.
Bunları sadələşdirmək üçün paylanma qanunundan
istifadə edə bilərik.
Əvvəlcə mavi x-i mötərizə daxilindəki
hər bir həddə vurmalıyıq.
Burada isə 7 hər bir həddə vurulacaq.
Gəlin hesablayaq.
x vur x = x kvadratı.
Burada mənfi işarəsi var.
x vur mənfi 4 = mənfi 4x.
Burada x kvadratı - 4x alınır.
Daha sonra bunu hesablayaq: 7 vur x.
Üstəgəl 7x.
7 vur mənfi 4
mənfi 28-ə bərabərdir.
Demək olar ki, cavab hazırdır.
Bunu sadələşdirə bilərik.
Burada iki ədəd birinci dərəcəli hədd var.
Mənfi 4x və mənfi 7x hədlərini toplasaq,
cavabda nə alınar?
Gəlin bu iki həddi toplayaq.
Bunların cəmini tapmalıyıq.
Mənfi 4x + 7x.
Bunu (-4 + 7)x kimi yaza bilərik.
(-4 + 7)x.
Əvvəlcə bu iki əmsalın
cəmini tapıb, daha sonra digər
hədləri yaza bilərik.
Burada x kvadratı var.
x kvadratı + bu ifadə,
çıx
çıx 28.
Cavab demək olar ki, hazırdır.
Bunu sadələşdirək:
x kvadratı,
- 4 + 7 = 3.
Buraya 3x yaza bilərik.
Bu iki həddin cəmi 3x-ə bərabərdir.
Sonda isə çıx 28 yazılır.
Çıx 28.
Vəssalam.
Gördüyünüz kimi bunlar eyni formadadır.
Burada a = 1,
b = 3, c = -28.
Buradakı ardıcıllığa fikir verin.
Bu iki çoxhədlinin hasilini tapdıq.
Hər iki çoxhədlidə də x-in əmsalı
1-ə bərabərdir.
Burada x vur x
x kvadratına bərabərdir.
Daha sonra -4 yazılıb.
Gəlin bunu fərqli rənglə yazaq.
Burada -4 yazılıb.
Bu, fərqli bir rəng deyil.
Burada
-4 və 7 hasili tapılır.
Bunun cavabı -28-dir.
Orta hədd necə alındı?
3x-i necə əldə etdik?
-4x və 7x-in cəmi orta həddə bərabərdir.
Yaxud (-4 + 7)x.
Buradakı - 4 və 7 hədlərinin cəmini
x-ə vurduq.
Ümid edirəm, sizə aydın oldu.
x hədlərinin əmsalı birə bərabər olan
iki ikihədlinin hasilini tapdıq.
Burada ilk hədd x kvadratı olur.
Sonuncu hədd isə sabit həddir.
Bu iki sabit həddin hasilidir.
Mənfi 4 və 7.
Buradakı birinci dərəcəli hədd
bu iki sabit həddin, yəni
-4 və 7-nin cəminə bərabərdir.
Bu ardıcıllığı daha yaxşı anlamaq üçün
fərqli çalışmalar edə bilərsiniz.
İkihədlilərin vurulmasına aid
fərqli çalışmalar həll edin.
Kvadrat formanın necə alındığını
anlamaq çox vacibdir.
Gördüyünüz kimi burada iki dəfə
paylanma qanunu tətbiq edildi.