Burada məhlula əlavə edilmiş hüceyrənin
alabiləcəyi üç fərqli vəziyyət var
və hüceyrə bu bənövşəyi dairədir,
bu da hüceyrə membranıdır.
Su molekullarını bu mavi dairələr
ilə çəkmişəm, burada isə
sulu məhlulun içində həll olan şeylər var,
onları da
sarı dairələr ilə təsvir eləmişəm.
Hüceyrənin ölçüsünə nəzərən,
su molekullarının və
həll olan hissəciklərin
ölçüsünü böyük çəkmişəm,
bunu belə etdim ki, burada nə
olduğunu görə bilək.
Fərz edək ki, hüceyrə membranı
fosfolipid ikiqatlı membrandır
və yarımkeçiricidir
və su molekullarının girib çıxmasına
icazə verir
beləliklə bir su molekulu içəridən
çölə çıxa ya da çöldən içəriyə girə bilər,
ancaq fərz edək ki, membran
həllolan hissəciklərin
girişinə icazə vermir,
buna görə də yarımkeçiricidir.
Bu, müəyyən şeylərə keçiricidir
ya da deyə bilərik ki, seçilmiş şeylərə.
İndi nə olacağını düşünürsünüz?
Deməli, görə biləcəyiniz ilk şey
həll olanın konsentrasiyasının daxildəkinə
müqayisədə
xaricdə daha aşağı olduğu ola bilər,
yəni istənilən an
bəzi su molekulları bu istiqamətdə
çöldən içəriyə girərkən, həmçinin də
burada içəridən çölə çıxmaqda olan
su molekullarımız olacaq,
bəs müəyyən zaman müddətindən
sonra nə baş verə bilər
və nə daha çox baş verər?
Çöldəki su molekullarına,
osmos təzyiq videosunda
dediyimiz kimi,
onlara həll olan hissəciklər daha
az maneə yaradacaq,
əgər bu su molekulu bu istiqamətdə
hərəkət edirsə
onda membrana gedib çıxa biləcək,
sonra isə, bəlkə də membrandan keçəcək,
həmin vaxtda isə, götürək bu su molekulu
bu istiqamətdə hərəkət edəcək
indi isə yolu kəsiləcək, geri sıçrayacaq
və buna dəyib qayıdacaq,
yəni içəridəki su molekullarının
önünə daha çox maneə çıxır.
Onların membran ilə tamamilə
əlaqədə olması və düz
istiqamətdə getmək
ehtimalı azdır.
Onlar bu həll olan hissəciklər
tərəfindən dayandırılır
Müəyyən zaman müddətində
irəli və geri hərəkər edən
su molekullarımız olsa da
içəri girənlərin
sayının çıxanlardan
çox olması yəqindir,
yəni tam bir içə axım olur.
H2O-nun
yəni su molekullarının tam içə axımı.
Belə vəziyyətdə, harada ki biz həll olanın
konsentrasiyasının az olduğu bir məhlulda
olan bir hüceyrədən danışırıq,
Bu vacibdir ki, nəzərdə tutduğumuz
həll olanın membrana
getməsinə icazə verilməsin,
membran bu həll olana qarşı
keçirici olmasın.
Biz belə bir vəziyyəti, hüceyrənin içində
olduğu belə bir məhlulu
hipotonik məhlul adlandırırıq.
Hipotonik məhlul.
Hipotoniklikdən, ya da görəcəyimiz
izotoniklik və hipertoniklikdən danışanda,
bir növ membrandan keçə bilməyən bir
həll olanın nisbi konsentrasiyasından
danışırıq
Hipo sözü, başqa yerlərdə görmüş
ola bilərsiniz.
Nəyinsə azlığını göstərən ön şəkilçidir,
burada da
həll olanın məhluldakı konsentrasiyası
hüceyrənin içi ilə müqayisədə
daha azdır, buna görə də,
osmotik təzyiqimiz var,
əlimizdəki su molekulları xaricdən
hüceyrənin daxilinə gedir.
Bu da əslində hüceyrəyə təzyiq göstərir
Hüceyrə özü genişləyə bilər, hətta əgər
kifayər qədər təzyiq varsa
hətta partlaya bilər.
İndi növbəti vəziyyətə keçək.
Bu vəziyyətdə, bizim həll olanımızın
hüceyrənin xaricində və daxilindəki
konsentrasiyaları
demək olar ki, eynidir, ya da ən azından
mən elə çəkməyə çalışmışam.
Bu vəziyyətdə, bir su molekulunun
verilən müddət ərzində
xaricdən daxilə keçmək,
və daxildən xaricə çıxmaq
ehtimalları eyni olacaq.
Beləliklə tam içəri axım ya da çölə axım
olmayacaq.
Su molekullarımız həmişə
irəli və geri gedəcəklər,
lakin tam içə axım
ya da çölə axım olmayacaq.
Gəlin, izin verin yazım, tam axım
tam axım yoxdur.
Bu tip məhlulları, hansında ki
həll olanın məhluldakı və hüceyrənin
daxilindəki konsentrasiyaları eyni olur,
izotonik adlandıracağıq.
Bu bir izotonik məhluldur.
İzotonik məhlul.
Bu ön şəkilçi, izo, eyni olan
şeyləri bildirir.
Burada həll olanın konsentrasiyası eynidir
və tam axım yoxdur.
Hipotonik məhlulda, su molekulları
hüceyrənin içinə girir və hüceyrə şişir
elə bil şarı doldururuq.
İzotonic məhlulda isə tam axım yoxdur.
Təbii ki, axırıncı vəziyyəti
təsəvvür edə bilərsiniz.
Həll olanın xaricdəki konsentrasiyası
daxildəkindən yüksəkdir.
Nə olacağını təxmin edə bilərik.
Biricisi, buna nə deyim?
Deməli, məhluldakı nə isə daha çoxdur
yəni hiper ön şəkilçisini istifadə edəcəm.
Daha çox var, daha, hipertonik.
Bu hipertonik məhluldur.
Yenə də, həll olan memrabı keçə bilmir,
su molekulları isə bilir
və su molekullarımız
xaricdən daxilə və
daxildən xaricə gedir ancaq
ancaq daxildəkilərin çölə çıxarkən maneə
ilə qarşılaşmaq ehtimalı daha az olacaq
nəinki xaricdən daxil olanların,
buna görə də tam axım olacaq
Daxildən xaricə
çıxanların olması ehtimalı
xaricdən daxilə gedənlərdən daha çoxdur
çünkü onlar daha çox
maneə ilə qarşılaşırlar,
ona görə də onlar girə bilmirlər.
Bu vəziyyətdə, əlimizdəki su
hüceyrədən çıxacaq və hüceyrə büzüşəcək
Hüceyrə sudan gələn təzyiqi itirdiyinə
görə bir şəkildə büzüşəcək.
Bunu həqiqi canlı sistemlərdə
görə bilərsiniz
Əgər hipotonik bir məhlula
qırmızı bir qan hüceyrəsi qoysaq,
su onun içinə axın edəcək
və o şişəcək.
O genişləyəcək, o çox şişmiş
bir qırmızı qan hüceyrəsi kimi olacaq,
izotonik məhlulda isə
elə görməyə alışdığımız
qırmızı qan hüceyrəsi kimi olacaq,
bu ortadakı kiçik çökük də
olacaq, burada isə
hamısı genişləyir.
Hipertonik məhlulda isə,
qırmızı qan hüceyrəsindən su çıxacaq,
və bunun biraz büzüşdüyünü görəcəyik,
bunun kimi biraz büzüşdüyünü görəciyik,
əlimizdə çünki
su molekullarının çölə axımı var.