Burada məhlula buraxılmış hüceyrənin alabiləcəyi üç fərqli vəziyyət var və hüceyrə bu bənövşəyi dairədir, bu da hüceyrə membranıdır. Su molekullarını bu mavi dairələr ilə çəkmişəm, burada isə sulu məhlulun içində həll olanlarımız var onları da sarı dairələr ilə təsvir eləmişəm Hüceyrənin ölçüsünə nəzərən, su molekullarının və həll olan hissəciklərin ölçüsünü aydındır ki böyük çəkmişəm bunu belə etdim ki burada nə olduğunu görə bilək. Fərz edək ki hüceyrə membranı fosfolipid ikiqatlı membrandır və yarımkeçiricidir və su molekullarının girib çıxmasına icazə verir beləliklə bir su molekulu içəridən çölə çıxa ya da çöldən içəriyə girə bilər ancaq fərz edək ki membran həllolan hissəciklərin girişinə icazə vermir buna görə də yarımkeçiricidir Bu, müəyyən şeylərə keçiricidir ya da deyə bilərik ki, seçilmiş şeylərə. İndi nə olacağını düşünürsünüz? Deməli, görə biləcəyiniz ilk şey həll olanın konsentrasiyasının daxildəkinə müqayisədə xaricdə daha aşağı olduğu ola bilər, yəni istənilən an bəzi su molekulları bu istiqamətdə çöldən içəriyə girərkən həmçinin də burada içəridən çölə çıxmaqda olan su molekullarımız olacaq, bəs müəyyən zaman müddətindən sonra nə baş verə bilər və nə daha çox baş verir? Çöldəki su molekullarına, osmotik təzyiq videosunda dediyimiz kimi onlara həll olan hissəcikləri daha az maneə yaradacaq, əgər bu su molekulu bu istiqamətdə hərəkət edirsə onda membrana gedib çıxa biləcək, sonra isə, bəlkə də membrandan keçəcək həmin vaxtda isə, götürək bu su molekulu bu istiqamətdə hərəkət edəcək indi isə yolu kəsiləcək, geri sıçrayacaq və buna dəyib qayıdacaq yəni içəridəki su molekullarının önünə daha çox maneə çıxır Onların membran ilə tamamilə təsirdə olmaq və düz istiqamətdə getmək ehtimalı azdır. Onlar bu həll olan hissəcikləri tərəfindən dayandırılır Müəyyən zaman müddətində irəli və geri hərəkər edən su molekullarımız olsa da içəri girənlərin sayının çıxanlardan çox olması yəqindir yəni tam bir içə axım olur Tam içə axım H2O nun, yəni su molekullarının Belə vəziyyətdə, harada ki biz həll olanın konsentrasiyasının az olduğu bir məhlulda olan bir hüceyrədən danışırıq, Bu vacibdir ki, nəzərdə tutduğumuz həll olanın membrana getməsinə icazə verilməsin, membran bu həll olana qarşı keçirici olmasın. Biz belə bir vəziyyəti, hüceyrənin içində olduğu belə bir məhlul hipotonik məhlul adlanır. Hipotonik məhlul. Hipotoniklikdən, ya da görəcəyimiz isotoniklik və hipertoniklikdən danışanda, bir növ membrandan keçə bilməyən bir həll olanın nisbi konsentrasiyasından danışırıq Hipo sözü, başqa yerlərdə görmüş ola bilərsiniz Nəyinsə azlığını göstərən ön şəkilçidir, burada da həll olanın məhluldakı konsentrasiyası hüceyrənin içi ilə müqayisədə daha azdır, buna görə də, osmotik təzyiqimiz var, əlimizdəki su molekulları xaricdən hüceyrənin daxilinə gedir. Bu da əslində hüceyrəyə təzyiq göstərir Hüceyrə özü genişləyə bilər, hətta əgər kifayər qədər təzyiq varsa hətta partlaya bilər. İndi növbəti vəziyyətə keçək. Bu vəziyyətdə, bizim həll olanımızın hüceyrənin xaricində və daxilindəki konsentrasiyaları demək olar ki eynidir, ya da ən azından mən elə çəkməyə çalışmışam Bu vəziyyətdə, bir su molekulunun verilən müddət ərzində xaricdən daxilə keçmək, və daxildən xaricə çıxmaq ehtimalları eyni olacaq Beləliklə tam içəri axım ya da çölə axım olmayacaq. Su molekullarımız həmişə irəli və geri gedəcəklər, lakin içə axım ya da çölə axım olmayacaq Gəlin, izin verin yazım, tam axım tam axım yoxdur. Bu tip məhlulları, hansında ki həll olanın məhluldakı və hüceyrənin daxilindəki konsentrasiyaları eyni olur, isotonik adlandıracağıq. Bu bir isotonik məhluldur. İsotonik məhlul. Bu ön şəkilçi, iso, eyni olan şeyləri bildirir. Burada həll olanın konsentrasiyası eynidir və tam axım yoxdur. Hipotonik məhlulda, su molekulları hüceyrənin içinə girir və hüceyrə şişir elə bil şarı doldururuq. İsotonic məhlulda isə tam axım yoxdur. Təbii ki, axırıncı vəziyyəti təsəvvür edə bilərsiniz. Həll olanın xaricdəki konsentrasiyası daxildəkindən yüksəkdir. Nə olacağını təxmin edə bilərik Biricisi, buna nə deyim? Deməli, məhluldakı nə isə daha çoxdur yəni hiper ön şəkilçisini istifadə edəcəm. Daha çox var, daha, hipertonik. Bu hipertonik məhluldur. Yenə də, həll olan memrabı keçə bilmir, su molekulları isə bilir və su molekullarımız xaricdən daxilə və daxildən xaricə gedir ancaq ancaq daxildəkilərin çölə çıxarkən maneə ilə qarşılaşmaq ehtimalı daha az olacaq nəinki xaricdən daxil olanların, buna görə də tam axım olacaq Daxildən xaricə çıxanların olmaq ehtimalı xaricdən daxilə gedənlərdən daha çoxdur çünkü onlar daha çox maneə ilə qarşılaşırlar, ona görə də onlar girə bilmirlər. Bu vəziyyətdə, əlimizdəki su hüceyrədən çıxacaq və hüceyrə büzüşəcək Hüceyrə sudan gələn təzyiqi itirdiyinə görə bir şəkildə büzüşəcək. Bunu həqiqi canlı sistemlərdə görə bilərsiniz Əgər hipotonik bir məhlula qırmızı bir qan hüceyrəsi qoysaq, su onun içinə axın edəcək və o şişəcək. O genişləyəcək, o çox şişmiş bir qırmızı qan hüceyrəsi kimi olacaq, isotonik məhlulda isə elə görməyə alışdığımız qırmızı qan hüceyrəsi kimi olacaq, bu ortadakı kiçik çökük də olacaq, burada isə hamısı genişləyir. Hipertonik məhlulda isə, qırmızı qan hüceyrəsindən su çıxacaq, və bunun biraz büzüşdüyünü görəcəyik, bunun kimi biraz büzüşdüyünü, əlimizdə çünkü su molekullarının axımı var