Video Stenford
Tibb Fakültəsindən
həkim Mahadevan və Sal Xan
tərəfindən
hazırlanmışdır.
Bu videoda onurğanın boyun şöbəsinin və
boyun nahiyəsinin zədələnmələrindən
danışacağıq.
Boyun yaralanmaları olan xəstələrə
yanaşma prinsipindən və
hava yolu açmaq lazım gəldikdə
invaziv müdaxilələrin
necə aparıldığından
bəhs edəcəyik.
Tənəffüs
yollarında hansısa
maneə olduqda
müdaxilə edilməlidir.
Çox hallarda tənəffüs yollarını
bağlayan bu maneə
dil olur. Maneə yarandıqda
isə hava ağciyərlərə
daxil ola bilmir,
nəticədə,
ölüm baş verir.
Huş itirildiyi zaman, dili
hərəkət etdirən
əzələlər boşalır, dil udlağa
tərəf istiqamətlənir. Nəticədə,
tənəffüs yollarını
bağlayır. Bu halda burundan
və ya ağızdan
tənəffüs zamanı hava
nəfəs borusuna, oradan da
ağciyərlərə keçə bilmir.
Yəni,
insan huşunu itirib
şəkildəki kimi
yıxıldıqda tənəffüsü
dayana, nəfəssiz
qala bilər.
Bu zaman o
nəfəs almağa çalışsa da,
ağciyərlərə kifayət qədər hava
dola bilməyəcək. Burada
ilk müdaxilə
dilin yaratdığı maneəni
aradan qaldırmaqdır.
İlk iki şəkildə
bunun təsvirini
görürük. Birincidə
başın geriyə, çənənin önə
gətirildiyi
vəziyyəti görürük. Xəstə
arxasıüstə yatır,
müdaxilə edən şəxs isə
bir əlini onun alnına,
digər əlini çənəsinə
yerləşdirir. Başı
arxaya, çənəni isə
çənə sümüyündən tutaraq önə
çəkməklə dili tənəffüs
yollarından kənarlaşdırır.
Nəticədə, hava ağciyərlərə
daxil ola bilir.
Qeyd edim ki,
gördüyünüz bu şəkillər
real xəstələrdən alınaraq
illustrasiyaya
çevrilmişdir.
Mövzumuza
geri
qayıdaq.
Əvvəldə
danışdıqlarımıza
əlavə
edək ki,
xəstədə
onurğa sütununun
yaralanması
baş verərsə,
boynu hərəkətə
gətirmək və ya
başı arxaya çəkmək
zədələnməyə gətirib
çıxara bilər.
Xəstənin boynu
döndərilsə və ya boyun
nahiyəsinə təzyiq
göstərilsə, sümüklər
yerdəyişmə edə bilər
və bu da daha ciddi zədələnmələrə
səbəb ola bilər. Buna görə də
onurğanın boyun
nahiyəsinin yaralanmaları zamanı
bu
üsuldan istifadə
olunmur.
Sağ
tərəfdəki
metoda
üstünlük verilir.
Bu üsulda boyun nahiyəsinə daha az
təzyiq göstərilir.
Bu zaman
sümüklərin
yerdəyişmə
ehtimalı
daha az olur.
Sağdakı
şəkilə baxaq.
Burada boyun yaralanması olan
xəstədə çənəni itələmə
manevri ilə dil tənəffüs
yollarından uzaqlaşdırılır.
Bu zaman
çənə bucağı
dörd barmaqla
90 dərəcə bucaq altında
tutularaq
yuxarı
çəkilir. Baş barmaqlarla
çənə önə itələnir.
Bu, birinci şəkildəki üsula
oxşayır, ancaq
birincidən fərqli
olaraq, burada boyuna təzyiq
göstərilmir. Beləliklə,
çənəni hərəkətə gətirdikdə,
dil də önə
çəkilir və
tənəffüs
yollarında olan
maneə aradan qalxır.
Bu üsul travma keçirmiş
xəstələrdə tətbiq edilir.
Daha aydın olması üçün,
rentgen görüntülərinə
nəzər salaq.
Eyni pasiyenti görürük.
Birinci rentgendə onurğa sütunun
görünüşü normaya
tam uyğundur. Uyğunluğa
nəzər salsaq,
bu, fəqərə cisimlərinin
ön,
bu isə
arxa xəttidir. Daha sonra
onurğa-səfhə xətti və
tin çıxıntılarını birləşdirən
xətti görürük. Hər biri
normal görünür.