Video Stenford Tibb Fakültəsindən həkim Mahadevan və Sal Xan tərəfindən hazırlanmışdır. Bu videoda onurğanın boyun şöbəsinin və boyun nahiyəsinin zədələnmələrindən danışacağıq. Boyun yaralanmaları olan xəstələrə yanaşma prinsipindən və hava yolu açmaq lazım gəldikdə invaziv müdaxilələrin necə aparıldığından bəhs edəcəyik. Tənəffüs yollarında hansısa maneə olduqda müdaxilə edilməlidir. Çox hallarda tənəffüs yollarını bağlayan bu maneə dil olur. Maneə yarandıqda isə hava ağciyərlərə daxil ola bilmir, nəticədə, ölüm baş verir. Huş itirildiyi zaman, dili hərəkət etdirən əzələlər boşalır, dil udlağa tərəf istiqamətlənir. Nəticədə, tənəffüs yollarını bağlayır. Bu halda burundan və ya ağızdan tənəffüs zamanı hava nəfəs borusuna, oradan da ağciyərlərə keçə bilmir. Yəni, insan huşunu itirib şəkildəki kimi yıxıldıqda tənəffüsü dayana, nəfəssiz qala bilər.