Video Stenford
Tibb Fakültəsindən
həkim Mahadevan və Sal Xan
tərəfindən
hazırlanmışdır.
Bu videoda onurğanın boyun şöbəsinin və
boyun nahiyəsinin zədələnmələrindən
danışacağıq.
Boyun yaralanmaları olan xəstələrə
yanaşma prinsipindən və
hava yolu açmaq lazım gəldikdə
invaziv müdaxilələrin
necə aparıldığından
bəhs edəcəyik.
Tənəffüs
yollarında hansısa
maneə olduqda
müdaxilə edilməlidir.
Çox hallarda tənəffüs yollarını
bağlayan bu maneə
dil olur. Maneə yarandıqda
isə hava ağciyərlərə
daxil ola bilmir,
nəticədə,
ölüm baş verir.
Huş itirildiyi zaman, dili
hərəkət etdirən
əzələlər boşalır, dil udlağa
tərəf istiqamətlənir. Nəticədə,
tənəffüs yollarını
bağlayır. Bu halda burundan
və ya ağızdan
tənəffüs zamanı hava
nəfəs borusuna, oradan da
ağciyərlərə keçə bilmir.
Yəni,
insan huşunu itirib
şəkildəki kimi
yıxıldıqda tənəffüsü
dayana, nəfəssiz
qala bilər.