Bu videoda onurğanın boyun şöbəsinin və boyun nahiyəsinin zədələnmələrindən danışacağıq. Boyun yaralanmaları olan xəstələrə yanaşma prinsipindən və hava yolu açmaq lazım gəldikdə invaziv müdaxilələrin necə aparıldığından bəhs edəcəyik. Tənəffüs yollarında hansısa maneə olduqda müdaxilə edilməlidir. Çox hallarda tənəffüs yollarını bağlayan bu maneə dil olur. Maneə yarandıqda isə hava ağciyərlərə daxil ola bilmir, nəticədə, ölüm baş verir. Huş itirildiyi zaman, dili hərəkət etdirən əzələlər boşalır, dil udlağa tərəf istiqamətlənir. Nəticədə, tənəffüs yollarını bağlayır. Bu halda burundan və ya ağızdan tənəffüs zamanı hava nəfəs borusuna, oradan da ağciyərlərə keçə bilmir. Yəni, insan huşunu itirib şəkildəki kimi yıxıldıqda tənəffüsü dayana, nəfəssiz qala bilər. Bu zaman o nəfəs almağa çalışsa da, ağciyərlərə kifayət qədər hava dola bilməyəcək. Burada ilk müdaxilə dilin yaratdığı maneəni aradan qaldırmaqdır. İlk iki şəkildə bunun təsvirini görürük. Birincidə başın geriyə, çənənin önə gətirildiyi vəziyyəti görürük. Xəstə arxası üstə yatır, müdaxilə edən şəxs isə bir əlini onun alnına, digər əlini çənəsinə yerləşdirir. Başı arxaya, çənəni isə çənə sümüyündən tutaraq önə çəkməklə dili tənəffüs yollarından kənarlaşdırır. Nəticədə, hava ağciyərlərə daxil ola bilir. Qeyd edim ki, gördüyünüz bu şəkillər xəstələrdən alınaraq illustrasiyaya çevrilmişdir. Mövzumuza qayıdaq. Əvvəldə danışdıqlarımıza əlavə edim ki, xəstədə onurğa sütununun yaralanması olarsa, boynu hərəkətə gətirmək və ya başı arxaya çəkmək zədələnməyə gətirib çıxara bilər. Xəstənin boynu döndərilsə və ya boyun nahiyəsinə təzyiq göstərilsə, sümüklər yerdəyişmə edə bilər və bu da daha ciddi zədələnmələrə səbəb ola bilər. Buna görə də onurğanın boyun nahiyəsinin yaralanmaları zamanı bu üsuldan istifadə olunmur. Sağ tərəfdəki metoda üstünlük verilir. Bu üsulda boyun nahiyəsinə daha az təzyiq göstərilir. Bu zaman sümüklərin yerdəyişmə ehtimalı da az olur. Sağdakı şəklə baxaq. Burada boyun yaralanması olan xəstədə çənəni itələmə manevri ilə dil tənəffüs yollarından uzaqlaşdırılır. Bu zaman çənə bucağından dörd barmaqla 90 dərəcə bucaq altında tutularaq yuxarı çəkilir. Baş barmaqlarla çənə önə itələnir. Bu, birinci şəkildəki üsula oxşayır, ancaq birincidən fərqli olaraq, burada boyuna təzyiq göstərilmir. Beləliklə, çənəni hərəkətə gətirdikdə, dil də önə çəkilir və tənəffüs yollarında olan maneə aradan qalxır. Bu üsul travma keçirmiş şəxslərdə tətbiq edilir. Daha aydın olması üçün, rentgen görüntülərinə nəzər salaq. Eyni pasiyenti görürük. Birinci rentgendə onurğa sütunun görünüşü normaya tam uyğundur. Uyğunluğa nəzər salaq. Bu, fəqərə cisimlərinin ön, bu isə arxa xəttidir. Daha sonra onurğa-səfhə xətti və tin çıxıntılarını birləşdirən xətti görürük. Hər biri normal görünür. Xətləri silirəm. Burada kiçik bir sınıq olduğunu görürük. Budur. Sınığın ön hissəsində isə şişkinlik mövcuddur. Bu gördüyümüz yumşaq toxumalardır. Sınıqla əlaqədar olaraq şişkinlik mövcuddur. Onurğanın boyun şöbəsi bağlar vasitəsilə stabilləşir. Bağların qopması və zədələnməsi rentgendə hər zaman görünmür. Bəs burada şişkinlik olduğunu necə anladıq? Rentgenə baxdıqda, onurğanın ön hissəsi ilə yumşaq toxumaların ön hissəsi arasında olan məsafənin artdığını görürük. Normada isə, bu, qısa və nazik olur. Digər rentgen isə tənəffüs yollarına müdaxilə zamanı çəkilib. Başın geriyə, çənənin önə çəkildiyi üsuldan istifadə olunub. Bu üsulla başı geriyə itələdikdə bu hissəyə təzyiq göstərilir. Bənövşəyi rənglə göstərdiyim bu hissəyə təzyiq olunur. Baş geriyə itələndiyi zaman boyun bu formada görünür. Xətləri yenidən çəkirəm. Fəqərə cisimlərinin arxa xətti normaya uyğun deyil. Bu xəttin arxasında isə onurğa beyni yerləşir. Buna görə də çox vacibdir. İlk yardımın və tibbin əsas tələblərindən biri də zərər verməməkdir. Burada tənəffüs yolunu başı geriyə, çənəni önə çəkərək açmağa çalışmaq xəstəyə ciddi zərər verə bilər. İndi növbəti şəkillərə baxaq. Tənəffüs yollarını açmağa çalışıb, nəticə əldə olunmadıqda sonrakı addım olan intubasiyaya ehtiyac yaranır. İntubasiya zamanı traxeyaya salınan boru hesabına xəstənin tənəffüsü bərpa olunur. Şəkillərdə bunu görürük. Koronavirus pandemiyası zamanı bunu, yəqin ki, hər biriniz eşitmisiniz. İntubasiya hesabına oksigenlə zəngin havanın birbaşa olaraq ağciyərlərə daxil olması təmin edilir. Dil tənəffüs yollarını tıxadıqda, xəstədə qusma baş verdikdə və ya o, huşsuz vəziyyətdə olduqda, intubasiya aparılır. Boru ağızdan salınaraq qırtlağa daxil edilir. Bu boru əyilə bilir. Qırtlağa daxil edildikdən sonra bu qığırdaqların arasından keçir. Bu şəkildə hərəkət etdirilir. Burada səs telləri yerləşir. Boru səs tellərinin arxasından keçərək, traxeyaya, yəni nəfəs borusuna salınır. Çünki maneə adətən burada olur. Xəstəyə oksigenlə zəngin hava verilir. Beləliklə, ağciyərlər oksigenlə təchiz olunur. Boru hesabına xəstə oksigenlə zəngin havanı qəbul edir. Bu şəkildə 3 insan var. Şəklə əsasən, biri boğaz nahiyəsini sıxırmış kimi görünür, əslində, o, qırtlağın üzüyəbənzər qığırdağına təzyiq göstərir. Burada məqsəd qida borusunun okklüziyasıdır. Okklüziya dedikdə, bağlamaq, qapamaq nəzərdə tutulur. Burada da qida borusuna girişi ona görə bağlayırlar ki, borunun səhvən qida borusuna salınmasının və qusmanın baş verməsinin qarşısı alınsın. Yəni mədədə olan maye və qida qayıtmasın. Qida borusu buradan keçir. Bu hissəyə təzyiq göstərməklə, qida borusunu bağlayırlar və passiv requrgitasiyanın qarşısı alınmış olur. Bunu fərqli bir rənglə göstərəcəyəm. Bu hissəyə təzyiq göstərirlər. Traxeya daha sərt quruluşdadır. Bu gördüyünüz üzüyəbənzər qığırdaqdır. Təzyiq tam olaraq bu nahiyəyə göstərilir. Buraya basdıqda qida borusu qapanır, lakin nəfəs borusu açıq qalır. Burada üç nəfər olduğunu demişdik. Birincisi, üzüyəbənzər qığırdağa təzyiq göstərir. İkincisi isə şəkildən göründüyü kimi, xəstənin başını saxlayır. Bu haqda əvvəldə danışmışdıq. Burada məqsəd başın bükülməsinin və ya açılmasının qarşısını almaqdır. Xəstənin başını tuturlar ki, baş neytral vəziyyətdə, stabil qalsın, sümüklərdə yerdəyişmə baş verməsin. Çünki borunu yeridərkən baş hərəkət edə bilər, əgər biri onu sabit tutmasa, zədələnmə baş verə bilər. Sonuncusu isə, yuxarıda solda olan şəkildəki kimi, səs tellərinə baxaraq, borunu daxil etməyə çalışır. Onun əsas məqsədi səs tellərini görə bilməkdir. O, xəstənin boynunu hərəkətə gətirə, büküb-aça bilər. Bu səbəbdən, intubasiya üç nəfərin iştirakı ilə icra olunur. Qəza zamanı "yaralını hərəkət etdirməyin" deyilməsinin səbəbi də məhz budur. Zərərçəkmişi qaldıraraq, başını əyərək və ya boynunu hərəkət etdirərək kömək göstərmək istəyərkən, yaralanmasına səbəb ola bilərsiniz. Bu səbəbdən, təcili yardım və ixtisaslı həkimin gəlməsini gözləmək lazımdır. Tənəffüs yolları təcili olaraq açılmalı olduqda isə videonun əvvəlində qeyd etdiyimiz manevrlər icra olunur. Onu da əlavə edim ki, üzüyəbənzər qığırdağa təzyiq göstərilməsi bir qədər mübahisəlidir. Bəzilərinə görə, effektivliyi tam təsdiqini tapmayıb. Bəzi hallarda zədələnməyə səbəb ola biləcəyi düşünülür. Ancaq təcrübəli tibb işçiləri bunu uzun müddətdir tətbiq etdikləri üçün onlara görə, bu üsulun zərərsiz olduğunu qeyd edirlər. Ümid edirəm, bu video sizin üçün faydalı olar.