Digər videolarda müxtəlif Çin imperiyaları haqqında danışarkən xüsusilə Sun sülaləsindən əhəmiyyətli texnoloji yeniliklər dövrü kimi bəhs edirdik. Bu yeniliklərdən bəzilərinin şəklini ekranda görürsünüz. Onlardan ən çox tanınanları barıt, daşınan çap alətidir. Çap aləti Tan sülaləsi dövründən meydana çıxsa da o, Sun sülaləsi dövründə inkişaf etdirilir və daşına bilən bir forma alaraq daha səmərəli hala gəlir. Kompas da inkişaf etdirilərək xüsusilə, dənizçilikdə istifadə üçün uyğun hala gətirilir. Qayıq düzəldilməsi də təkmilləşdirilir. Bütün bunların nəticəsində Çin mədəniyyəti ən yüksək nöqtəsinə çatır. Bu dövrdə neo-konfutsiçiliyin meydana çıxdığını da görürük. Lakin belə bir sual ortaya çıxır ki, bütün bu yeniliklərin baş verməsinə təkan nə idi? Həmçinin Sun sülaləsinin sabitliyinə şərait yaradan nə idi? Ekranda gördüyünüz bu zaman oxu 2000 ildən çox bir dövrü əhatə edir. Bu qulağa çox da uzun bir vaxt kimi gəlməsə də 300 ildən çox zaman ərzində sadəcə bir sülalənin hökmranlıq etməsi böyük bir hadisədir. Lakin o, 1127-ci ildə Cənubi Sun və Şimali Sun imperiyası olmaqla iki yerə bölündü, amma bu haqda daha sonra danışacağıq. Lakin ümumiyyətlə götürsək, bu dövr Çinin çiçəklənmə dövrü sayılır. Tan sülaləsi dövründə əhalinin sayı təxminən 50 milyona çatmışdı. Həmçinin hesablamalara görə Şimali Sun sülaləsi dövründə bu rəqəm 100 milyona çataraq artmağa davam etmişdir. Beləliklə, Min sülaləsi dövrünə çatana qədər əhalinin sayı 200 milyon olmuşdu. Bəs əhalinin bu cür artmasına səbəb olan faktorlar nə idi? Burada qidanın ən vacib amillərdən biri olduğunu bilirsiniz. Bu dövr ərzində Sun sülaləsi Cənub-Şərqi Asiyaya məxsus daha davamlı düyü toxumundan istifadə edərək daha çox sayda insanın qida ehtiyacını qarşılaya bilirdi. Aydındır ki, daha çox insanın qida ehtiyacının qarşılanması əhalinin artmasına, firavanlığa və çox daha stabil imperiyanın varlığına gətirib çıxarırdı. Zənginlik və stabillik yaradan digər amillərdən biri də ticarət anlaşının yaranması oldu. Həmçinin Çinin çoxlu çay sistemləri də kənd təsərrüfatı və ticarətin inkişafına kömək etdi. Lakin Suy sülaləsinə gəlib çıxsaq, Böyük Kanalın tikintisinin tamamlanması hadisəsini görəcəyik. Bu kanal hələ də insanlar tərəfindən tikilmiş ən böyük kanaldır. O, Pekindən başlayaraq Hançjouya, hətta ondan da uzaqlara uzanır və digər qolları sayəsində mövcud olan çay sistemlərini birləşdirərək daha çox ticarətin həyata keçməsinə şərait yaradırdı. Bu, Tan və Sun sülalələri dövründə özünü daha çox göstərirdi. Xüsusilə, Sun sülaləsi dövründə barajların ixtirası su səviyyəsini idarə etməyə imkan verdi. Bununla da insanların su yolları ilə səyahət etməsi asalaşmış oldu. Baraj istifadəsi hələ də dünya kanallarında istifadə olunan standart texnologiyadır. İlk dəfə kağız puldan istifadə də bu dövrdə baş vermişdi. Nəzərə alaq ki, müasir dövrdə də kağız puldan istifadə edirik. Yəni cəmiyyətlər arasında pul mübadiləsi aparmaq artıq qızıl, gümüş və ya mis çıxarmaq bacarığından asılı deyildi. Kağız pulun istifadəsinə imkan verən ən əsas amillərdən biri də çap alətləri olmuşdu. Xüsusilə, daşına bilən çap alətləri. Bu da Sun sülaləsinin yeniliklərindən biri idi. Əvvəldə qeyd etdiyim kimi, 1127-ci ilə yaxınlaşdıqca şimalda, xüsusilə, Jin-də Şimali Çini tuta biləcək işğalçılar meydana çıxırdı. Onlar Sunların ölkənin paytaxtını şimalda yerləşən Kaifendən cənuba, Hançjouya daşımalarına səbəb olmuşdu. Burada da gördüyünüz kimi, Hançjou Böyük Kanalın əsas cənub terminalı idi. Şimali Sun yerini dəyişərək mahiyyətcə Cənubi Sun sülaləsinə çevrilməli olsa da, öz zənginliyini təxminən hələ 150 il də davam etdirə bilmişdi. Onun bu uğuru öz güclü dövlətçiliyindən və mədəniyyətindən gəlirdi. Bu qida bolluğu, sülalə qanunları vasitəsilə əldə edilən stabillik, ticarət, pul, bütün bu texnoloji üstünlüklər Sun sülaləsini Çin tarixinin diqqətəlayiq dövrlərindən biri etdi.