Digər videolarda müxtəlif Çin imperiyaları
haqqında danışarkən xüsusilə Sun
sülaləsindən əhəmiyyətli
texnoloji
yeniliklər dövrü
kimi bəhs edirdik.
Bu yeniliklərdən bəzilərinin
şəklini ekranda görürsünüz.
Onlardan ən çox tanınanları
barıt, daşınan çap alətidir.
Çap aləti Tan sülaləsi
dövründən meydana çıxsa da
o, Sun sülaləsi dövründə
inkişaf etdirilir və daşına
bilən bir forma alaraq
daha səmərəli hala gəlir.
Kompas da inkişaf etdirilərək
xüsusilə, dənizçilikdə istifadə üçün
uyğun hala gətirilir. Qayıq düzəldilməsi
də təkmilləşdirilir. Bütün bunların
nəticəsində Çin mədəniyyəti
ən yüksək nöqtəsinə çatır.
Bu dövrdə neo-konfutsiçiliyin
meydana çıxdığını da görürük.
Lakin belə bir sual ortaya çıxır ki, bütün
bu yeniliklərin baş verməsinə təkan nə idi?
Həmçinin Sun sülaləsinin
sabitliyinə şərait yaradan nə idi?
Ekranda gördüyünüz
bu zaman oxu 2000 ildən
çox bir dövrü əhatə edir.
Bu qulağa çox da uzun bir
vaxt kimi gəlməsə də
300 ildən çox zaman
ərzində sadəcə bir sülalənin
hökmranlıq etməsi böyük bir hadisədir.
Lakin o, 1127-ci ildə Cənubi Sun
və Şimali Sun imperiyası
olmaqla iki yerə bölündü,
amma bu haqda
daha sonra danışacağıq.
Lakin ümumiyyətlə götürsək,
bu dövr Çinin çiçəklənmə dövrü sayılır.
Tan sülaləsi dövründə əhalinin
sayı təxminən 50 milyona çatmışdı.
Həmçinin hesablamalara görə Şimali Sun
sülaləsi dövründə bu rəqəm 100 milyona
çataraq artmağa davam etmişdir.
Beləliklə, Min sülaləsi dövrünə
çatana qədər əhalinin
sayı 200 milyon olmuşdu.
Bəs əhalinin bu cür artmasına
səbəb olan faktorlar nə idi?
Burada qidanın ən vacib amillərdən biri olduğunu bilirsiniz.
Bu dövr ərzində Sun sülaləsi
Cənub-Şərqi Asiyaya məxsus
daha davamlı düyü toxumundan
istifadə edərək daha çox
sayda insanın qida
ehtiyacını qarşılaya bilirdi.
Aydındır ki, daha çox insanın
qida ehtiyacının qarşılanması
əhalinin artmasına, firavanlığa
və çox daha stabil
imperiyanın varlığına gətirib çıxarırdı.
Zənginlik və stabillik yaradan digər
amillərdən biri də ticarət anlaşının
yaranması oldu.
Həmçinin Çinin çoxlu çay sistemləri də
kənd təsərrüfatı və ticarətin
inkişafına kömək etdi.
Lakin Suy sülaləsinə gəlib çıxsaq,
Böyük Kanalın tikintisinin
tamamlanması hadisəsini görəcəyik.
Bu kanal hələ də insanlar tərəfindən
tikilmiş ən böyük kanaldır.
O, Pekindən başlayaraq Hançjouya,
hətta ondan da uzaqlara
uzanır və digər qolları sayəsində
mövcud olan çay sistemlərini
birləşdirərək daha
çox ticarətin həyata keçməsinə şərait yaradırdı.
Bu, Tan və Sun sülalələri dövründə
özünü daha çox göstərirdi.
Xüsusilə, Sun sülaləsi dövründə
barajların ixtirası su səviyyəsini
idarə etməyə imkan verdi.
Bununla da insanların
su yolları ilə səyahət
etməsi asalaşmış oldu.
Baraj istifadəsi hələ də dünya
kanallarında istifadə
olunan standart texnologiyadır.
İlk dəfə kağız puldan istifadə
də bu dövrdə baş vermişdi.
Nəzərə alaq ki, müasir dövrdə
də kağız puldan istifadə edirik.
Yəni cəmiyyətlər arasında
pul mübadiləsi aparmaq
artıq qızıl, gümüş və ya mis çıxarmaq
bacarığından asılı deyildi.
Kağız pulun istifadəsinə
imkan verən ən əsas amillərdən
biri də çap alətləri olmuşdu.
Xüsusilə, daşına bilən
çap alətləri.
Bu da Sun sülaləsinin
yeniliklərindən biri idi.
Əvvəldə qeyd etdiyim kimi, 1127-ci
ilə yaxınlaşdıqca şimalda, xüsusilə,
Jin-də Şimali Çini tuta biləcək
işğalçılar meydana çıxırdı.
Onlar Sunların ölkənin paytaxtını
şimalda yerləşən Kaifendən cənuba,
Hançjouya daşımalarına səbəb olmuşdu.
Burada da gördüyünüz kimi,
Hançjou Böyük Kanalın əsas
cənub terminalı idi.
Şimali Sun yerini dəyişərək
mahiyyətcə Cənubi
Sun sülaləsinə çevrilməli olsa da,
öz zənginliyini təxminən hələ
150 il də davam etdirə bilmişdi.
Onun bu uğuru
öz güclü dövlətçiliyindən və
mədəniyyətindən gəlirdi.
Bu qida bolluğu, sülalə
qanunları vasitəsilə
əldə edilən stabillik,
ticarət, pul, bütün bu
texnoloji üstünlüklər Sun
sülaləsini Çin tarixinin
diqqətəlayiq
dövrlərindən biri etdi.