Fəaliyyəti Söndürülmüş | Hesablama düşüncəsi (Keti Eypon - Code.org) Hesablama düşüncəsi haqqında olan dərs böyük və çətin problemi götürməyi öyrətmək və bir neçə sadə hissəyə bölmək üçün nəzərdə tutulub Bu dərsin məqsədi - təlimatlar toplusunu yazmaqdır. Buna riyaət etməklə, dərsin planına daxil olan, hər hansı bir div çəkmək mümkün olsun. Tələbələr təlimat yazmaq üçün qruplara bölünəcək və sonra başqa bir - div çəkəcək qrupla, təlimatlarını dəyişəcəklər. Qruplar təlimat yazmalıdırlar hesablama düşüncəyə aid olan dörd addımdan istifadə edərək: parçalanma qanunauyğunluğun təyini abstraksiya alqoritmlər Əvvəlcə, qruplar oyunun planını qurmaq üçün vəzifələri ayıracaq. Sonra kataloqda bütün canavarlar arasında olan qanunauyğunluqları axtaracaqlar. Onlar, divlər arasında olan fərqi tapandan sonra onları ümumiləşdirəcək və ya bu detalları siləcəklər. Məsələn, kataloqda olan divlərdən birinin gözü çəp olacaq amma digərinin gözü solğundur, lakin onların, hər ikisinin gözləri var. Beləliklə, biz, belə yaza bilərik: "Bu divin _____ gözləri var." Bu üsulla, tələbələr, bir sıra təlimatlar yaza biləcək. bir alqoritmin köməyi ilə, divin hissələri siyahılara bölünüb və divi hazırlamaq üçün seçim problemləri qoyulmuşdur. Bu təlimat dəstini, onlar digər tələbələrdə öz divlərini qursun deyə onlara verirlər