D variantına baxaq. İddiaya görə işığa məruz qalma genetik olaraq idarə olunan bioloji ritmə mane olur. Tədqiqatçıların fikrini yoxlamaq üçün bir qrup alim bioloji ritmə nəzarət edən genə malik olmayan mutant siçanlarla təcrübəni təkrarlamağı planlanlayırlar. İ12:Q12 və QQ şəraitində mutant siçanlarda müşahidə olunan fəaliyyət nümunəsini elə proqnozlaşdırın ki, bu da işığın genetik olaraq idarə olunan bioloji ritmə mane olduğu iddiasını dəstəkləsin. İndi bunları aşağıda yazaq. Mutant siçanları götürürük gəlin onları 2 yerə ayıraq, 12 saat işıqda qalanlar, 12 saat işıq 12 saat qaranlıqda qalanlar, davamlı olaraq qaranlıqda qalanlar. Bizim gözləntimiz nədir? Nəticədə nə alınacaq? Beləliklə, onlar müşahidə olunan fəaliyyəti proqnozlaşdırırlar. Mutant siçanlarda bioloji ritmə nəzarət edən genlər yoxdur. Onların bioloji ritmə nəzarət edən modellərə ehtiyacları yoxdur, çünki onlar genetik təsir sayəsində lazım olanı ətraf mühitdən, işıqdan , qaranlıqdan alırlar. Bu gen siçanları işığa qarşı həssas etmir, lakin onlar bunu anlamadılar. 12 saat işıq, 12 saat qaranlıq vəziyyətində onların davranışları mutant olmayan siçanlarınkı ilə eyni olacaq. Aktivlik mutant olmayanlarda olduğu kimi olacaq, mutant olmayan siçanlar. 12 saat işıqdakı hərəkətsizlikləri, 12 saat qaranlıqdakı aktivlikləri. Elə məndə bunu gözləyirdim. Onlar hələ də işığa və qaranlığa mutant olmayan siçanlar kimi reaksiya verirdilər. Bəs daima qaranlıqda qalanlar barədə nə deyə bilərik? Mutant olmayan siçanlar, dedik ki, onlara 24 saatlıq sikl tətbiq edilir, amma onların hər sikldə 12 saatdan bir qədər az müddətdə hərəkətsiz, aktiv, hərəkətsiz, aktiv olduqları bir dövr var. Bu zaman onlar təqribən 9 ,10,11 saat aktiv, sonra 9,10,11 saat hərəkətsiz olurlar. Bioloji ritmə nəzarət edən genlərə malik olmayan mutant siçanlar üçün bu təsadüfi, yəni daha çox dağınıq olacaq. Həddindən artıq dağınıq, dağınıq aktivlik, daha az davamedici olacaq. Başqa cür desək, az davamlı, qısa müddət ərzində davam edən aktivlik və hərəkətsizlik, aktivlik əyri xətt hərəkətsizlik. İndi isə E variantına baxırıq. Mənim mutant siçanlar üçün irəli sürdüyüm təxminlər bunlardır. Gəlin E variantına baxaq. Təbiətdə bəzi vəhşi quşlar üçün siçanlar potensiallı şikardırlar. Quşlar və siçanlar arasında yırtıcı-şikar əlaqəsinin siçanlarda müşahidə olunan fəaliyyət nümunəsinin təkamülünə necə səbəb ola biləcəyini göstərən 2 xüsusiyyət təsvir edin. Əgər quşlar gün ərzində aktivdirlərsə, onlar gün ərzində ov edirlərsə və əgər siçanda gün ərzində çox aktivdirsə, bu zaman şiçanın quş tərəfindən yeyilmə ehtimalı daha yüksəkdir. Qısaca əgər bir siçan gün ərzində çox aktivdirsə , onun gün ərzində yeyilmə ehtimalı da olduqca yüksəkdir. Düşünürəm ki, siçanın aktiv olduğu zaman yeyilmə ehtimalının artması təsvir edəcəyimiz xüsusiyyətlərdən biridir. Əgər yeyilmə ehtimalınız yüksələrsə, o zaman çoxalma ehtimalınız azalar. Bunu böyük Ə hərfi ilə yazmalıydım. Əgər gün ərzində aktiv olan siçanın yeyilmə ehtimalı artarsa, onun çoxalma ehtimalı da bir o qədər azalmış olar. Ona görə də AP imtahanına girəcək şagirlər üçün daha ətraflı yazıram. Çünki onların necə yoxlayacalarını, nəyi işarəyəcəklərini , nəyə önəm verəcəklərini bilmirsiniz. Buna görədə çox diqqətli olun. Gün ərzində aktiv olan siçanlar əksinə gecə daha aktiv olmalıdırlar, çünki gecə onlar gündüzə nisbətən daha az ovlanacaqlar. Gündüz onlar vəhşi heyvanlar tərəfindən asanlıqla seçilirlər. Lakin axşam onların yeyilmə, ovlanma ehtimalı azalır. Nəhayət deyə bilərik ki, yeyilmə ehtimalı azaldığı üçün onların çoxalma ehtimalı xeyli artır. Budur bitirdik.